İçeriğe geç

Yasin surəsi; 1-11

Adnan Oktarın 29 iyul 2010-cu il tarixli HarunYahya.TV müsahibəsindən

Adnan Oktar: Bax açdım, Yasin surəsi çıxdı, oradan oxuyum. Şeytandan Allaha sığınıram, Rəhman və Rəhim olan Allahın adı ilə. “And olsun hikmətli Qurana!” Yəni, hikmət dolu Qurana. “Həqiqətən, sən göndərilmiş elçilərdənsən,” ayə Peyğəmbərimiz (s.ə.v)-ə xitab edir. İkinci işarəli mənası Mehdi (ə.s)-a baxır. Mehdi (ə.s) da göndərilən elçilərdəndir inşaAllah. “doğru yoldasan”. Peyğəmbərimiz (s.ə.v) də doğru yoldadır. Mehdi (ə.s) da doğru yoldadır. “Bu Quran Qüdrətli və Rəhmli Allah tərəfindən nazil edilmişdir ki,” “Allahın endirdiyi bir kitabdır” -deyir. Bax, “ataları xəbərdar edilməmiş, özləri də qafil olan bir tayfanı xəbərdar edəsən”. Həm Peyğəmbərimiz (s.ə.v)-in dövrünə baxır, həm Axırzamana baxır. Çünki, bax, “ataları xəbərdar edilməmiş, özləri də qafil olan bir tayfanı xəbərdar edəsən”.

Həqiqətən indiki cəmiyyətdə dini məlumat çox zəifdir. Türkiyədə də bəzi yerlərdə çox azdır dini məlumat. Yəni, Quran haqqında məlumatları azdır. Atalarının da məlumatı az olur, özlərinin də az olur. “Onların əksəriyyəti barəsindəki söz gerçəkləşdi. Çünki onlar iman gətirməzlər”. Yəni izah etsən də inanmazlar deyir Allah. “Həqiqətən, Biz onların boyunlarına, çənələrinə dirənmiş zəncirlər keçirtmişik. Odur ki, başları təkəbbürlə yuxarı qalxmışdır”. Yəni təkəbbürlü, özünü bəyənən, ağlı donmuş, başı işləməyən, amma özündən razı. Bir metr uzağını belə görə bilməyən, amma hər şeyi bildiyini zənn edən bir nəsildən bəhs edir, Quran. Bax, Allah deyir ki, “Biz onların önlərindən bir sədd, arxalarından da başqa bir sədd çəkdik və gözlərinə pərdə saldıq. Buna görə də onlar haqqı görmürlər”.

Yəni, izah etsən də başa düşməzlər deyir Allah ayədə. İndi cəhalətlə örtülürlər bir, dar düşünməklə örtülürlər iki, onların görmələrinə maneə törədən çox-çox örtü də kənarda var. Əyləncə, əyyaşlıq və s. Bax; “Sən onları qorxutsan da, qorxutmasan da, onlar üçün eynidir, iman gətirməyəcəklər. Sən ancaq Zikrə tabe olub Mərhəmətli Allahı görmədən Ondan çəkinən şəxsi qorxuda bilərsən. Beləsini bağışlanma və çox gözəl bir mükafatla müjdələ”. Ancaq Allahdan qorxanı xəbərdar edə bilərsən deyir Allah. Allahdan qorxmayan təsirlənməz deyir. Həqiqətən, dünyada çox vəhşi bir nəsil meydana gəldi.

Dəccal bu təlimi verdi. Məsələn, bu böyük əziyyətdir. Dar düşünən, vəhşi heyvan kimi qorxu içində yaşayan, eqoist, yalnız yemək arxasınca qaçan, mənfəət arxasında olan, əzilə-əzilə məntiqində olan, anasına atasına belə güvənə bilməyən insan olmaq, çünki adamın biri; “Atana belə güvənmə” -deyir. Bu atalar sözüdür, elə deyil mi? Adamın biri səmimi olaraq atasına belə güvənmir, həqiqətən güvənmir. Bir tək özünü sevir və eqoist olur. Məhz bu sistem, dəccaliyyətin sistemidir. Hazırda dünyada verilən cəhd bunun aradan qalxması üçündür. Buna da Türkiyə öncülük edəcək inşaAllah…

  • Share on Facebook
  • Share on Pinterest
  • Share on Threads
  • Share on X
  • Share on WhatsApp
  • Share on Tumblr
  • Share on Telegram
  • Share on Reddit
  • Print this Page
  • Email this Page
Əsas səhifə

Axtarış

Kateroqiyalar

  • Adnan Oktar deyir ki
  • Ateist masonlar və səhvləri
  • Axırzaman, Hz. Mehdi və Hz. İsa
  • Ayə təfsiri
  • Digər inanç və fəlsəfələrə baxış
  • İman həqiqətləri və yaradılış möcüzələri
  • Kitab Əhli və Peyğəmbərlər
  • Maddənin ardındakı sirr
  • Peyğəmbərlər tarixi
  • Quran əxlaqı və təfəkkür
  • Tarix, siyasət və strategiya
  • Türk-İslam Birliyi
  • Təkamül nəzəriyyəsinin süqutu

Etiketlər

Adnan Oktar Allah artmaq axirət axırzaman ayə Bədiüzzaman bənzəmək camaat cənnət darvinizm deyil din dünya dünya hakimiyyəti düşünmək dəccal elm fikir gözləmək günəş hadisə hakim olmaq haqq Hud surəsi 109 Hz. Mehdi (ə.s) hz. İsa (ə.s) Hz Musa hökm etmək hədis Həyat ibadət ifadə etmək incil inkar edənlər inkarçılar internet inşaAllah istəmək izah Kitab əhli küfr Kəhf surəsi mehdiyyət Mehmet Əli Qaya mömin möminlər Mömünlər mühit münafiq müsəlman müsəlmanlar nemət Nur surəsi 31 Nur surəsi 55 peyğəmbərlər qiyamət Quran quran əxlaqı reallaşmaq risalə risalə-i nur sevgi sevinc sistem sona çatmaq sözlər sülh Səid Nursi tanımaq texnologiya Tövrat Türkiyə təbliğ təfsir Təkamül vəsilə Xurafat xurafatçılar yaymaq yaşamaq yer yəhudi zalım zühur zühur etmək zülm çalışmaq çıxış əlaməti çətinlik İmam Rəbbani İman İslam İslam birliyi İslam əxlaqı Şeytan əbcəd ədalət əlamət əxlaq

Bu saytda olan bütün yazıları, saytı qaynaq göstərmək şərti ilə
müəllif haqqı ödəmədən istifadə edə bilərsiniz