Adnan Oktarın 9 avqust 2010-ci il tarixli HarunYahya.TV müsahibəsindən
Adnan Oktar: … Şeytandan Allaha sığınıram; “Onlar orada Öz tərəfimizdən mərhəmət bəxş etdiyimiz və elm öyrətdiyimiz (ledun elmi) qullarımızdan birinə rast gəldilər”. Əbcəd 2010 tarixini verir. Baxın, tək rəqəm çıxır, 2010. Ayəni bir daha oxuyuram. Şeytandan Allaha sığınıram. “Öz tərəfimizdən”. Allahın rəhmətindən, “mərhəmət bəxş etdiyimiz və elm öyrətdiyimiz (ledun elmi) qullarımızdan birinə rast gəldilər”. Tam 2010 tarixini verir əbcədi. “Musa ona dedi: “Sənə öyrədilmiş doğru yolu göstərən elmdən mənə öyrətmək şərtilə sənin arxanca gələ bilərəmmi?”” Biz də Mehdi (ə.s)-a nə deyəcəyik?
“Möhtərəm hocam” -deyəcəyik, hiss edərik Mehdi (ə.s)-ı amma açıq şəkildə bilmərik. “Sənə tələbə olmaq istəyirəm. Allahın sənə öyrətdiyi məlumatdan bizə də öyrətməyin üçün sizə tabe ola bilərəmmi?” Bax, “tabe ola bilərəmmi?” -deyəcəyik. “Dedi ki: “Doğrusu, sən mənim yanımda səbir edə bilməzsən””. Bu həm də eyni zamanda nə deməkdir? Mehdi (ə.s) tələbəsi olmaq çətindir, amma çox çətindir, lap çox çətindir. Belə fırıldağın, dünya aşiqlərinin, ağlı zəif olanların, imanı zəif olanların, dünyasını qurtarmağın dərdində olanların, evlənib, ailə qurub işinə gücünə baxmaq istəyənlərin, dünyasını xoş etmək istəyənlərin, qazanc əldə etmək istəyənlərin edə bilməyəcəyi kimi bir şeydir.
Hələ qorxaq ürəksizlərin heç edə bilməyəcəyi bir şeydir. Bax, nə deyir; “Doğrusu, sən mənim yanımda səbir edə bilməzsən”. “Davam edərsən, amma bir dərəcəyə qədər davam edərsən” -deyir. Burada buna da işarə var. Hz. Musa (ə.s)-a baxır, hz. Xızır (ə.s)-la arasındadır, amma eyni zamanda Mehdi (ə.s) və Mehdi (ə.s)-a tabe olanlara da baxır işarəli mənada. “(Beləykən) Özünü” Demək ki, məlumatın bir mahiyyəti var, “mahiyyətini bilmədiyin bir şeyə necə səbir edə bilərsən?” İndi mən Mehdi (ə.s) deyiləm, öncüsüyəm, tələbəsiyəm. Məsələn, bir şey söyləyirəm qardaşlarımız anlaya bilmədikləri üçün, “bu sözü niyə belə dedin, olar mı, belə deyilər mi?” -deyirlər. Baxın, deyir ki, “mahiyyətini bilmədiyin bir şeyə necə səbir edə bilərsən?”
Mahiyyətini dərk edə bilmirlər dediyim sözün və səbir edə bilmirlər. Sən sakit ol, sənə nə. 10 il sonra dediyim doğru çıxacaq mı, çıxmayacaq mı, sən ona bax. Elə deyilmi? Allah Allah, mən vaxt da verirəm sənə. Amma mahiyyətini dərk etmirsən və bu səbəbdən səbir edə bilmirsən. “Musa dedi: “İnşaAllah, səbirli olduğumu görəcəksən. Sənin heç bir əmrindən çıxmayacağam””. Təbe olan belə tabe olacaq, elə deyilmi? Bax, nə deyir? “İnşaAllah, səbirli olduğumu görəcəksən. Sənin heç bir əmrindən çıxmayacağam”. “Dedi ki: “Əgər mənə tabe olacaqsansa, özüm sənə bir xəbər bildirməyincə məndən heç bir şey haqqında soruşma””. Məni analiz etmək, məni tənqid etmək bunlar olmayacaq, deyir.
“Özüm sənə bir xəbər bildirməyincə”. Mən lazım olanı sənə deyərəm amma məndən sual soruşmayacaqsan, deyir. “Sonra hər ikisi yola düzəlib getdilər. Nəhayət gəlib gəmiyə mindikləri zaman Xızır onu deşdi. Musa dedi: “Sən gəmidə olanları suya qərq etmək üçün mü onu deşdin? Doğrusu, günahı böyük olan bir iş gördün””. Bax, diqqət etdinizsə niyə deşdin demir Musa (ə.s). “Gəmidə olanları suya qərq etmək üçün mü onu deşdin?” -deyir. Günahlandıran bir üslubdan istifadə edir. “And olsun” -deyir and içir, “günahı böyük olan bir iş gördün”. Halbuki, daha əvvəl söz vermişdi, elə deyil mi? “Dedi ki: “Mən demədimmi ki, sən mənim yanımda səbir edə bilməzsən?”” Bu qissədə məqsəd Mehdi (ə.s)-ın tələbəsi olmağın nə qədər çətin olduğunu izah etməkdir. Çünki, Kəhf surəsi mehdiyyəti izah edir, Xızırdan da məqsəd Mehdi (ə.s)-a işarədir. “Musa dedi: “Unutduğum bir şeydən ötrü məni qınama”.
Axırzamanda unutqanlıq yayılacaq, ona da işarə var. “Və öz işimdə məni çətinliyə salma!” -dedi. Bax, “unutduğum bir şeydən ötrü məni qınama”. O, ona deyir qınama deyə. Halbuki, Xızır (ə.s) ona demişdi, “sorğu-sual etmə” deyə; o da ona, “sən də məni sorğu-sual etmə” deyir, inşaAllah. “Və öz işimdə məni çətinliyə salma!” -deyir. Halbuki, orada özü özünü çətinliyə salır. MaşaAllah, təbii ki, qədərə tabe olur. Zəllədir, Peyğəmbər zəlləsidir, inşaAllah, hikmət var. “Yenə ikisi yola düzəldi”. Həmişə ikisi. İkisi, ikisi, həmişə iki. Həmişə iki-iki gedir. “Nəhayət, bir oğlan uşağı ilə rastlaşdıqda Xızır onu öldürdü. Musa dedi: “Heç kəsi öldürməyən”, qisas olmadan, “günahsız bir cana mı qəsd etdin?” “Günahsız bir canımı öldürdün” -deyir. “And olsun”, bax, yenə and içir, “çox pis bir iş tutdun”.
Məsələn, o canın tərtəmiz olub olmadığını o bilir, vəhylə hərəkət edir, çünki, birincisi. “And olsun” –deyir məsələn, bunu deməməlidir. İki, “çox pis bir iş tutdun” –deyir. Qəti hökm verməməlidir, çünki ona tabe olmaqla mükəlləfdir. “Pis bir iş tutdun” da deyə bilməz. Deməməlidir. “Dedi: “Sənə demədim mi ki, mənim yanımda səbir edə bilməzsən?” Amma səbir edir, səbirlə yanında qalır. “Musa dedi: “Əgər bundan sonra səndən bir şey barəsində soruşsam, daha mənə yoldaş olma. Sən artıq mənim diləyəcəyim sonuncu üzrxahlığa çatdın””. “Qəbul edirəm” -deyir. “Yenə yola düzəldilər. Nəhayət, bir kənd əhlinin yanına gəlib camaatdan yeməyə bir şey istədilər. Camaat onları yeməyə qonaq etmək istəmədi”. Mehdi (ə.s)-ı da qonaq etməkdən qaçacaqlar. “Onlar orada dağılmaq üzrə olan bir divar gördülər”.
Hz. Süleyman (ə.s)-ın divarı, hz. Süleyman (ə.s)-ın məscidinin divarı eyni zamanda, inşaAllah. “Dərhal onu inşa etdi”. Mehdi (ə.s), hz. Süleyman (ə.s)-ın məscidini inşa edəcək, şəxsən də qatılacaq; əliylə bir kərpic qoyar, bir şey edər, inşaAllah. “Dərhal onu inşa etdi”. Demək ki, bənnalar da nəzarət altına alınacaq. Divar ustası deyilmi Xızır (ə.s)? Eyni zamanda divar ustasıdır. Hz. Mehdi (ə.s)-ın da divar ustalarını nəzarət altına alacağı aydın olur, masonları, inşaAllah. “Musa dedi: “Əgər istəsəydin, bunun müqabilində zəhmət haqqı alardın””. Yaxşı, mübarək, gözəllər gözəli, canımın içi, möhtərəm, Allahın sevgilisi, çox sevdiyi bir insandır Allahın, hz. Musa (ə.s), sən qoyunlarını sulayan o xanımları görəndə getdin, heç bir haqq tələb etmədən o xanımların qoyunlarını götürüb suvardın və geri qaytardın, bir xeyli əmək verdin.
Haqq istədinmi? İstəmədin. Allah rizası üçün etdin hikmətə görə, orada səndən nə üçün pulsuz etdiyini soruşan oldumu? Olmadı. Sən niyə Xızır (ə.s)-dan soruşursan, elə deyilmi? Sən orada, -mübarək, canım Peyğəmbərimiz bir hadisə oldu- tək yumruqla vurdun adamı öldürdün. Səndən niyə öldürdüyünü soruşan oldumu? Çünki, qəsdən öldürmədi. Qədər içərisində öldürdü. Amma heç kim səndən soruşmadı, deyilmi? Soruşulmasını da istəməzsən, inşaAllah. Yaxşı, vəhylə hərəkət edən Xızır (ə.s)-dan nə üçün soruşursan? Eynisiylə sən qarşılaşmısan bax, sorğu-sual etməmişlər sənə. Məsələn, gəmiyə mindi bax, “Nəhayət ikisi gəmiyə mindikləri zaman”, o gəmini deşir, zədəli göstərir. “Sən gəmidə olanları suya qərq etmək üçün mü onu deşdin?” -deyir.
Yaxşı, anan səni kiçik bir gəmi olan o sandıq ilə suya qoyarkən səni öldürmək üçün mü suya buraxdı? Suya bir uşağın buraxılması nə deməkdir, bir taxta sandıq içərisində? Ölümü deməkdir. Pişiklər parçalaya bilər, itlər parçalayar, qurdlar parçalayar, insanlar parçalayar; suyun içində boğulub ölə bilər. Hər şey ola bilər, elə deyil mi? Anan nə üçün səni suya buraxdı? Ölsün deyə buraxmadı, parçalansın deyə buraxmadı. Bilirdi xeyirlə nəticələnəcəyini, elə deyilmi? O da kiçik bir gəmi idi. Sən bunu sorğu-sual etdinmi? Sorğu-sual etmədin, çox haqlı idi, doğru idi. Hz. Xızır (ə.s) etdikdə, o da vəhylə hərəkət edir, sənin anan necə vəhylə hərəkət etdisə, Xızır (ə.s) da vəhylə hərəkət edir.
O zaman niyə təəccüblənirsən, elə deyilmi? Dünya şəkəri, çox həyəcanlı bir Peyğəmbərdir. Allahın çox sevdiyi Ulul Əzm Peyğəmbərlərdəndir. Əsasını atdığı vaxt əsa ilana çevrilən kimi birbaşa qaçmağa başladı. Allah, “qorxma, gəl. Elçilər Mənim hüzurumda qorxmazlar” -dedi. Geri qayıtdı. Ən çəkindiyi şeylərdən birini etdirdi Allah. “Tut quyruğundan” dedi. İlanın, getdi quyruğundan tutdu. Allah onun cəsarətini artırır, ən çəkindiyi şeylərdən biridir ilan. Məsələn, ən çəkindiyi şeylərdən biri adam öldürməkdir, günahsız yerə bir adam öldürmək. Ən böyük imtahanlarından biridir o. Allah deyir, o imtahanın böyüklüyünü.
Çünki, çox kövrək ürəkli birisidir eyni zamanda, Musa (ə.s). O hadisədən çox güclü təsirləndi, bir adam öldürmüş olmaqdan, inşaAllah. Qəza oldu, amma çox təsirləndi. Məsələn, Firondan çox çəkinir, “get onun yanına, onunla danışacaqsan” -deyir Allah. “Təkbaşına gedəcəksən, danışacaqsan” -deyir. “Ya Rəbbi, qardaşımı da mənə köməkçi et” -deyir, Harun (ə.s)-ı deyir. “Dilim tutulur, həyəcandan ürəyim sıxılır” -deyir. Allah qəbul edir. “Qardaşın Harunu sənə verdim, köməkçi olaraq. Gedin ikiniz, amma Mən sizi görürəm, təqib edirəm” -deyir.
Altuğ Berker: Siz daha yaxşı bilərsiniz hocam, inşaAllah; Mehdi (ə.s)-ın fəzilətlərini öyrənincə, hz. Musa (ə.s)-ın Mehdi (ə.s) olmaq üçün duası var, Allahın izni ilə. Üç dəfə Allahdan Mehdi (ə.s) olmağı istəyir, inşaAllah.
Adnan Oktar: Bəli, üç dəfə Allahdan Mehdi (ə.s) olmağı istəyir. İnşaAllah. “Bu, mənimlə sənin aranda ayrılma zamanımız””. Mehdiliyə səbir etmək çətindir, Mehdi (ə.s) tələbəsi olmağa səbir etmək çətindir. İlk dəfədən ayrılar, heç yaxın durmaz, yanaşarsa da görər-görməz ayrılar və yaxud davam etdisə də bir müddət sonra ayrılar. Gücü çatmaz, hər kəsin gücünün çatacağı bir şey deyil. Quran çox dolayı yoldan buna da işarə edir. Amma təbii ki, hz. Musa (ə.s)-ın mövqeyi tamam ayrıdır. O Ulul Əzm Peyğəmbərdir, inşaAllah …