İçeriğe geç

Taha surəsi; 1-7 (Quran bizi rahatlığa çıxaran bir Kitabdır)

Adnan Oktarin Kaçkar Tv-dəki canlı müsahibəsi (22 dekabr 2010)

Adnan Oktar: Bismillah. Şeytandan Allaha sığınırıq. Taha surəsi, Rəhman Rəhim olan Allahın adı ilə, şeytandan Allaha sığınıram. “Ta. Ha. Biz Quranı sənə ona görə nazil etmədik ki, əziyyətə düşəsən”. Quran bizə həyatı qaraldan, nəşəmizi alan, bizi çətinə salan, gözəl nemətlərdən bizi uzaqlaşdıran bir Kitab deyil. Çətinlik çəkdirən bir Kitab deyil. Əksinə bizi rahatlaşdıran, hüzura çıxaran bir Kitabdır. “Onu Allahdan qorxanlar üçün ancaq nəsihət kimi göndərdik”. Demək ki, Allahdan qorxanlara istiqamətli bir Kitabdır. Allahdan qorxmayanların anlayacağı bir Kitab deyil. “O, yeri və uca göyləri yaradan Allah tərəfindən nazil olmuşdur”. Allah, yeri və uca göyləri, hər şeyi Özünün yaratdığını, Onun tərəfindən endirildiyini söyləyir. “Mərhəmətli Allah Ərşə ucaldı”. Allah hər yeri əhatə etmişdir. “Göylərdə, yerdə, onların arasında və torpağın altında nə varsa, Ona məxsusdur”. Buna görə adamın biri “bu mal mənimdir” deyə bilməz. Bir insan malın gözətçisi ola bilər. “Bütün mal-mülk hamısı Mənə aiddir” deyir Allah. “Sən ucadan danışsan da, danışmasan da, fərqi yoxdur. Çünki Allah sirri də, bundan daha gizli olanı da bilir”. Məsələn, birisi bir şeyi gizlədir, Allah deyir ki: “Ucadan danışsan da, danışmasan da, fərqi yoxdur. Çünki Allah sirri də, bundan daha gizli olanı da bilir”. “Ağlında tutduğun gizli məlumatı da Mən bilirəm” deyir Allah, “şüuraltını da bilirəm Mən sənin, ən gizli məlumatı da bilirəm, hamısını bilərəm Mən” -deyir.

  • Share on Facebook
  • Share on Pinterest
  • Share on Threads
  • Share on X
  • Share on WhatsApp
  • Share on Tumblr
  • Share on Telegram
  • Share on Reddit
  • Print this Page
  • Email this Page
Əsas səhifə

Axtarış

Kateroqiyalar

  • Adnan Oktar deyir ki
  • Ateist masonlar və səhvləri
  • Axırzaman, Hz. Mehdi və Hz. İsa
  • Ayə təfsiri
  • Digər inanç və fəlsəfələrə baxış
  • İman həqiqətləri və yaradılış möcüzələri
  • Kitab Əhli və Peyğəmbərlər
  • Maddənin ardındakı sirr
  • Peyğəmbərlər tarixi
  • Quran əxlaqı və təfəkkür
  • Tarix, siyasət və strategiya
  • Türk-İslam Birliyi
  • Təkamül nəzəriyyəsinin süqutu

Etiketlər

Adnan Oktar Allah artmaq axirət axırzaman ayə Bədiüzzaman bənzəmək camaat cənnət darvinizm deyil din dünya dünya hakimiyyəti düşünmək dəccal elm fikir gözləmək günəş hadisə hakim olmaq haqq Hud surəsi 109 Hz. Mehdi (ə.s) hz. İsa (ə.s) Hz Musa hökm etmək hədis Həyat ibadət ifadə etmək incil inkar edənlər inkarçılar internet inşaAllah istəmək izah Kitab əhli küfr Kəhf surəsi mehdiyyət Mehmet Əli Qaya mömin möminlər Mömünlər mühit münafiq müsəlman müsəlmanlar nemət Nur surəsi 31 Nur surəsi 55 peyğəmbərlər qiyamət Quran quran əxlaqı reallaşmaq risalə risalə-i nur sevgi sevinc sistem sona çatmaq sözlər sülh Səid Nursi tanımaq texnologiya Tövrat Türkiyə təbliğ təfsir Təkamül vəsilə Xurafat xurafatçılar yaymaq yaşamaq yer yəhudi zalım zühur zühur etmək zülm çalışmaq çıxış əlaməti çətinlik İmam Rəbbani İman İslam İslam birliyi İslam əxlaqı Şeytan əbcəd ədalət əlamət əxlaq

Bu saytda olan bütün yazıları, saytı qaynaq göstərmək şərti ilə
müəllif haqqı ödəmədən istifadə edə bilərsiniz