Adnan Oktarın Kocaeli Tv və Aba Tv-dəki canli müsahibəsi (2 oktyabr 2010)
Adnan Oktar: Məhəmməd surəsi 29; “Yoxsa qəlblərində xəstəlik olanlar elə hesab edirdilər ki, Allah onların kin-küdurətini üzə çıxarmayacaq?” Təbii ki, münafiqlərə də baxır ayə. Çünki münafiqin qəlbində onsuz da xəstəlik var. Amma bir də qəlbində xəstəlik olub da əməlində göstərməyənlər var. Bunlar müsəlman olma ehtimalı olan şəxslərdir. Bax, “Yoxsa qəlblərində xəstəlik olanlar elə hesab edirdilər ki, Allah onların kin-küdurətini üzə çıxarmayacaq?” Məhəmməd surəsi 29-da, yəni onlar mütləq bir gün bir sıxışıb, çətində qalıb mütləq kinlərini ortaya çıxaracaqları bir vəziyyət olar.
Məsələn, müsəlmanlara bir hücum olarsa, münafiqlər dərhal qaçar. Yəni münafiq sıxıntıya dözə bilməz. Ona görə rahatlıq vaxtı münafiq xarakterli kəslərin, yəni ürəyində xəstəlik olanların yaxşı davranması çox əhəmiyyətli deyil. Çətinlik anında təhlükəli ola bilər. Ona görə ürəyində xəstəlik olanı, ürəyindəki xəstəlik davam edərkən müalicə etmək çox əhəmiyyətlidir. Yəni necə olsa bir şey olmaz demək, doğru deyil. Çünki sıxıntı anında əgər xəstədirsə, büruzə verər. O artıq təhlükəli bir məxluqa çevrilər. Ona görə müalicəsi mümkünkən; nə olacaq bundan bir şey çıxmaz deməyib müalicə etmək lazımdır. Çünki, başqa cür çox təhlükəli olarlar. Bax, Allah Bəqərə surəsi, 204-də münafiqlər üçün deyir ki: “Onun bu dünya həyatında danışdığı sözlər səni heyran edər. O, qəlbində olana Allahı şahid göstərər…”
Yəni ürəyindəki əxlaqsızlığa baxmayaraq, namussuzluğa baxmayaraq münafiq Allahı şahid gətirir, Allah adına söyləyir, ayə ilə, Quranla danışır. “Əslində o, ən qatı düşməndir” –deyir Allah. Baxın, normal bir düşmən deyil, ən azğın düşməndir. Əzab verici bir kini var, münafiq gecə-gündüz müsəlmanlara necə zərər verməli olduğunu düşünür, gecə-gündüz. Sabah qalxar, nə təbliğ, nə İslamı yaymaq, nə İttihad-ı İslam, nə Türk-İslam Birliyi, nə küfrlə mübarizə, nə darvinist və materialistlə mübarizə, bunlar onu, münafiqi maraqlandırmaz. Münafiqin tək hədəfi müsəlmanlardır.
Axırzamanda da Mehdi (ə.s) camaatının münafiqləri, ən şiddətliləridir. Yəni son 1400 ilin ən şiddətli münafiqləri Mehdi (ə.s) dövründə olan münafiqlərdir. Peyğəmbərimiz (s.ə.v)-in münafiqləri, ən şiddətli olanlar onlardılar. Sonrakı şiddətlilər də, 1400 il sonra Mehdi (ə.s) dövrünün münafiqləridir. Çox şiddətlidir yəni. Və vaxt keçdikcə daha da Allah şiddətlərini ortaya çıxarar. “Ona görə Mehdi (ə.s) daima təmizləyər, münafiqlər buğdaya düşmüş qurdlar kimidirlər” -deyir. Təmizləyər, yenə gələrlər. Təmizləyər, yenə gələrlər.
Ən axırda tərtəmiz buğdalar qalar, deyir. 313 dənə buğda. Bütün pislikləri bax, Allah iyrənc qurdlara bənzədir münafiqləri. Qurd hara düşər? Yaraya düşər, zibilə düşər, çürümüş şeylərə düşər. Münafiqlər də elə çürümüş, pis şeylərə düşərlər, oralarda qidalanarlar. Ona görə təmizlənmələri əhəmiyyətlidir, Allah onları hadisə ilə təmizləyər, hər hansı bir hadisə ilə. Məhəmməd surəsində Allah açıq şəkildə deyir: “Elə hesab edirdilər ki, Allah onların kin-küdurətini üzə çıxarmayacaq?” Mütləq ortaya çıxırlar, inşaAllah. Peyğəmbərimiz (s.ə.v)-in evliliklərini, Peyğəmbərimiz (s.ə.v)-in gücünü çox qısqanırdılar.
Və xanımlarına da artıq böhtan atmağa başlamışdılar, gözləri döndü, azğınlaşdılar o zaman münafiqlər. Nur surəsi, 11; “Şübhəsiz ki, Aişə barəsində yalan xəbər gətirənlər özünüzdən olan bir dəstədir. Onu özünüz üçün pis bir şey hesab etməyin. Əksinə, bu sizin üçün xeyirlidir. O dəstədən olan hər bir şəxsin qazandığı günahın cəzası vardır. İçərilərindən günahın böyüyünü öz üstünə götürəni isə böyük bir əzab gözləyir”. Yəni ən azğın münafiqə daha böyük cəza var deyir Allah. Kim əxlaqsızlıq etsə, ona daha böyük cəza var. Yaxud kim günaha girsə, daha böyük cəza var.