Header

Hədid surəsi; 27 (Şəfqət və mərhəmət Quranda hakimdir, İncildə də hakimdir.)

Aa4a

Adnan Oktarın 17 aprel 2011 A9 Tv, Kanal Avropa və Çay Tv-dəki canlı söhbətindən

ADNAN OKTAR: Şeytandan Allaha sığınıram, Hədid surəsi, 27-ci ayə “Sonra onların izləri üzərində elçilərimizi bir-biri ardınca göndərdik.” Peyğəmbərlər silsilə olaraq ard-arda gəlirlər. “Məryəm oğlu İsanı da arxalarından göndərdik; ona İncili verdik və onu izləyənlərin ürəklərində şəfqət və mərhəmət etdik.”

Yəni, “İncilə tabe olanların ürəklərində şəfqət və mərhəmət yaratdıq” deyir Allah. “Xristianlığın bir xüsusiyyəti, şəfqət və mərhəmətin çox olmasıdır” deyir Allah. Allah bunu bir hökm olaraq ifadə etmişdir. Şəfqət və mərhəmət; biz də müsəlmanlar olaraq, şəfqət və mərhəməti əsas götürməliyik, inşaAllah. Şəfqət və mərhəmət Quranda da hakimdir, İncildə də hakimdir.

“(Bir bidət olaraq) Çıxardıqları ruhaniliyi isə” yəni, uydurduqları, sonradan çıxartdıqları ruhaniliyi isə, “Biz onlara yazmadıq (əmr etmədik).” “Mən belə bir şey söyləmədim” deyir Allah, “İncildə elə bir əmrim yoxdur” deyir. “Ancaq Allahın razılığını axtarmaq üçün (çıxartdılar)”

“Ruhanilik yaratdılar, olmayan bir şeyi söylədilər” deyir, “amma buna da lazım olduğu kimi əməl etmədilər.” Yəni İncildə yazan, ruhaniliyin ortaya çıxartdığı inanclara da gərəyi kimi əməl etmədilər” deyir.

“Bununla birlikdə onlardan iman edənlərə əcrlərini verdik,” “Səmimi iman edənlərə savab verdik” deyir, Allah. “Onlardan bir çoxu da fasiq olanlardır.” “Bir çoxu da günahkardır” deyir. 28 “Ey iman edənlər, Allahdan çəkinib-qorxun”

Allahdan qorxmaq, müsəlmanın ən diqqətə çarpan xüsusiyyətlərindəndir. “Və Onun elçisinə iman edin” Peyğəmbərinə iman edin, “sizə Öz rəhmətindən iki qat (gözəl qarşılıq) versin” iki qat savab versin.

“Sizə özüylə gəzəcəyiniz bir nur versin” Biz gəzərkən bir nura ehtiyacımız var, ağıla ehtiyacımız var, bəsirətə, fərasətə ehtiyacımız var. “Sizə özüylə gəzəcəyiniz bir nur versin” yəni, həyatda yaşayarkən, ehtiyacımız olan o güc, Allahın verdiyi gözəl güc, “və sizə bağışlasın.” Sizə rəhm etsin, bağışlasın. “Allah çox bağışlayandır, çox əsirgəyəndir.”

29 “Belə ki; kitab əhli, yəhudi və xristianlar Allahın fəzlindən heç bir şeyə güc çatdırıb sahib olmadıqlarını”

“Allahın fəzlindən heç bir şeyə güc çatdırıb sahib olmadıqlarını”, çünki hər şeyə güc çatdıran Allahdır. Özlərinin müstəqil bir gücü olmaz.

“Və fəzlinin şübhəsiz, Allahın əlində olduğunu” yəni, bütün gücün Allahın əlində olduğunu “Onu dilədiyinə verdiyini”, istədiyi kimsəyə üstünlük və güc verdiyini “bilib öyrənsin. Allah böyük fəzl, ehsan və lütf sahibidir.”

Ramadan 2013 Al Quran HD Wallpaper

Aa5a
  • Share on Facebook
  • Share on Pinterest
  • Share on Threads
  • Share on X
  • Share on WhatsApp
  • Share on Tumblr
  • Share on Telegram
  • Share on Reddit
  • Print this Page
  • Email this Page
Əsas səhifə

Axtarış

Kateroqiyalar

  • Adnan Oktar deyir ki
  • Ateist masonlar və səhvləri
  • Axırzaman, Hz. Mehdi və Hz. İsa
  • Ayə təfsiri
  • Digər inanç və fəlsəfələrə baxış
  • İman həqiqətləri və yaradılış möcüzələri
  • Kitab Əhli və Peyğəmbərlər
  • Maddənin ardındakı sirr
  • Peyğəmbərlər tarixi
  • Quran əxlaqı və təfəkkür
  • Tarix, siyasət və strategiya
  • Türk-İslam Birliyi
  • Təkamül nəzəriyyəsinin süqutu

Etiketlər

Adnan OktarAllahartmaqaxirətaxırzamanayəBədiüzzamanbənzəməkcamaatcənnətdarvinizmdeyildindünyadünya hakimiyyətidüşünməkdəccalelmfikirgözləməkgünəşhadisəhakim olmaqhaqqHud surəsi 109Hz. Mehdi (ə.s)hz. İsa (ə.s)Hz Musahökm etməkhədisHəyatibadətifadə etməkincilinkar edənlərinkarçılarinternetinşaAllahistəməkizahKitab əhliküfrKəhf surəsimehdiyyətMehmet Əli QayamöminmöminlərMömünlərmühitmünafiqmüsəlmanmüsəlmanlarnemətNur surəsi 31Nur surəsi 55peyğəmbərlərqiyamətQuranquran əxlaqıreallaşmaqrisalərisalə-i nursevgisevincsistemsona çatmaqsözlərsülhSəid NursitanımaqtexnologiyaTövratTürkiyətəbliğtəfsirTəkamülvəsiləXurafatxurafatçılaryaymaqyaşamaqyeryəhudizalımzühurzühur etməkzülmçalışmaqçıxış əlamətiçətinlikİmam Rəbbaniİmanİslamİslam birliyiİslam əxlaqıŞeytanəbcədədalətəlamətəxlaq

Muhur

Bu saytda olan bütün yazıları, saytı qaynaq göstərmək şərti ilə
müəllif haqqı ödəmədən istifadə edə bilərsiniz

Logo 313