USTAD BU SÖZÜNÜ HİCRİ 1327-CI (MİLADİ 1911-CI) İLDƏ ŞAMDA ƏMƏVİ MƏSCİDİNDƏ XÜTBƏ ZAMANI SÖYLƏMİŞDİR. BURADA USTAD İSLAM ALƏMİNİN HİCRİ 1371-CI İLDƏN, YƏNİ, MİLADİ 1951-CI İLDƏN SONRAKI GƏLƏCƏYİNƏ AİD İZAHLAR VERMİŞDİR. USTADIN ŞAMDAKI XÜTBƏSİNDƏ VERDİYİ TARİXLƏRİN HAMISI HZ. MEHDİ (Ə.S)-IN ZÜHUR ZAMANI 1400-CÜ İLLƏRƏ DAXİLDİR.
Gələcək yalnız və yalnız İslamiyyətin olacaq və hakim, Qurani Kərimə uyğun olan iman həqiqətləri olacaq… !
Ey Əməvi Məscidindəki olanlar kimi olan İslam aləminin bu böyük məscidindəki qardaşlarım! Siz də ibrət götürün! Bu 45 ildəki dəhşətli hadisələrdən ibrət götürün! Tam ağlınızı başınıza yığaraq, ey düşünən ağıl sahibi və özünü məlumatlı dərk edənlər! Sözün qısası, Biz Quran tələbəsi olan müsəlmanlar, həqiqəti səhvdən, haqqı batildən ayıran dəlillərə əsaslanırıq, ağlımızla, fikrimizlə və ürəyimizlə imani həqiqətlərə inanırıq. Başqa dinlərin bəzi insanları kimi rahibləri təqlid etmək üçün həqiqəti səhvdən, haqqı batildən ayıran dəlilləri bir kənara atmırıq. Ona görə, ağlın, elmin və fənnin hökm edəcəyi gələcəkdə, əlbəttə ki, məntiqli dəlillərə dayanan və bütün hökmlərini ağla əsaslanaraq etdirən Quran hökm edəcək. Həm də İslamiyyət günəşinin görülməsinə (ortaya çıxmasına) və insanlığı işıqlandırmasına mane olan pərdələr açılmağa başlayar və o mane olanlar kənara çəkilməyə başlayarlar. 45 il əvvəl o dan vaxtının işarələri göründü. 1971-ci ildə əsl işıqlanma başlayacaq. Əgər bu yalançı fəcr də olsa, 30-40 il sonra həqiqi aydınlıq ortaya çıxacaq. Bəli, İslamiyyətin həqiqətlərinin keçmişdəki ölkələrinin tamamilə zəbtinə 8 dəhşətli maneələr əngəl oldu.
Birinci, ikinci, üçüncü maneələr: Əcnəbilərin cahilliyi, o zamandakı vəhşilikləri və dinlərinə fanatizmləridir. Bu üç maneə, elm və mədəniyyətin əxlaqi gözəllikləri ilə dağılıb məhv olmağa başlayar.
Dördüncü, beşinci maneələr: Keşişlərin, ruhani rəislərin hökmranlığı, zorakılıqları və əcnəbilərin kor-koranə onları təqlid etmələridir. Bu iki maneə də azadlıq fikrinə həqiqətləri araşdırma meylinin insanlarda başlaması ilə sona çatmağa başlayar.
Altıncı, yeddinci maneələr: Bizdəki təzyiq və şəriətin müxalifətindən gələn pis əxlaqımız maneə törədirdi. Bir şəxsdəki fərdi təzyiq qüvvətinin indi sona çatması, camaat və komitənin dəhşətli təzyiqlərinin 30- 40 il sonra sona çatmasına işarə etməklə, İslamiyyətin qorunması, şiddətli yayılması ilə (coşmasıyla, qəzəblənməsi ilə) və pis əxlaqın çirkin nəticələrinin görülməsi ilə bu iki maneə də məhv olmağa başlamışdır. inşaAllah tamamilə sona çatacaq.
Səkkizinci maneə: Yeni elmlərin bəzi düzgün olan məsələlərinin, İslamiyyətin həqiqətlərinin görünən mənalarına zənn edilərək, keçmiş zamandakı zəbtinə bir dərəcə sədd çəkmişdir. … Bəli, həqiqəti axtaran bəzi müsəlmanların bu yolda müəllif hüquqları var. Bu səkkizinci dəhşətli maneənin alt-üst olacağına dair əlamətlər görünür. Düzdür, indi olmasa da, 30-40 il sonra fənn, həqiqi elm və mədəniyyətin gözəllikləri bu üç qüvvəti tam hazırlayıb, lazım olan maddi-mənəvi bütün ehtiyaclarını ödəyib, o səkkiz maneəni məğlub edib dağıtmaq üçün, düzgünlüyü araşdırma meylini, insafı və insan sevgisini, o səkkiz düşmən tayfasının 8 cəbhəsinə göndərmişdir. İnşaAllah yarım əsr sonra onları darmadağın edəcək. Belə bir məsəl var ki, “Ən qəti fəzilət budur ki, düşmənləri də həmin fəzilətin təsdiqinə şahidlik edəsən.” (Tarixçeyi Həyat, səh. 80, 81)
Ustad burada bu xütbənin oxunuşundan 40 il sonrakı illərə diqqət çəkmişdir. Yəni, hicri 1371-ci ildən miladi 1951-ci ildən sonrakı illərdəki İslam aləminin gələcəyinə dair izahlar vermişdir.
Hicri 1371 + 30 = 1401 (Miladi 1981) (30 il sonra) Hicri 1371 + 40 = 1411 (Miladi 1991) (40 il sonra) Hicri 1371 + 50 = 1421 (Miladi 2001) (yarım əsr sonra)