Header

Zuxruf surəsi; 33-44 (kasıblıq, xəstəlik, əzablar insanı Allaha yaxınlaşdırar)

Aa4a

Adnan Oktarın 22 may 2011 A9 Tv və Tv Kayseridəki canlı söhbətindən

ADNAN OKTAR: Kasıblıq Allaha yaxınlaşdırar, şikəstlik Allaha yaxınlaşdırar, xəstəlik Allaha yaxınlaşdırar, əzablar Allaha yaxınlaşdırar. Sağlamlıq, səhhət, gözəllik, zənginlik insanı dünyaya bağlayar, Allahı unutdurur. Bir çox insanda belədir. Allah, “əgər belə olmasaydı, müdhiş bir zənginlik, müdhiş bir güc verərdim” deyir. Baxın, ayədə; şeytandan Allaha sığınıram.

“Əgər insanlar (Allaha qarşı üsyanda birləşib) tək bir ümmət olmasaydı, Rəhmanı (Allahı) inkar edənlərin evlərinə gümüşdən tavanlar və üstünə çıxacaqları nərdivanlar edərdik. Evlərinə qapılar və üzərində oturacaqları kürsülər və (daha nə qədər) cazibədar-bəzəklər (də verərdik). Bütün bunlar, yalnız dünya həyatının bəzəyidir. Axirət isə, Rəbbinin qatında müttəqilər üçündür. Kim Rəhman (olan Allah)ın zikrini görməzlikdən gəlirsə, Biz şeytana onun “üzərini qabıqla bağlatdırarıq”; artıq bu, onun yaxın dostudur.”

Bu lağ, Axırzamanda reallaşdı. Allah, dəccalı vəsilə etdi. Dəccal insanlara qabıq kimi bağlandı. Allahın zikrini buraxdıqları üçün, darvinist, materialist olduqları üçün. Baxın, deyir ki, Allah, şeytandan Allaha sığınıram. “Biz şeytana onun “üzərini qabıqla bağlatdırarıq.” Yəni şeytan bədənin üzərinə elektromaqnit sahə şəklində çökür. Beynini, başını əhatə edir, şeytan bədəninin üzərinə çökür. Şeytan unutqanlıq, zehin bulanıqlığı, fikrini toplama çətinliyi, dünyaya meyil, Allahı, dini anınca sıxıntı, Quranı dinləməyə dözümsüzlük kimi təsir meydana gətirir. Boş sözə meyil yaradır. Məsələn, boş danışır, açılır adam, rahatlayır, dedi-qodu edir rahatlayır.

Allah xatırlanır ürəyi sıxılır. Quran oxunur, adamı sıxıntılar basır. Şeytan boğur adamı, üstünü örtmüşdür. Quran bu həqiqətə diqqət çəkir. Şeytandan Allaha sığınıram. 37 “Həqiqətən bunlar (bu şeytanlar), onları yoldan saxlayarlar; onlar isə, özlərinin həqiqətən, hidayətdə olduqlarını sanarlar.” Xüsusilə də bu ayə, xurafatçılara işarə edir. Baxın, həqiqətən, hidayətdə olduqlarını sanırlar. “Çox təqvalıyam” deyir. “Allah yolundayam. Hətta birinciyəm. Əhli-nicatam. Təriqəti-naciyəyəm. Qurtuluşa çatan qrup, bizik” deyir. “Hər kəs zəlalətdədir, mənim təriqətim, mənim camaatım xilas oldu” deyir. “Mənim başım da, dünyanın ən böyüyüdür. Camaatım da dünyanın ən böyüyüdür” deyir.

Bir çox yerdə bu belədir, dünyanın hər yerində, Mərakeş, Tunis, Əlcəzair, hər yerində. “Sonunda Bizə gəldiyi zaman, deyər ki: “Kaş ki, mənimlə sənin aranda iki şərq (şərq ilə qərb) uzaqlığı olsaydı. Məgər, nə pis yaxın-dost(sanmış sən).” Adam, sonunda bunu söyləyir. “(Bu deyinmələriniz,) Bu gün sizə qəti olaraq bir fayda təmin etməz. Çünki zülm etdiniz. Şübhəsiz, əzabda da ortaqsınız” deyir, Allah. “Elə isə kar olanlara sən mi eşitdirəcəksən və ya kor olan və açıqca bir pozğunluq içində olanı hidayətə çatdıracaqsan?” Deyir ki, Bədiüzzaman; “ayaq üstə ölülər” deyir. Ölü adam, yəni şüuru getmişdir, sanki havalanmışdır. “Bu halda Biz səni alıb-aparsaq, əlbəttə onlardan intiqam alacağıq.”

Sən ölsən də” deyir Allah Peyğəmbərimiz (s.ə.v)-ə, əlbəttə biz onlardan intiqam alacağıq.” Nə vaxt olacaq bu intiqam? Peyğəmbərimiz (s.ə.v) getdi deyilmi? Ayə həyata keçdi. Baxın, “bu halda Biz səni alıb-aparsaq”, axirətə. İndi Peyğəmbərimiz (s.ə.v) Allahın qatındadır. Bu hadisə reallaşdı. Allah apardı. “Əlbəttə” deyir Allah. Baxın, əlbəttə; qətilik ifadə edən bir ifadədir. “Onlardan intiqam alacağıq.” Kiminlə? Məhəmməd Mehdi (ə.s) ilə. Kiminlə? Məhəmməd Mehdi (ə.s)-ın vəziri İsa Məsih (ə.s) ilə. İbni Məryəm.

Allahın bu intiqamı məhz dünya hakimiyyəti ilə nəticələnir. Küfr yerlə yeksan olur, inşaAllah. “Ya da özlərinə vəd etdiyimiz şeyi onlara göstərərik ki, Biz həqiqətən, onların üstündə güc sahibiyik.” “Qiyaməti də qopardaram” deyir Allah. Ki, hz. Mehdi (ə.s)-dan sonra, qiyamətdir. Mən qirx birinci ayəni işarəli məna olaraq söylədim. “Bu halda, sənə vəhy ediləndən möhkəm yapış.” Qurandan möhkəm yapış. Xurafatçıların arxasınca getmə. Mövhumatçıların arxasınca getmə. Xurafatçıların arxasınca getmə. Allah, nəyin arxasınca get deyir? “Sənə vəhy ediləndən möhkəm yapış.” Qurana, yalnız Quran.

“Çünki sən dümdüz bir yol üzərindəsən.” Dümdüz yol nədir? Peyğəmbərimiz (s.ə.v)-in yolu, Quran və Peyğəmbərimiz (s.ə.v)-in sünnəsi. “Və şübhəsiz o (Quran), sənin və qövmün üçün həqiqətən, bir zikrdir. Siz (ondan) sorğu-sual olunacaqsınız.” Yalnız Qurandan sorğu-sual olunacaqsınız” deyir. Xurafatlardan sorğu-sual yoxdur. Xurafatçı nə deyir? “Bax, bu-bu xurafatlardan sorğu-sual olunacaqsınız” deyir. Saxtakar, yalan danışırsan. Allahdan qorx. Bax, nə deyir Allah? “Və şübhəsiz o (Quran), sənin və qövmün üçün həqiqətən bir zikrdir. Siz (ondan) sorğu-sual olunacaqsınız.” Yalnız Qurandan sorğu-sual olunacaqsız. Başqa şeydən sorğu-sual olunmayacaqsınız. Axirətə getdiyimizdə Quran, o qədər. Quranda yazılanları etdik mi, etmədik mi? O qədər. Başqa bir şey yoxdur.

Quran Karim

Aa5a
  • Share on Facebook
  • Share on Pinterest
  • Share on Threads
  • Share on X
  • Share on WhatsApp
  • Share on Tumblr
  • Share on Telegram
  • Share on Reddit
  • Print this Page
  • Email this Page
Əsas səhifə

Axtarış

Kateroqiyalar

  • Adnan Oktar deyir ki
  • Ateist masonlar və səhvləri
  • Axırzaman, Hz. Mehdi və Hz. İsa
  • Ayə təfsiri
  • Digər inanç və fəlsəfələrə baxış
  • İman həqiqətləri və yaradılış möcüzələri
  • Kitab Əhli və Peyğəmbərlər
  • Maddənin ardındakı sirr
  • Peyğəmbərlər tarixi
  • Quran əxlaqı və təfəkkür
  • Tarix, siyasət və strategiya
  • Türk-İslam Birliyi
  • Təkamül nəzəriyyəsinin süqutu

Etiketlər

Adnan OktarAllahartmaqaxirətaxırzamanayəBədiüzzamanbənzəməkcamaatcənnətdarvinizmdeyildindünyadünya hakimiyyətidüşünməkdəccalelmfikirgözləməkgünəşhadisəhakim olmaqhaqqHud surəsi 109Hz. Mehdi (ə.s)hz. İsa (ə.s)Hz Musahökm etməkhədisHəyatibadətifadə etməkincilinkar edənlərinkarçılarinternetinşaAllahistəməkizahKitab əhliküfrKəhf surəsimehdiyyətMehmet Əli QayamöminmöminlərMömünlərmühitmünafiqmüsəlmanmüsəlmanlarnemətNur surəsi 31Nur surəsi 55peyğəmbərlərqiyamətQuranquran əxlaqıreallaşmaqrisalərisalə-i nursevgisevincsistemsona çatmaqsözlərsülhSəid NursitanımaqtexnologiyaTövratTürkiyətəbliğtəfsirTəkamülvəsiləXurafatxurafatçılaryaymaqyaşamaqyeryəhudizalımzühurzühur etməkzülmçalışmaqçıxış əlamətiçətinlikİmam Rəbbaniİmanİslamİslam birliyiİslam əxlaqıŞeytanəbcədədalətəlamətəxlaq

Muhur

Bu saytda olan bütün yazıları, saytı qaynaq göstərmək şərti ilə
müəllif haqqı ödəmədən istifadə edə bilərsiniz

Logo 313