İçeriğe geç

Əraf surəsi, 128 (müsəlmanlara sevgisi olmayanın imanı xəstə deməkdir)

ADNAN OKTARIN KAÇKAR TV-DƏKİ CANLI MÜSAHİBƏSİ (15 DEKABR 2010)

ADNAN OKTAR: Əraf surəsi, 128-ci ayə, Şeytandan Allaha sığınıram, “Musa öz qövmünə: “Allahdan kömək diləyin və səbir edin.”” Müsəlman həmişə Allahdan kömək istəməli. Hər dəfə yardım diləməsi həm savabdır, həm də ibadətdir, ürəyini açar, çox gözəl bir ibadətdir. “Və səbir edin.”-yəni, yaxşı əxlaqda səbir etmək, təbliğdə səbir etmək, dostluqda səbir etməkdir. Məsələn, müsəlmanların bir-birilərini sevməsi Allahın bir əmridir. Amma ildə bir dəfə görüşürsə adam, bu normal bir hərəkət deyil. Bu səmimi sevgi deyil. Əgər sevirsə, səhabələr nə edirdi? Həmişə müzakirə edirdilər, həmişə bir-birilərini sevirdilər. Əgər müsəlmanlar səhabə sevgisini nümunə alırlarsa, bir-birilərini çox sevməli və bir-biriləri ilə söhbət etmələri lazımdır. Çox nadir görüşmək istəyirsə, (tez-tez) görüşmək istəmirsə, Allah ürəyindən sevgini almış deməkdir. Bu nə deməkdir? İman zəifliyi və ağıl zəifliyi deməkdir, bunun izahı yoxdur. Baxsınlar bir müsəlmana, əgər müsəlman qardaşlarına qarşı içində bir sevgi yoxdursa, onlarla söhbətlərdən narahat olursa, onlara yaxın olmaqdan narahat olursa imanı xəstədir. Bu səbəbdən, dediklərində səmimi deyil, izah etdikləri də səmimi deyil. Həm Risalə-i Nura dəvət etməlisən, həm Qurana dəvət etməli, həm Rəsulullah (s.ə.v)-in həyatına dəvət etməlisən, amma müsəlmanları sevməyəcəksənsə, o zaman ağlında sən Firona bənzər bir din yaratmısan. Fironlaşmış beyni, özünə yeni bir din anlayışı əmələ gətirmişdir. Din elə mürəkkəb deyil. Din-sevgi, mərhəmət, şəfqət, dostluqdur. Bunu sən yaşaya bilmirsənsə, bu dostluğu, bu sevgini yaşamırsansa, ürəyində, beynində ciddi bir problem var deməkdir, xəstəsən deməkdir. “Həqiqət budur ki, yer üzü Allahındır.” Yəni Amerikanın, Rusiyanın filan deyil dünya, Allahındır. “O qullarından dilədiyini onun varisləri təyin edir.” Kimi istəsə, məsələn, istərsə hz. Mehdi (ə.s)-a, istəsə hz. İsa (ə.s)-a, ikisini birlikdə (varis edəcək). “Ən gözəl aqibət müttəqilərindir.” Kim üçündür? Hər hansı bir insan üçün deyil, müttəqi, yəni səmimi, həqiqi müsəlmanlar üçündür.

  • Share on Facebook
  • Share on Pinterest
  • Share on Threads
  • Share on X
  • Share on WhatsApp
  • Share on Tumblr
  • Share on Telegram
  • Share on Reddit
  • Print this Page
  • Email this Page
Əsas səhifə

Axtarış

Kateroqiyalar

  • Adnan Oktar deyir ki
  • Ateist masonlar və səhvləri
  • Axırzaman, Hz. Mehdi və Hz. İsa
  • Ayə təfsiri
  • Digər inanç və fəlsəfələrə baxış
  • İman həqiqətləri və yaradılış möcüzələri
  • Kitab Əhli və Peyğəmbərlər
  • Maddənin ardındakı sirr
  • Peyğəmbərlər tarixi
  • Quran əxlaqı və təfəkkür
  • Tarix, siyasət və strategiya
  • Türk-İslam Birliyi
  • Təkamül nəzəriyyəsinin süqutu

Etiketlər

Adnan Oktar Allah artmaq axirət axırzaman ayə Bədiüzzaman bənzəmək camaat cənnət darvinizm deyil din dünya dünya hakimiyyəti düşünmək dəccal elm fikir gözləmək günəş hadisə hakim olmaq haqq Hud surəsi 109 Hz. Mehdi (ə.s) hz. İsa (ə.s) Hz Musa hökm etmək hədis Həyat ibadət ifadə etmək incil inkar edənlər inkarçılar internet inşaAllah istəmək izah Kitab əhli küfr Kəhf surəsi mehdiyyət Mehmet Əli Qaya mömin möminlər Mömünlər mühit münafiq müsəlman müsəlmanlar nemət Nur surəsi 31 Nur surəsi 55 peyğəmbərlər qiyamət Quran quran əxlaqı reallaşmaq risalə risalə-i nur sevgi sevinc sistem sona çatmaq sözlər sülh Səid Nursi tanımaq texnologiya Tövrat Türkiyə təbliğ təfsir Təkamül vəsilə Xurafat xurafatçılar yaymaq yaşamaq yer yəhudi zalım zühur zühur etmək zülm çalışmaq çıxış əlaməti çətinlik İmam Rəbbani İman İslam İslam birliyi İslam əxlaqı Şeytan əbcəd ədalət əlamət əxlaq

Bu saytda olan bütün yazıları, saytı qaynaq göstərmək şərti ilə
müəllif haqqı ödəmədən istifadə edə bilərsiniz