ADNAN OKTARIN A9 TV-DƏKİ CANLI SÖHBƏTİ (2 DEKABR 2011; 20:00)
ADNAN OKTAR: “İnsanlardan eləsi vardır ki, dünya həyatı haqqındakı sözləri sənin xoşuna gələr.” Yəni, dünyəvi dedi-qodu edər, markalardan, yeməklərdən, paltarlardan bəhs edər. Bax, “dünya həyatı haqqındakı sözləri sənin xoşuna gələr.” Amma boş danışar. “O, qəlbində Allahı şahid göstərər” danışdığında da Allahla, dinlə danışar. Amma dindən, İslamdan, Allahın razılığından, Allahın razılığını ən çox qazanmaqdan bəhs etməzlər. “Amma dünya həyatına bağlı sözləri də xoşuna gələr”-deyir. Həqiqətən Peyğəmbərimiz (s.ə.v) dövründə də adamlar bir yerə yığılardılar, qoyunlardan, qoyun ticarətindən, buğdaların harada yaxşı yetişdiyindən danışardılar. Onlar xoşlarına gələr, amma Allahdan bəhs etməkdən sıxılırdılar. “Və qəlbində olana Allahı şahid gətirir, halbuki o, ən qatı düşmənidir”-deyir Allah. Bunlar xüsusi, bu şəkildə yaradılırlar. Psixopat yaradılırlar. Bəqərə surəsi, 204-cü ayə.