Header

Şuəra surəsi; 1-6, 10-18

Aa4a

ADNAN OKTARIN KAÇKAR TV-DƏKİ CANLI REPORTAJI (24 DEKABR 2010)

Şuəra surəsini açmışam. Rəhman Rəhim olan Allahın adıyla. Bax, Rəhman və Rəhim olan, sırf bu sözlər belə insanın ürəyində rahatlıq meydana gətirər, Rəhman və Rəhim; Qoruyan və Himayə edən olan Allahın adıyla, Allahın şəfqəti və himayəsiylə başlayır. “Ta, Sin, Mim. Bunlar, açıq-aşkar olan Kitabın ayələridir.” Bəs Quran bağlı idi, ay xurafatçılar, bax, açıqdır, Allah deyir. Sizə mi inanaq, Qurana mı inanaq. Təbii ki, Qurana inanacağıq. “Onlar mömin olmayacaqlar deyə az qala özünü məhv edəcəksən, elə mi?” Allah Peyğəmbərimiz (s.ə.v)-i xəbərdar edir. Çünki adam ölüdür, Peyğəmbərimiz (s.ə.v) izah edir.

Peyğəmbərimiz (s.ə.v) çox sevgi dolu, çox şirin bir peyğəmbərdir, Peyğəmbərimiz (s.ə.v) dünya şirinidir. Çox həssasdır, özünü çox üzür. İzah edir, izah edir, adam öküz kimi baxır. O zaman da çox kədərlənir, Allah da xəbərdar edir, özünü məhv mi edəcəksən deyir. Kədərdən xəstələnir. “Diləsək, onların üzərinə göydən bir ayə (möcüzə) endirərik, ona boyunları əyilmiş qalarlar”. Əbcədi neçədir; 2022, göydən enən bir ayə, möcüzədir; İsa Məsih, Allah tam tarixini verir; 2022, İsa Məsihin görünməsi, aşkar olmasıdır. “Diləsək, onların üzərinə göydən bir ayə (möcüzə) endirərik, ona boyunları əyilmiş qalarlar” deyir, heyrət və təəccüb içində qalarlar, Allah deyir, təslim olmuş olaraq qalarlar, Allah deyir. 2022-də İslamın dünyaya hakimiyyətinə işarə edir. Təbii ki, ayənin mənası genişdir, Allah bəla verərəm mənasında da deyə bilər, qiyamət mənasına da gələ bilər, amma biz şərh olaraq bu şəkildə söyləyirik.

ALTUĞ BERKER: Dünən 2.2.2022 əhəmiyyətli bir tarix olacaq demişdiniz, inşaAllah.

ADNAN OKTAR: Bəli, 2.2.2022, saat 22.00 dedim. Burada da 2022 tarixini verir. “Onlara Rəhman olan Allahdan yeni bir xəbərdarlıq gəlməyi qalsın, heç müzakirəsiz ondan üz çevirərlər.” Heç cür qəbul etməzlər Allah deyir. Məsələn, Mehdi (ə.s)-ın əlamətləri var deyirik, Firatın suyu kəsildi deyirik, üz çevirir. Kəbəyə basqın oldu deyirik, üz çevirir. Ay və Günəş tutulmaları oldu deyirik, üz çevirir. İki kometa ard-arda çıxdı deyirik, üz çevirir. Ramazan ayında ard-arda Günəş və Ay tutulması olması çox böyük bir hadisədir. Kəbə tarixində ilk dəfə həccə maneə törədiləcək şəkildə bir basqın olur, bu çox böyük bir hadisədir, adam maraqlanmır.

“Həqiqətən yalanladılar; lakin, lağ etdikləri şeyin xəbəri özlərinə çox yaxında gələcəkdir.” Bax, həqiqətən, yalançı çıxarırlar; Mehdini də yalançı çıxardılar, İslam Birliyini də yalançı çıxarırlar. Lakin bir də lağ edirlər, TRT-yə çıxıb hz. İsa gələcəkmiş, ölü necə gələcəkmiş deyə açıq-açıq lağ edirlər, çox televiziya kanalında görülür. “Lakin, lağ etdikləri şeyin xəbəri özlərinə çox yaxında gələcəkdir”; Allah çox yaxında doğru olduğunu görəcəklər deyir. “Sənin Rəbbin, Musaya səslənmişdi: “Zülm etməkdə olan qövmə get;” təbliğ etməyə get, zülm etməkdə olan qövmə get. Zülm etməkdə olan qövm kimdir; dəccaliyyətdir, o dövrün mehdisi kimdir, hz. Musadır, Allah zülmün ortadan qalxmasını istəyir. “Fironun qövmünə, hələ çəkinmirlərmi;” yəni Allahdan qorxsunlar, Allaha təslim olsunlar, Allah deyir.

“Dedi ki: “Rəbbim, həqiqətən mən, onların məni yalançı çıxarmalarından qorxuram;” yəni firon onsuz da yalançı çıxaracaq. Amma bax, 13-cü ayədə davam edir; “sinəm sıxılır” deyir, çox həyəcanlı olduğu üçün həm təzyiqi qalxır, həm də ürəyi əsməyə başlayır. Yəni həyəcana görə taxikardiya ola bilər. Bax, “sinəm sıxılır, dilim dönmür” deyir. Bu dəfə də həyəcandan danışa bilməyəcək hala gəlir, dilim dönmür deyir. “Buna görə Haruna da (elçilik vəzifəsini bildirməsi üçün Cəbrayılı) göndər”; Harun da köməkçim olsun deyir. “Həm də onların mənə qarşı (iddiasını müdafiə edəcəkləri bir cinayət) günahım var; buna görə məni öldürmələrindən qorxuram” deyir; (Allah:) “Xeyr,” dedi. “İkiniz də ayələrimlə gedin, şübhəsiz, sizinlə birlikdəyik (və) eşidirik.”

Mən sizi seyr edirəm, Allah deyir, görürəm, yanınızdayam, gedin, ikiniz birlikdə gedəcəksiniz, Allah deyir. “Gecikmədən Firona gedərək;” bax, gecikmədən; biz insanlara nə deyirik, gecikməyin, tələsin, dərhal Türk-İslam Birliyini quraq deyirik. Gecikməyi Allah qadağan edir. “Gecikmədən Firona gedərək deyin ki: Həqiqətən biz, aləmlərin Rəbbinin elçisiyik. İsrailoğullarını bizimlə birlikdə göndərməyin üçün (sənə gəldik).” Yalnız bunu istəyirik deyirlər. Yəni sənin vətənindən gedəcəyik, torpaqlarını da buraxacağıq, müsəlman qövmünü burax, biz gedəcəyik, başqa bir şey istəmirik deyir. Malında, mülkündə, heç bir şeyində gözümüz yoxdur, heç bir şey istəmirik deyirlər. Amma firon həyəcanlı halda hirslənir.

Bunlar mənim vətənimi ələ keçirəcəklər deyir. Torpaqlarımı da alacaqlar, suveren olacaqlar deyir. Bu qorxunun səbəbi Allahu aləm Tövratda çox əhatəli olaraq keçən Mehdi ilə əlaqədar məlumatlarla bağlıdır. Çünki Mehdinin bütün dünyaya hakim olacağı Tövratda keçir. Mənim anladığım onu oxuyunca qorxur, Allahu aləm. “İsrailoğullarını bizimlə birlikdə göndərməyin üçün sənə gəldik;” bax tək bir şey istəyirlər, başqa bir şey istəmirlər. Bu vəziyyətdə onsuz da firon onlarla razılaşmalıdır, yalnız qövmlə çıxıb gedəcək. “(Firon): Dedi ki: “Biz səni içimizdə daha uşaqkən yetişdirib böyütmədik mi, sən ömrünün bir çox ilini aramızda keçirmədin mi;” Mehdi də dəccaliyyətin içində böyüyəcək. Uşaqkən də, ömrünün bir çox ilini dəccaliyyətin içində keçirəcək.

Qurani Kc999rim 3

Aa5a
  • Share on Facebook
  • Share on Pinterest
  • Share on Threads
  • Share on X
  • Share on WhatsApp
  • Share on Tumblr
  • Share on Telegram
  • Share on Reddit
  • Print this Page
  • Email this Page
Əsas səhifə

Axtarış

Kateroqiyalar

  • Adnan Oktar deyir ki
  • Ateist masonlar və səhvləri
  • Axırzaman, Hz. Mehdi və Hz. İsa
  • Ayə təfsiri
  • Digər inanç və fəlsəfələrə baxış
  • İman həqiqətləri və yaradılış möcüzələri
  • Kitab Əhli və Peyğəmbərlər
  • Maddənin ardındakı sirr
  • Peyğəmbərlər tarixi
  • Quran əxlaqı və təfəkkür
  • Tarix, siyasət və strategiya
  • Türk-İslam Birliyi
  • Təkamül nəzəriyyəsinin süqutu

Etiketlər

Adnan OktarAllahartmaqaxirətaxırzamanayəBədiüzzamanbənzəməkcamaatcənnətdarvinizmdeyildindünyadünya hakimiyyətidüşünməkdəccalelmfikirgözləməkgünəşhadisəhakim olmaqhaqqHud surəsi 109Hz. Mehdi (ə.s)hz. İsa (ə.s)Hz Musahökm etməkhədisHəyatibadətifadə etməkincilinkar edənlərinkarçılarinternetinşaAllahistəməkizahKitab əhliküfrKəhf surəsimehdiyyətMehmet Əli QayamöminmöminlərMömünlərmühitmünafiqmüsəlmanmüsəlmanlarnemətNur surəsi 31Nur surəsi 55peyğəmbərlərqiyamətQuranquran əxlaqıreallaşmaqrisalərisalə-i nursevgisevincsistemsona çatmaqsözlərsülhSəid NursitanımaqtexnologiyaTövratTürkiyətəbliğtəfsirTəkamülvəsiləXurafatxurafatçılaryaymaqyaşamaqyeryəhudizalımzühurzühur etməkzülmçalışmaqçıxış əlamətiçətinlikİmam Rəbbaniİmanİslamİslam birliyiİslam əxlaqıŞeytanəbcədədalətəlamətəxlaq

Muhur

Bu saytda olan bütün yazıları, saytı qaynaq göstərmək şərti ilə
müəllif haqqı ödəmədən istifadə edə bilərsiniz

Logo 313