İçeriğe geç

Nəml surəsi, 18-20 (Hz. Süleyman hekayəsindən açıqlamalar)

ADNAN OKTAR-IN QAZİANTEP OLAY TV-DƏKİ CANLI SÖHBƏTİ

(1 MART 2011; 22:00)

ADNAN OKTAR: Şeytandan Allaha sığınıram. Nəml surəsi, 18. Bax, hz. Süleyman (ə.s)-ın heyvan sevgisi ilə qəlbi nə qədər doludur, deyir ki: “Nəhayət qarışqa vadisinə gəldiklərində, bir dişi qarışqa dedi ki: “Ey qarışqa birliyi, öz yuvalarınıza girin, Süleyman və orduları, bilmədən sizi qırıb-keçməsin.” Qarışqalar hz. Süleyman (ə.s)-ın sözünü dinləyir, qarışqalarla əlaqə quran bir gücə sahibdir, yəni qarışqaların da insanların dilindən anladığını Allah göstərir. Bu, xüsusi bir elmdir, bunun təbii ki, hz. Mehdi (ə.s)-a işarə edən tərəfi də var. Amma hz. Mehdi (ə.s)-ın ta böcəklərə çatana qədər sevgi göstərəcəyi görülür burada. Heyvan sevgisinin nə qədər təfərrüatlı olduğu aydın olur. “(Süleyman) Bu sözə görə təbəssüm edib güldü.” Bax, bu da bir sevgi əlamətidir, qarışqaya qarşı şəfqətin bir əlamətidir, ona olan sevgi ona sevinc verir. “Və dedi ki: “Rəbbim, mənə, ana və atama verdiyin nemətə şükür etməyimi,” bax, “ana və atama verdiyin nemətə şükür etməyimi.”

Ana və atasını sevməsi, nemətə şükür etməsi, buna diqqət çəkmişdir Allah. “Məmnun olacağın saleh bir əməl etməyi ilham et.” Yəni etdiyim hər cür gözəl fəaliyyəti, hər şeyi sənə borcluyam, sən mənə etdirirsən, Ya Rəbbim deyir, Sən yaradırsan, mən etmirəm, deyir. Hər cür müsbət rəftarı Sən edirsən, Ya Rəbbim deyir. Hər cür müsbət  rəftarı Sən edirsən deyir. Doğrusu da budur. Bir insan nə edə bilər ki? Beyninin içində görünüşü özü mü yaradır? Allah yaradır. “Və məni rəhmətinlə saleh qulların arasına qat.” Səmimi qulların arasına qat. Bax, həmişə səmimiyyət istəyir, görürsənmi? Saleh bir əməldə olmaq, saleh, səmimi deməkdir.

Müsəlmanın ən çox üzərində dayanacağı səmimiyyətdir. Həmişə səmimiyyətə diqqət çəkir Allah. “Quşlara nəzarət etdikdən sonra dedi ki: “Hüdhüdü niyə görə bilmirəm, yoxsa itənlərdən mi oldu?” Hz. Süleyman (ə.s.)-ın eyni zamanda hərbi intizamı da əhəmiyyətli gördüyünü görürük, çünki bir nəzarəti var. Deməli, dövlət idarəsində nəzarət  əhəmiyyətlidir, buna diqqət çəkilir və kəşfiyyatda cinlərdən istifadə ediləcəyini də anlayırıq. Hüdhüd cindir, yəni quş görünüşdə bir cindir. Təbii ki, doğrusunu Allah bilir. Çünki, imanla mükəlləf olduğuna görə; quş imanla mükəlləf olmaz. Amma burada imanla mükəlləf olduğu aydın olur.

ALTUĞ BERKER: Siz Fransadan bəhs edincə, dünən göstərmişdik, amma Fransa ind Xarici İşlər Naziri Alain Juppe sizə bir təşəkkür məktubu göndərmişdi.

ADNAN OKTAR: Bilirəm söyləmişdik. Yarım saat sonra harda olacağıq?

ADNAN OKTAR: Yarım saat sonra Kaçkar Tv-dəyik, yaxşı. Bir ayə daha oxuyum ondan sonra bitirim. Rəhman Rəhim olan Allahın adıyla. Şeytandan Allaha sığınıram. Nəml surəsi. “Ta. Sin. Bunlar Quranın və açıq-aşkar olan Kitabın ayələridir.” Allah həmişə Quranın açıq-aşkar olduğuna işarə edir. Xurafatçılar da Quranın həmişə açıq olmadığını söyləyirlər. Allah da həmişə açıq olduğunu söyləyir. Axirətdə baxaq nə edəcəklər, inşaAllah.

bankoboev-ru_koran_svyaschennaya_kniga_musulman

  • Share on Facebook
  • Share on Pinterest
  • Share on Threads
  • Share on X
  • Share on WhatsApp
  • Share on Tumblr
  • Share on Telegram
  • Share on Reddit
  • Print this Page
  • Email this Page
Əsas səhifə

Axtarış

Kateroqiyalar

  • Adnan Oktar deyir ki
  • Ateist masonlar və səhvləri
  • Axırzaman, Hz. Mehdi və Hz. İsa
  • Ayə təfsiri
  • Digər inanç və fəlsəfələrə baxış
  • İman həqiqətləri və yaradılış möcüzələri
  • Kitab Əhli və Peyğəmbərlər
  • Maddənin ardındakı sirr
  • Peyğəmbərlər tarixi
  • Quran əxlaqı və təfəkkür
  • Tarix, siyasət və strategiya
  • Türk-İslam Birliyi
  • Təkamül nəzəriyyəsinin süqutu

Etiketlər

Adnan Oktar Allah artmaq axirət axırzaman ayə Bədiüzzaman bənzəmək camaat cənnət darvinizm deyil din dünya dünya hakimiyyəti düşünmək dəccal elm fikir gözləmək günəş hadisə hakim olmaq haqq Hud surəsi 109 Hz. Mehdi (ə.s) hz. İsa (ə.s) Hz Musa hökm etmək hədis Həyat ibadət ifadə etmək incil inkar edənlər inkarçılar internet inşaAllah istəmək izah Kitab əhli küfr Kəhf surəsi mehdiyyət Mehmet Əli Qaya mömin möminlər Mömünlər mühit münafiq müsəlman müsəlmanlar nemət Nur surəsi 31 Nur surəsi 55 peyğəmbərlər qiyamət Quran quran əxlaqı reallaşmaq risalə risalə-i nur sevgi sevinc sistem sona çatmaq sözlər sülh Səid Nursi tanımaq texnologiya Tövrat Türkiyə təbliğ təfsir Təkamül vəsilə Xurafat xurafatçılar yaymaq yaşamaq yer yəhudi zalım zühur zühur etmək zülm çalışmaq çıxış əlaməti çətinlik İmam Rəbbani İman İslam İslam birliyi İslam əxlaqı Şeytan əbcəd ədalət əlamət əxlaq

Bu saytda olan bütün yazıları, saytı qaynaq göstərmək şərti ilə
müəllif haqqı ödəmədən istifadə edə bilərsiniz