Header

Hz. Mehdi (ə.s)-ın camaatı az olacaq

Aa4a
Hz. Mehdiyə, aralarında qadınların da olduğu 314 nəfər beyət edəcək və hər zalım onun qarşısında məğlub olacaq. Zamanı o qədər ədalətli olacaq ki, qəbirdəki ölülər dirilərə qibtə edəcək. Bu vəziyyət 7 il davam etdikdən sonra yerin altı yerin üstündən xeyirli olacaq.

(Əl-kavlul muhatasar fi əlamət-əl mehdiyy-il muntazar, Hədis nömrə 27)

risalei-nur

Adnan Oktar: Demək ki, Mehdi (ə.s)-ın tələbələri içində qadınlar da olacaq. Peyğəmbərimiz (s.ə.v) söyləyir: “Aralarında qadınların da olduğu 314 nəfərdirlər.” İndi bu bir nifrət və ya hirs olmadan camaatın belə az olması mümkün olarmı? Ən az camaatın belə yüz min, iki yüz min, minlərlə, on minlərlə tərəfdarı olur. Demək ki, Hz. Mehdi (ə.s)-a qarşı həddən artıq bir hirs, bir reaksiya olacaq. Dəccal insanların gözündə onu tam fərqli göstərməyə çalışacaq. Dinsiz, mürtəd kimi göstərəcək. Hətta, Peyğəmbərimiz (s.ə.v) deyir ki; “Şəhərdəki böyük alimləri, o dövrün xurafatçıları (haqq dəlili inkar edənlər) xalqa açıqlamalar edəcək ki, “bu mürtəddir, dinsizdir, bizim dinimizi dəyişdirməyə çalışır, fitnəçidir, diqqətli olun və ondan uzaq durun” -deyə xalqı xəbərdar edəcək” . İmam Rəbbani Məktubatında bu hədisi uzun-uzun ifadə edir.

Peyğəmbərimiz (s.ə.v) deyir ki, “Hər zalım onun qarşısında məğlub olacaq.” Zalımların, dəccal tərəfdarlarının məğlub olacağını deyir. Hz.Mehdi (ə.s) onları mütləq məğlub edər. Necə məğlub edər? Fikirlə məğlub edər.

“Zamanı o qədər ədalətli olacaq ki, qəbirdəki ölülər, dirilərə qibtə edəcək.” Yəni, “kaş ki, biz də dirilib onlar arasında olsaq”, deyə qibtə edəcəklərini deyir Peyğəmbərimiz (s.ə.v).

Amma, baxın, bu çox əcaibdir ki, saylarının 314 nəfər olduğunu Bədiüzzaman da deyib. Qardaşım, bax, dünyanın ən yaxşı insanı Mehdi (ə.s) və tələbələridir, o dövrdəki (axır zamandakı) fitnənin şiddətinə, dəccaliyyətin şiddətinə bax, sayları küfrün, münafiqliyin, dəlalətin şiddətindən 300-dən artıq arta bilmir. Az, çox az sayda qalır, sayı artmır. Məsələn, Peyğəmbərimiz (s.ə.v) deyir ki, “sayları Bədr döyüşçülərinin sayı qədərdir.“ Bədr döyüşçülərinin sayı neçə nəfər idi? 313 nəfər. Bədrdəkilər, Talutla çayı keçənlər neçə nəfər idilər? 313 nəfər idilər.

Aa5a
  • Share on Facebook
  • Share on Pinterest
  • Share on Threads
  • Share on X
  • Share on WhatsApp
  • Share on Tumblr
  • Share on Telegram
  • Share on Reddit
  • Print this Page
  • Email this Page
Əsas səhifə

Axtarış

Kateroqiyalar

  • Adnan Oktar deyir ki
  • Ateist masonlar və səhvləri
  • Axırzaman, Hz. Mehdi və Hz. İsa
  • Ayə təfsiri
  • Digər inanç və fəlsəfələrə baxış
  • İman həqiqətləri və yaradılış möcüzələri
  • Kitab Əhli və Peyğəmbərlər
  • Maddənin ardındakı sirr
  • Peyğəmbərlər tarixi
  • Quran əxlaqı və təfəkkür
  • Tarix, siyasət və strategiya
  • Türk-İslam Birliyi
  • Təkamül nəzəriyyəsinin süqutu

Etiketlər

Adnan OktarAllahartmaqaxirətaxırzamanayəBədiüzzamanbənzəməkcamaatcənnətdarvinizmdeyildindünyadünya hakimiyyətidüşünməkdəccalelmfikirgözləməkgünəşhadisəhakim olmaqhaqqHud surəsi 109Hz. Mehdi (ə.s)hz. İsa (ə.s)Hz Musahökm etməkhədisHəyatibadətifadə etməkincilinkar edənlərinkarçılarinternetinşaAllahistəməkizahKitab əhliküfrKəhf surəsimehdiyyətMehmet Əli QayamöminmöminlərMömünlərmühitmünafiqmüsəlmanmüsəlmanlarnemətNur surəsi 31Nur surəsi 55peyğəmbərlərqiyamətQuranquran əxlaqıreallaşmaqrisalərisalə-i nursevgisevincsistemsona çatmaqsözlərsülhSəid NursitanımaqtexnologiyaTövratTürkiyətəbliğtəfsirTəkamülvəsiləXurafatxurafatçılaryaymaqyaşamaqyeryəhudizalımzühurzühur etməkzülmçalışmaqçıxış əlamətiçətinlikİmam Rəbbaniİmanİslamİslam birliyiİslam əxlaqıŞeytanəbcədədalətəlamətəxlaq

Muhur

Bu saytda olan bütün yazıları, saytı qaynaq göstərmək şərti ilə
müəllif haqqı ödəmədən istifadə edə bilərsiniz

Logo 313