Adnan Oktarın 7 may 2011 A9 Tv-dəki canlı söhbətindən
ADNAN OKTAR: Qurandan bir ayə oxuyaq. Şeytandan Allaha sığınıram; “De ki; onları ilk dəfə yaradıb-inşa edən dirildəcək. O, hər cür yaratmağı bilər.” (Yasin surəsi, 79) Bir dəfə yaratdığına görə, bir daha yaradaram, deyir Allah. Məsələn, fabrikdə bir qələm düzəldirlər, ikinci qələmi düzəldə bilərmi fabrik? İkincini də edər, yüz ədəd də edər, min ədəd də edər. Birincini etmiş olması əhəmiyyətlidir. “Dünyanı necə etdimsə deyir, insanları necə yaratdımsa, necə mükəmməl etdimsə, necə qüsursuz yaratdımsa, bu gücə sahibəm” deyir Allah. “Eynisinin daha gözəlini, daha inkişaf etmişini, daha fərqli formasını edərəm” deyir Allah. “Göyləri və yeri yaradan, onların bir bənzərini yaratmağa qadir deyilmi? Əlbəttə (elədir);O, yaradandır, biləndir.”(Yasin surəsi, 81)