Adnan Oktarın 14 may 2011 A9 Tv-dəki canlı söhbətindən
ADNAN OKTAR: Zuxruf surəsi, 23, şeytandan Allaha sığınıram; “Məhz belə” deyir Allah, “səndən əvvəl də (hər hansı) bir məmləkətə bir elçi göndərmiş olmasaq” “Bir Mehdi, bir mürşid, bir peyğəmbər göndərmiş olmasaq.” “Mütləq onun “rifah içində azan liderləri,” saxtakarları,” (belə) demişlər: “Həqiqətən biz, atalarımızı”, daha əvvəlki alimlərimizi, “bir din üzərində tapdıq,” “bir inanc üzərində tapdıq.” “Və doğrusu biz, onların izlərinə (əsərlərinə) inanan kəslərik.”Yəni “onların kitablarına, onların düşüncələrinə iman gətirdik, sənə iman gətirmərik biz” deyirlər. Hz. Mehdi (ə.s) gəldikdə nə deyəcəklər? Eynisini.
“(O peyğəmbərlərdən hər biri də belə) Demişdir:” O Mehdilər də belə deyirlər; “Mən sizə atalarınızın tapdığınız şeydən daha doğru olanını gətirmiş olsam da mı?” Yəni “daha doğrusunu, tam uyğun olanını gətirmiş olsam da mı?” “Onlar da demişdilər ki: “Doğrusu biz, özüylə göndərildiyiniz şeyə qarşı olanlarıq.”” “Qarşıyıq biz sizə” deyir. Hz. Mehdi (ə.s)-a da eyni rəftarı göstərəcəklər, eyni sistemdir.
“Beləcə, onlardan intiqam aldıq. Elə isə, bir bax; yalan hesab edənlərin sonu necə oldu?” Allah, bu intiqamlarını alır, amma xəbərləri yoxdur. O şəxslərdən Allah daima intiqam alır, xəbərləri yoxdur. “Necə ki, İbrahim atasına və öz qövmünə demişdi ki: “Şübhəsiz mən, sizin inandıqlarınızdan uzağam.” Tək başına, o dövrün Mehdisi hz. İbrahim (ə.s); bütün xalq ona qarşıdır, atası da qarşıdır. Quranın izah etmək istədiyi budur; hz. Mehdi (ə.s) tələbəsi və yaxud mehdiyyət ortaya çıxdığında ailələr də qarşı olar hz. Mehdi (ə.s)-ın tələbələrinə. Quranın işarəsi budur. Atası da qarşı olar, anası da qarşı ola bilər, qardaşı da qarşı ola bilər. Mehdiyyət çətindir, Quranın izah etmək istədiyi işarə budur, inşaAllah.
“Atasına və öz qövmünə demişdi ki: “Şübhəsiz mən, sizin inandıqlarınızdan uzağam.” “Sizin inancınızda deyiləm.” “(Ancaq) Məni yaradan başqadır. O məni hidayətə yönəldib-çatdıracaq.” Hidayətə yönəltmə nə deməkdir? Mehdilikdir, lüğət mənası budur. “Və bunu (bu tövhid inancını) bəlkə (insanlar Allaha) dönərlər deyə ardında (öz soyunda) qalıcı bir söz olaraq buraxdı.” 1999-cu ili verir əbcədi. Öz soyunda qalıcı olaraq tövhid inancını buraxır. Öz soyunda kim var? Hz. Mehdi (ə.s) var. Hz. Mehdi (ə.s) kimin soyundandır? Hz. İbrahim (ə.s)-ın soyundandır.
“Xeyr; Mən onları və atalarını, özlərinə haqq və açıqlayan bir elçi gələnə qədər faydalandırdım.” Əbcədi 2015-dir ayənin. Davam edir ayə, ard-arda. Tənvinli 1999, şəddəli və tənvinli 2029, 28-ci ayə 2029 tarixini verir. 29-cu ayə 2015 tarixini verir, şəddəsiz. 30-cu ayə 1990 tarixini verir, şəddəli.
“Ancaq özlərinə haqq gəlincə, dedilər ki: “Bu bir cadudur, doğrusu biz ona qarşı kafir olanlarıq.” “Ona qarşı mübarizə edəcəyik” deyirlər, dövrün Mehdisinə. İndi də, əsrimizdə də eyni şeylər yaşanır. Qardaşlarımız deyir ki; “Biz mehdiyyəti izah edirik, insanlar dinləmir və yaxud qarşı çıxırlar.”Yaxşı, dinləyərsə, qarşı gəlməzsə mehdiyyət olar mı? Müqavimət göstərəcək ki, mehdiyyət olsun, qarşı gələcək ki, mehdiyyət olsun. Hər izah etdiyini insan qəbul edirsə, hər dinləyən razılaşırsa, mehdiyyət deyə bir şey olmaz. Mehdiyyət müqavimət göstərilən deməkdir. Hz. Mehdi (ə.s) əzəndir, əzə-əzə irəliləyəndir və müqavimət göstəriləndir. Müqavimət göstərən yoxdursa, hz. Mehdi (ə.s) da yoxdur. Dəccaliyyət müqavimət göstərəcək, cahil cəmiyyət müqavimət göstərəcək, o da əzə-əzə haqqı izah edəcək, inşaAllah. O zamanın xurafatçıları deyirlər ki;
“Və dedilər ki: “Bu Quran, iki şəhərdən birinin böyük bir adamına endirilməli deyildi mi?”” İndi Türkiyənin iki böyük şəhəri var? Ankara və İstanbul var, deyilmi? “Bu Quran, iki şəhərdən birinin böyük bir adamına endirilməli deyildi mi?” Və yaxud Məkkə və Mədinənin böyük bir aliminə endirilməli deyildi mi? Peyğəmbərimiz (s.ə.v)-in peyğəmbərliyini qəbul etmirlər. Niyə? “Əbu-Qasımın yetimi mi peyğəmbər olacaq?” deyirlər. Orada alimlər var, hocalar var, o dövrün liderləri var,”onlardan biri olmalıdır” deyirlər. “Oxuması, yazması da yoxdur onun, ümmidir” deyirlər. Oxuma yazması yoxdur, ümmidir,”necə Peyğəmbər olur?” deyirlər. İndiki cahillər nə deyir? Peyğəmbərimiz (s.ə.v) hədisdə nə deyir; “Hz. Mehdi (ə.s) ərəbcə bilməz, ümmidir.” “O zaman necə hz. Mehdi (ə.s) olacaq” deyir adam. Allah diləyəndə olur.