Adnan Oktarın 25 aprel 2011 A9 Tv və Adıyaman Asu Tv-dəki canlı söhbətindən
ADNAN OKTAR: Şeytandan Allaha sığınıram.Muminun surəsi;111-ci ayə “Bu gün Mən” deyir Allah, “həqiqətən, onların səbir etmələrinin qarşılığını verdim.” Səbir etmək çox zəruridir. İndi Mehdiyyət çox uzun davam edəcək, daha bir çox maneələrdən keçəcəyik, səbir lazımdır. “Şübhəsiz onlar, “qurtuluşa və xoşbəxtliyə” çatanlardır.” Baxın, həm qurtuluş, həm xoşbəxtlik, bütün ömür səbirlə keçəcək, inşaAllah.
Allah “Dedi ki: “Say olaraq yer üzündə nə qədər qaldınız? dedilər ki: “Bir gün, ya da bir gündən daha az qaldıq, sayanlardan soruş.” “Çox az qaldıqları qənaətindədirlər, səmimi qənaətləridir. “Bir gün belə olmadı deyirlər,” Bir gündən daha az qaldıq deyirlər, bir ömür qaldıqları halda. Allah “Dedi ki: “Yalnız az (bir zaman) qaldınız, həqiqətən bir bilsəydiniz,” “Çox az qaldınız” deyir, amma buradakı ifadə, Allahın ifadəsi ayrıdır “Yalnız az (bir zaman) qaldınız, həqiqətən bir bilsəydiniz” Allah qatında bir saniyə, hətta daha qısa, normalda an qalır insanlar, an. An nə qədərdir? Sonsuz qısa zaman qalır.
Baxın, sonsuz qısa zaman, amma onu yaşayır. Allah ona zaman hissi verir, onu uzun bir ömür kimi görür. Bütün kainatın ömrü sonsuz qısa zaman içərisində bitmişdir. Sonsuz qısa zaman, saniyənin trilyonda biri deyil, saniyənin katrilyonda biri də deyil, daha da kiçikdir, daha da kiçikdir, nə qədər kiçikdir bilirsinizmi? Sonsuz kiçikdir, sonsuz kiçik qısa zamandır, o qədər zaman qalar insan dünyada.
Allah deyir ki; 115-ci ayə “Bizim, sizi boş bir məqsədlə yaratdığımızı” yəni “əylənin diskolarda, orada, burada tullanın, çek, sənəd dalınca gedin, dedi-qodu edin, feysbukda onun, bunun sözünü edin deyə yaratdığımızı” “və həqiqətən Bizə döndürülüb gətirilməyəcəyinizi mi sanmışdınız?” deyir, Allah. Baxın; “sizi boş bir məqsədlə yaratdığımızı və həqiqətən, Bizə döndürülüb gətirilməyəcəyinizi mi sanmışdınız?” Yeyərsən, içərsən, qışqırıb-bağırarsan, lağ edərsən, evlənər, uşaq-muşağa qarışar, oğlanların məktəbiylə maraqlanar, arvadıyla dalaşar, təqaüdə çıxar, təqaüdçülüyünü tam yaşayacaq ikən bir də baxarsan ki, Fazıl bəy, vəfat etmişdir. Nə deyir Allah?
“sizi boş bir məqsədlə yaratdığımızı və həqiqətən, Bizə döndürülüb gətirilməyəcəyinizi mi sanmışdınız?” deyir, Allah. “Haqq məlik olan Allah çox Ucadır, Ondan başqa ilah yoxdur; Kərim olan Ərşin Rəbbidir. Kim Allah ilə birgə ona bağlı etibarlı qəti bir dəlil (burhan) olmadan başqa bir ilaha tapınsa,” xristianlara xitab edir Allah həm də. “Artıq onun hesabı Rəbbinin qatındadır. Şübhəsiz, inkar edənlər qurtuluşa çata bilməzlər. Və de ki: “Rəbbim, bağışla və mərhəmət et, Sən mərhəmət edənlərin ən xeyirlisisən.
Mən, heyrətlənirəm dünyaya, buddistlərə də, xristianlara da, təhrif olmuş dinlərə uyanlara, musəvilərə də mən heyrətlənirəm. Yəni Quran bu qədər dəqiq və açıq, səhih ikən və Peyğəmbər kəlamı olduğu müəyyən ikən, Peyğəmbər silsiləsinin davamı olduğu da dəqiq ikən və 1400 ildən bəri elmlə zidd olan heç bir nöqtə yoxdur; Quran, elmi hər istiqamətdən təsdiq edir, elmdən öndə gedir və öz içində çoxlu möcüzəsi olan bir Kitabdır və öz içində heç bir ziddiyyəti yoxdur, hər oxuyanın ürəyini rahatladır.
Quran oxuyub ürəyi sıxılan adam vardır mı? Amma İncil oxuyub ürəyi çox sıxılan insan vardır. Mənasız, əcaib ifadələr var, təhrif olunmuşdur. Tövratda da təhrif olunmuş yerlər var, müəyyəndir, inkar ediləcək kimi deyil. Hələ buddistlərə mənim ağlım dayanır, o boyda insanlar büt düzəldir, taxtadan yonur insanlar, məşğul olur, qarşısına keçib tapınır, professordur bu adam, tibb professorudur. Adi odundan, bağçada yonur, büt düzəldir, qarşısına şam qoyur gedib tapınır ona, öz düzəltdiyi bütə.
İngiltərədə də var, insanlar qəlb cərrahıdır. Mən anlaya bilmirəm, heyrətlər içində qalıram. Quran o qədər dəqiq və səhih bir Kitabdır ki, vəhyi də o qədər dəqiqləşmişdirki, hamısı vəhydir, tərtəmiz, haqq Kitabdır. Heç birində ürəkdə sıxıntı duyulmaz, hər izah edilən doğrudur, görəsən deyəcəyin heç bir yer yoxdur. Amma Tövrat ilə İncilə baxdığımızda, qardaşım, çox-çox təhrif olunmuş yer var, açıq görülür, təhrif olunmuşdur. Biz saf vəhy istəyirik, baxın saf vəhy. Saf vəhy Quranda var. Birindən soruşuruq, bu saf vəhydir mi?
“Yox, eşitdiklərini nəql edirlər” deyir. Dörd nəfər ayrı-ayrı nəql edir, bu necə olacaq? Onun dediyi ona uyğun gəlmir, onun dediyi buna uyğun gəlmir, onun dediyi ona uyğun gəlmir, elə haqq kitab olar mı, elə vəhy olar mı? Vəhy tək olar və çox dəqiq olar. Quranda bir vəhy var, çox dəqiqdir, hər yeri vəhydir, bütün ayələri vəhydir. Saf vəhydir, heç bir əlavə yoxdur, nə sözdə, nöqtədə çıxış yoxdur və başdan sona qəlbi fərəhləndirir. İnsan Tövratı oxuyur, oxuyan insanların ürəkləri qaralır.
Biz də yanlış olan yerlərini çıxartdıq, doğru olan qisimlərindən düzəltdik, Tövratı hazırladıq. Doğru olan yerləri həqiqətən nurdur, ürəyə rahatlıq gətirir. Mən gecə-gündüz oxuyuram Tövratı, təhrif olunmamış yerləri mükəmməldir, İncilin təhrif olunmamış yerləri mükəmməldir, ürək rahatlığıdır. Yazıq, günah deyil mi o biri qisimlərlə millətin ürəyini qaraldırsınız, yandırırsınız, əzab verirsiniz, nəyə lazımdır, qardaşım?
Təhrif olan qisimlərini aydınlaşdırın, haqq olan qisimlərini oxuyun. Haqq olan qisimlərində namaz var, oruc var, zəkat var, sevgi var, şəfqət var, mərhəmət var, dostluq var, Allahın birliyi var, Allahı sevmək var, din budur, nə gözəldir. Bu hökmlərin hamısı, Quranda əhatəli, təfərrüatlı, dəlilləriylə, saf vəhyə əsaslanaraq izah edilir. İncili oxu, yaxşı, haqq olan qisimlərini oxu,amma Qurana tam tabe ol, Quranı tam yaşa, o qismi də oxu. Mən də oxuyuram, mən də istifadə edirəm, ürəyim rahatlayır, çox xoşuma gəlir.
Tövratı oxuyuram, çox mükəmməldir, İncili oxuyuram, çox mükəmməldir, amma haqq qisimləri. Onun üçün Tövrat oxuyanlar, mütləq bizim hazırladığımız kitabdan oxusunlar, İncil oxuyanlar bizim kitablarımızdan oxusunlar ürəklərinə rahatlıq gələr, xoşlarına gələr. Quran oxuduğunda ayırd ediləcək bir yer yoxdur, hamısı saf vəhydir. Qardaşım, vicdan əzabı çəkirsiniz, bilirsiniz Haqq Kitab olduğunu. Mən hansı xristianla danışdımsa indiyə kimi, həmişə vicdan əzabı çəkirlər, Quranın Haqq Kitab olduğunu anlayırlar. De ki, la ilahə illəllah Muhammədən Rəsulullah. Asılacaqsan mı, nə olar? Asılsan nə olar, niyə qorxursan?
“Anam, atam nə deyər?” Nə deyərsə, desin. Tampliyerlər, yoldaşlar bura gəldilər, o məsciddə danışırlarmış öz aralarında, “ailələrimiz nə deyər?” deyirlər. Desin, nə deyəcək? Allah birdir demək günahdırmı? Məhəmməd Rəsulullah demək günahdırmı? Nə gözəl, doğrunu söyləyirsən, Peyğəmbərlər silsiləsinin davamını söyləyirsən, çəkinəcək nə var bunda? Xeyr, niyə ailənə hesab vermək məcburiyyətindəsən? Sənin müsəlman olduğunu haradan anlayacaq? Gizlət, madam çəkinirsən, deyil mi? Fitnədən çəkinirsənsə, gizləyərsən, gizli qıl namazını. Müsəlman gənc qızlar var, ailəsindən gizli namaz qılırlar, gizlicə ibadət edirlər. Mən bilirəm çoxdur, cavanlardan da var elə, gizlicə. Atasının xəbəri belə olmur, gizlicə duşda dəstəmazını alır, gizlicə otağında namazını qılır.