ADNAN OKTAR-IN A9 TV-DƏKİ CANLI SÖHBƏTİ
(14 MAY 2011; 12:00)
Zuxruf surəsi, 61; “Şübhəsiz o” hz. İsa Məsih (ə.s) “qiyamət-saatı üçün bir əlamətdir. Elə isə ondan yana heç bir şübhəyə qapılmayın.” Biz də heç bir şübhəyə qapılmırıq. Əbcədi neçədir? 2026. “İsa, açıq sənədlərlə gəlincə, dedi ki: “Mən sizə bir hikmətlə gəldim və haqqında ixtilafa düşdüklərinizin bir qismini sizə açıqlamaq üçün də. Elə isə Allahdan çəkinin və mənə itaət edin. ” Gəldikdə də eyni şeyi söyləyəcək, inşaAllah. Nə deyəcək? “Açıq sənədləri” nədir? Qurandır. Quranla gələcəkdir. Deyəcək ki; “Mən sizə bir hikmətlə gəldim”, inşaAllah və “haqqında ixtilafa düşdüklərinizin bir qismini sizə açıqlamaq üçün gəldim.” İxtilafa düşüblər öz aralarında; məsələn, məzhəblərə ayrılmışlar, çox səhv düşüncələrə uymuşlar, deyilmi? “Haqqında ixtilafa düşdüklərinizin bir qismini sizə açıqlamaq üçün də. Elə isə Allahdan çəkinin və mənə itaət edin. Şübhəsiz Allah, O, mənim də Rəbbim, sizin də Rəbbinizdir; bu halda Ona qulluq edin. Doğru yol budur.” Tövhid inancına çağıracaq onları. “Allah birdir” deyəcək, inşaAllah. “Sonra, içlərindən bəzi təriqətlər ixtilafa düşdü. Artıq ağrılı bir günün əzabından vay o zülm etmiş olanlara.” Qiyamətdən bəhs edir, dərhal arxasından Allah. “Yenə ixtilafa düşəcəklər, yenə azacaqlar” deyir Allah. “Onlar, heç şüurunda deyilkən özlərinə qəfildən gələcək olan qiyamət-saatından başqasını mı gözləyirlər?” Baxın, hz. İsa (ə.s)-dan bəhs edir, dərhal arxasından qiyamət ayəsi. İfadə formasından aydın olur, inşaAllah.
1956-ya işarə edən ayə; Zuxruf surəsi,56; “Sonradan gələnlər üçün, “bax, “sonradan gələnlər üçün,” ayədə bir hissə,1956, “Məryəm oğlu (İsa) bir nümunə olaraq verilincə, sənin qövmün dərhal ondan (keflə danışıb) qəhqəhələrlə gülürlər.” “Hz. İsa (ə.s) gələcəkmiş, necə olacaq? Necə atası olmadan olar? Necə gəlir?” kimi sözlərlə qəhqəhə ilə gülürlər, buna bənzəyir.