Adnan Oktarın 26 aprel 2011 A9 tv və Qaziantep Olay tv-dəki canlı söhbətindən
ADNAN OKTAR: Rəhman Rəhim olan Allahın adıyla, şeytandan Allaha sığınıram. Muminun surəsi “Möminlər həqiqətən nicat tapmışdır;” qurtuluşa çatmışdır. İçləri rahatdır, işləri asan gedər, dünyada, axirətdə rahatlayarlar. “Onlar namazlarında huşu içində olanlardır”. Namazlarında müsəlman ürəyini Allaha verəcək, vəsvəsə ilə məşğul olmayın. Baxdınız vəsvəsə edirsiniz, bir-iki-üç, deyəcəksən ki, bu bir xəstəlikdir. Üçdən çox isə, bu xəstəlikdir. O zaman etibar edilməz. İlk ağlınıza gələn şəkli keçərlidir. İkimi etdim, üçmü etdim, üçmü etdim, dördmü etdim, zəif zənni-qalib nə tərəfdədirsə, onunla bitirəcəksən. Vəsvəsəyə ehtiyac yoxdur.
“Onlar namazlarında huşu içində olanlardır; Onlar, “tamamilə boş” şeylərdən üz çevirənlərdir;” dedi-qodu ilə, mənasız boş işlərlə, boş mövzularla vaxt keçirmirlər. Təəssüf, insanı sıxar. Boş seriallar, bilmirəm nələr, onlar- bunlar, yəni insanın içini sıxıntılar basar. Qalx idman et, qalx gözəl şəkildə evi səliqəyə sal, bir şeylər et, bir könül alacaq bir şey et, elmini artır, bağçaya çıxıb ağacların gözəlliyinə bax, Allahın yaratdıqlarına bax. Doluşub oturub belə dırdır dedi-qodu etmək, boş işlərlə, boş seriallarla vaxt itirmək heyifdir.
“Onlar, zəkata bağlı (söz və vəzifələrini mütləq) yerinə yetirənlərdir;” Kasıba, füqəraya bol-bol paylayacaqsan. Onlar da sevinəcək, sən də sevinəcəksən. Sevdiklərin xoşbəxt oldumu, sən də xoşbəxt olarsan. Bol paylasan, daha da zəngin olarsan. Paylamasan, kasıblaşarsan. Kəsdikcə kasıblaşarsan, kəsdikcə kasıblaşarsan. Payladıqca zənginləşərsən. İndiki iqtisadi böhranın səbəbi paylanmamasıdır. Zənginlərin kasıblara pulu paylamamasıdır. Paylamayınca, baxın zəngin özü də batır, özü də müflisləşir. Payla, bol-bol mal alsınlar, fabriklər işləsin, sən də daha çox qazan. Daha çox qazan, daha çox payla, arxasından daha da çox qazanarsan, daha da artırarsan, inşaAllah.
” Və onlar ismətlərini, iffətlərini qoruyanlardır;” Halalı ilə əlaqədə olurlar. Peyğəmbərimiz (s.ə.v)-in zamanında isə, cariyəsi və yaxud özünü hibə edən qadınlar. Onlar halalıdır, onlarla birlikdə ola bilər. “Ancaq yoldaşları, ya da sağ əllərinin sahib olduqlarına qarşı (münasibətləri) istisnadır; bu mövzuda qınanmış deyildirlər.”Yoldaşları dedikləri, nikahlı olanlardır. “Sağ əllərinin sahib olduqları” dediyi; qadın deyir ki, sən mənim sahibimsən, sənə aidəm, deyir. O, onun sahibidir, tamamdır.
Mən başqa heç kimə aid deyiləm, sənə aidəm, deyir. Quranın bəhs etdiyi budur; azad edilmiş cariyə və ya cariyələr, Peyğəmbərimiz (s.ə.v) zamanında belə idi, nəzərdə tutulan budur, “… bu mövzuda qınanmış deyildirlər. Lakin kim bundan başqasını axtarsa, artıq onlar sərhədi aşanlardır.” Əhli fahşə olur. “(Yenə) Onlar, əmanətlərinə və əhdlərinə riayət edənlərdir.” Əmanət edilmişdir, məsələn bir əşya əmanət edilmişdir, əmanəti qoruyacaqsan. Bir uşaq əmanət edilmişdir, onu qoruyacaqsan. Bir xanım əmanət edilmişdir, onu qoruyacaqsan. Pul əmanət edilmişdir, qoruyacaqsan. “…əhdlərinə riayət edənlərdir.” Söz verdimi, sözünü yerinə yetirəcək. Bunu edəcəyəm dedimi, yerinə yetirəcək. Etməyəcəyi bir sözü verməyəcək, söz verdimi yerinə yetirəcək, inşaAllah.
“Onlar, namazlarını da (dəqiqliklə) qoruyanlardır.” Ürəyim istədiyi zaman namaz qılaram, istəmədiyim zaman qılmaram, olmaz. Sahibi-tərtib olacaq. 5 vaxt namazını qılırsa, müntəzəm olaraq səhər, günorta, ikindi, axşam, şam, vitir, hamısını müntəzəm edəcək, sahibi-tərtib olacaq. Yəni arada bir, elə şey olmaz, nəzərdə tutulan namaz odur. Baxın, “Onlar, namazlarını da (dəqiqliklə) qoruyanlardır.” Sahibi-tərtib olmaq, düz 5 vaxt namazını ard-arda namaz vaxtlarını keçirmədən sünnəyə riayət edərək etmək. “Məhz (yer üzünün hakimiyyətinə” dünya hakimiyyətinə, “…və axirətin nemətlərinə) varis olacaq olanlar onlardır.” Mehdiyyətin gözəl qönçələri, gözəl çiçəkləri onlardır, deyir Allah. “Ki onlar Firdevs (cənnətlərin)ə də varis olacaqlar;” onlara ayrıca cənnət də verəcəyəm, deyir Allah. “…içində də əbədi olaraq qalacaqlar.” Sonsuza qədər qalacaqlar, deyir, inşaAllah Allah. Bax , “…varis olacaq olanlar onlardır.” Bu dünya hakimiyyətinə, daha çox ona işarə edir ayə.
“Ki onlar Firdevs (cənnətlərin)ə də varis olacaqlar;” Həm də cənnət də verəcəyəm, deyir Allah. Amma əslində təbii ki, bir müsəlman cənnət üçün deyil, Allah rizası üçün cəhd göstərər. Cənnət; ikram olaraq Allah tərəfindən verilər. Cənnət məqsəd qoyulmaz, Allahın razılığı məqsəd qoyular. Baxın, əsla orada bir xəta, bir səhv edilməsin. Cənnət üçün namaz qılınmaz, Allah rizası üçün namaz qılınar. Allahın ikramı olaraq cənnət verilər möminlərə, inşaAllah. Ümid edərsən təbii ki, Allahdan, o gözəlliyi ümid edərsən, amma nə üçün edirsən dediyində, cənnət üçün edirəm deyilməz. Allah rizası üçün, Allah rizasının da çoxunu istəyəcəyik, inşaAllah.