ADNAN OKTARIN HARUNYAHYA TV-DƏKİ CANLI REPORTAJI
(4 AVQUST 2010)
ADNAN OKTAR: Bax, deyir ki Allah, Sad surəsi, 75. “(Allah) Dedi ki: “Ey İblis, iki əlimlə yaratdığıma səni səcdə etməkdən saxlayan nə idi? Təkəbbür etdinmi””, münafiqlərdə ortaq xəstəlik təkəbbürlənməkdir. Hamısına baxın, əcaib eqoistdirlər və ağıllarını çox bəyənərlər. Yəni ciddi mənada axmaqdırlar. Bir insan kafir olmaq istəyirsə kafir ola bilər, amma münafiq olması üçün manyak olması lazımdır. Münafiqlər manyakdırlar. Bax, “Təkəbbür etdinmi? Yoxsa yüksəkdə olanlardan mı oldun?”
Çünki, təkəbbür, nə qədər təkəbbürlü olmaq istəyir görürsənmi? Allahdan daha böyük olmaq istəyir. Münafiqin xüsusiyyəti budur, şeytanın da xüsusiyyəti budur. “Dedi ki: “Mən ondan daha xeyirliyəm”, həmişə münafiqlərin ortaq şeyi, mən daha yaxşı bilərəm, mən daha gözəl danışaram, mən daha xeyirliyəm, peyğəmbərdən doğruyam, Mehdi (ə.s)-dan daha doğru hərəkət edərəm, hamısından daha yaxşıyam, deyərlər. “Mən ondan daha xeyirliyəm. Sən məni atəşdən yaratdın, onu isə palçıqdan yaratdın”. Tam münafiq axmaqlığı. Görürsənmi? Dəli sözü, yəni palçıq, palçığı yaradan da Allahdır, atəşi yaradan da Allahdır. Bunu düşünə bilməyəcək qədər axmaqdırlar.
“Və dedilər ki: Bu Quran, iki şəhərdən birinin böyük bir insanına endirilməli deyildimi?’“, bax yenə münafiq ağlı, mütləq ki, bir böyüklük olacaq, əzəmət olacaq. Onlar, statusa da çox əhəmiyyət verər münafiqlər. Professor olması, zəngin olması, iş adamı olması, bu olması, o olması münafiq üçün çox zəruridir. Halbuki, bunlar dünya həyatında gəlib keçici mövqelər, məzara qoyulduğunda, professor da, işçi də, hamısı eyni olur.
“Dedilər ki: “Bu elçiyə nə olur ki? Yemək yeyir və bazarlarda gəzir”. İndi Peyğəmbərimiz (s.ə.v)-i, haşa, bəyənməmək üçün bu dəfə münafiqin başında həddindən artıq dərəcədə axmaqlıq əmələ gəlir, bu dəfə də yemək yeməsini dəlil olaraq verirlər. “Yemək yeyir, bazarda gəzir” deyir. İndi münafiq elə bir məxluqdur ki, insan cavab verərkən özü də çaşar eyni zamanda. Yəni belə bir axmaqla həmsöhbət olduğu üçün, yəni nə deyəcəksən? Şeytan insanın yaxşılığını istəyirmiş kimi davranar, münafiqlər də möminin yaxşılığını istədiyini iddia edər. Məsələn, “səni qurtarmaq üçün edirəm. Yaxşılıq üçün söyləyirəm mən” deyir.
“Şeytan, onların özlərindən örtülüb gizlənən çirkin yerlərini ortaya çıxarmaq üçün onlara vəsvəsə verdi”. Münafiq də vəsvəsə verər. Zəif adamları seçər belə. Münafiqlərin hədəflədikləri insanlar, bir vəhşi heyvan necə belə zəif heyvanları seçir, ona müsəllət olar, münafiqlər də zəif olduğuna əmin olduqlarını seçərlər, onun üzərinə yüklənərlər. Onun üçün, münafiqlər bir insanın üzərinə yükləndiyində o adam Allaha sığınacaq, çox dəqiq diqqət yetirəcək, inşaAllah.
“Və dedi ki:“Rəbbinizin sizə’”, bax, Allaha hörmətlə xitab edir “Rəbbinizin sizə bu ağacı qadağan etməsi, yalnız, sizin iki mələk olmamağınız və ya əbədi yaşayanlardan qılınmamanız üçündür.” Yəni “əbədi yaşamağınıza maneə törətmək üçün belə bir vəziyyət var” deyir. Bu ağacdan uzaq dayanmağınızı istəməsinin səbəbi deyir Allahın;” sizin əbədi yaşamağınızı istəmədiyi üçündür. Amma yesəniz, əbədi yaşayacaqsınız” deyir. Ağacı yaradan Allahdır, əbədi yaşamağı yaradacaq olan da Allahdır. Axmaq şeytan və münafiqlər də elədirlər, Allahın öz qanununa güc çatdıra bilməyəcəyinə inanırlar. Yəni öz qanununu idarə edə bilməyəcəyinə inanır. Yəni o ağacdan yesə, “bir daha Allah onu, özü də idarə edə bilməz” deyir, inşaAllah.
“Və həqiqətən, mən sizə öyüd verənlərdənəm deyə and da içdi”, bax, münafiq dini ifadələr istifadə edər, dini ifadələr, öyüd verməyə də çox maraqlı olar münafiqlər. Ona-buna öyüd verərlər, aman bax, mənim məqsədim səni qurtarmaqdır, yaxşılıq etməkdir. Bax, “həqiqətən” deyir, bir də “həqiqətən, mən sizə öyüd verənlərdənəm”, tam münafiq üslubur. “deyə and da içdi”, inandırmaq üçün Allahın adından istifadə edir. “Özlərinə, yer üzündə fəsad çıxarmayın”, münafiqlik etməyin, fırıldaqlıq, saxtakarlıq etməyin “deyildiyində; “Biz yalnız islah edicilərik” deyərlər” deyir. “İslah etmək üçün, yəni yaxşılıq üçün söyləyirəm, mənim başqa bir məqsədim yoxdur” deyir. Özlərini hər şeyi bilirmiş kimi görərlər.
“Bilin ki, həqiqətən, əsil fəsadçılar bunlardır, amma şüurunda deyildirlər” deyir. Şüurunda deyil, axmaq amma fəsadçı, “əsl fəsadçı bunlardır” deyir Allah. Bax, “zərər vermək”, münafiqin əsil məqsədi nə imiş? “Zərər vermək, inkarı gücləndirmək”, münafiq, möminlərin imansız olmasını istəyər, həm birlikdə yaşamasını istəyər, çünki onlara ehtiyacı var fitnə çıxarmaq üçün, həm də inkar etmələrini istəyir. “Möminlərin arasını vurmaq”, münafiq axşama qədər bunun üçün məşğul olar.
Möminlərin arasını vurmaq üçün məşğul olar. “Və daha əvvəl Allaha və elçisinə qarşı savaşanı müşahidə etmək”, yəni hər hansı bir xəbər bilər, bir şey tapar, müsəlmanlara hücum edilməsini gözləyər. Şahidlik edər, oyun oynayar, saxta xəbərlər verər. Münafiqin xüsusiyyətidir, “üçün məscid düzəldənlər”, yəni bir birlik meydana gətirirlər. Mütləq ki, bir məscid düzəldərlər, birlik meydana gətirirlər, yəni bir-birlərindən ayrılmaz münafiqlər. “Və biz yaxşılıqdan başqa bir şey istəmədik deyə and içənlər”, soruşduğunda da belə həmişə yaxşılıq məqsədiylədir, ən ağlı başında onlardır, ən yaxşı onlardır, ən düz onlardır. Yəni üzərinə özünə görə zireh qoymağa çalışır, amma o dişini ağardar. Çünki bir lağımın üzərinə neylon da örtsənsə, lağımdır. Hər vəziyyətdə o müəyyən olar, bunlar da elədir.
“O zaman şeytan onlara hərəkətlərini gözəl göstərmiş və onlara”, yəni etdikləri işləri gözəl göstərmişdir, “bu gün sizi insanlardan təxribata məruz qoyacaq kimsə yoxdur və mən də sizin köməkçinizəm” demişdi.” Münafiqlər bir araya gəlincə özlərini çox güclü zənn edərlər. Yəni onlara hücum olmaz artıq, çünki müsəlmanlardan uzaqdırlar, təhlükədən xilas olduqlarına inanırlar. Çünki təhlükənin mərkəzi olaraq müsəlmanları görərlər. Müsəlmanların açıq hədəf olduğuna inanarlar.
Müsəlmanlardan uzaq durunca da açıq hədəf olmaqdan xilas olduqlarını və artıq rahatlayacaqlarını, yəni cəmiyyətin təzyiq etməyəcəyini, küfrün onlara hücum etməyəcəyini, ailələrinin, bunun-onun artıq onlarla məşğul olmayacağını düşünürlər. Bu səbəbdən, qorunan bir birlik olduğuna inanar münafiqlər. Bax, “bu gün sizi insanlardan təxribata məruz qoyacaq kimsə yoxdur.” Artıq küfrün və imansızların da dəstəklərini aldıqlarını düşündükləri üçün, yəni məsələn masonların, onun-bunun, kafir düşüncəni müdafiə edən bəzi mətbuat mənsublarının, bəzi fırıldaqların, yəni hər cür saxtakarın və onların ağılsızlarının dəstəyini aldıqlarını düşündükləri üçün özlərini güclü zənn edirlər. “”Və mən də sizin köməkçinizəm” demişti”, onlara təsir edir şeytan. Həqiqətən, münafiqlərdə özünə güvən vardır, rahatlamış olar psixoloji olaraq, təhlükəsizlikdə hiss edərlər özlərini.
“Nə vaxt ki, iki birlik bir-birini görər oldu (qarşılaşdı) o, iki topuğu üstündə geri döndü və; “Şübhəsiz, mən sizdən uzağam””, birdən-birə şeytan onları ortada buraxır. “Çünkü mən sizin görmədiyinizi görürəm”, bax bu dəfə də yenə manyaklıq edir. “Mən sizin görmədiyinizi görürəm”, o da münafiqləri tənqid edir. “Mən Allahdan da qorxuram”, münafiqlərdən fərqli olduğunu söyləyir. “Allah (cəza ilə) nəticələndirməsi çox şiddətli olandır. Şeytan onlara vədlər verir”, yaxşı iş adamı olarsınız, imkanın olar, evlənərsiniz, əylənərsiniz, hər şey olar deyir. “Onları ən pis xəyallara salacağam”, əcaib vəsvəsəli olar münafiqlər. Ağlasığmaz şeylərə ilişərlər. Çox zaman da təkliyi seçərlər. Təklik onların bir xüsusiyyətidir, Çoxluq olsa da, həmişə təkliyi istəyərlər. Amma əsil şeyləri sürü halında yaşayarlar. “Halbuki şeytan, onlara bir aldanışdan başqa bir şey vəd etməz” deyir Allah. Daima aldanarlar münafiqlər.