Adnan Oktarın 11 mart 2011 Kaçkar tv-dəki canlı söhbətindən
ADNAN OKTAR: Şeytandan Allaha sığınıram. Quranın hansı səhifəsini açırsaq açaq Allah, dəccal gücləriylə hz. Mehdi (ə.s) güclərinin qarşılıqlı mübarizəsindən bəhs edər, demək olar hər səhifəsində. İndi bax, deyir ki, Allah, Hud surəsi 109-da; “artıq onların tapınmaqda olduqları şeylər mövzusunda, əsla şübhədə olma.” Məsələn, darvinist materialist düşüncədə insanların çoxu şübhəyə qapılar; “görəsən doğrumu söyləyirlər, həqiqətən belə bir elmi dəlil varmı?” kimi şübhələr. Allah deyir ki, bax; “əsla şübhədə olma.” Əvvəldən xəbərdar edir Allah, diqqətini açır insanların. “Daha əvvəllər, ataları necə tapınırdılarsa, bunlar da ancaq belə tapınırlar.” Heç bir düşüncə yeni, orijinal düşüncə olmur.
Məsələn, darvinist düşüncəyə baxdığımızda Quranın bu hökmünə görə dərhal anlayacağıq ki, darvinizm üç min illik, dörd min illik keçmişi olan bir düşüncədir. Yəni çox köhnə tarixlərə qədər getdiyini anlayacağıq. Yəni hər inancın, hər büt düşüncənin mütləq köhnə keçmişi vardır. Necə ki, nə deyir Allah? “Daha əvvəllər, ataları necə tapınırdılarsa, onlar da ancaq belə tapınırlar.” “Heç bir fərqlilik yoxdur” deyir. Necə Firon zamanında darvinist düşüncə varsa, Nəmrud zamanında varsa, şumerlər dövründə və qədim Yunanıstanda darvinist düşüncə varsa, “eynisi var” deyir Allah.
“Şübhəsiz Biz, paylarını azaltmadan onlara ödəyəcəyik.” Təbii, insanlar burada; “bunların vəziyyəti nə olacaq? Müsəlmanlarla onların arasındakı fərq nədir?” kimi ağıllarına düşüncə gələ biləcəyi üçün Allah deyir; “mən onları təsbit edirəm, tam mənasıyla qarşılığını verəcəyəm” şərhini edir Allah, insanların ürəyinin rahat olması üçün. “And olsun, Musaya kitabı verdik, onda anlaşılmazlığa düşüldü.” İndi buradakı ifadəyə görə, Tövrat haqqında anlaşılmazlığa düşmüşlər. Allahın açıq hökmüdür bu onsuz da, buna qəti inanırıq. “Əgər Rəbbindən bir söz keçmiş (verilmiş) olmasaydı, mütləq aralarında hökm verilmiş olacaqdı.” “Bir bəla verəcəkdim” deyir Allah.
“Həqiqətən onlar, bundan (Qurandan) yana şübhə verici bir tərəddüd içindədirlər.” Yəni “ola bilər də, olmaya bilər də” deyə şübhə edirlər deyir Allah. Halbuki, səmimi gözlə baxıldığında Quranın həqiqi olduğu dərhal aydın olur. Hansı səmimi vicdan Quran həqiqətini rədd edə bilər? Vicdanını narahat edəcək hər hansı bir hökm yoxdur Quranın içərisində. Əksinə, elmlə uyğundur, bütün müasir elmlərin şərhlərini çox əvvəldən bildirir Quran. Deyirlər ki; “məcbur etmə”. Olarmı? Deyir ki; “kainat yoxkən, yoxdan var etdim” deyir.
Böyük Partlayış (Bing Bang) nə deyir? “Kainat yox idi” deyir, “yoxdan var oldu” deyir. Eynisini söyləmirmi Quran? Burada məcburiyyət harada var? Allah deyir ki; “zaman nisbidir” deyir və nisbi olduğuna dəlillər verir. Haradadır burada məcburiyyət? Dəqiq, zamanın nisbi olduğunu açıqca söyləyir Quran və çoxlu da nümunə verir. Müasir fizika nəyi söyləyir? “Zaman nisbidir” deyir, “məkan da nisbidir” deyir. Quran nə deyir? Nisbi olduğunu söyləyir. Nə vaxt söyləmiş Quran? Min dörd yüz il əvvəl söyləmiş. Bunlar nə vaxt tapdılar? Min dörd yüz il sonra tapdılar. Quranın haqlı olduğu ortaya çıxdı.
“Şübhəsiz Rəbbin, onlardan hamsına etdiklərini(n qarşılığını) onlara tamamilə ödəyəcək.” “Şübhəsiz” demək, bunlar həmişə gücləndirici, yəni Quran sağlam vurğular edər. Bəzi insana deyərsən ki; “qənaətə gəldinmi?” deyərsən, “bəli” deyər. Amma bəzisi deyər ki; “çox açıqdır, təbii ki, dəqiq qənaətə gəldim. Ürəyim rahat oldu.
Heç bir tərəddüdüm yoxdur” deyər. Quranda bu üslubu istifadə edir Allah, yəni çox doyurucu, vurucu üslub. Məsələn, deyir ki; “şübhəsiz” deyir Allah. Məsələn, belə deyə bilərdi Allah; “Rəbbin, onlardan hamsına etdiklərini(n qarşılığını) onlara tamamilə ödəyəcək.” Amma bax “şübhəsiz” deyildiyində bu ürəklərdə rahatlıq gətirən bir ifadədir. “Çünki O, etdiklərindən xəbərdar olandır.” Bütün edilənlərin hamısını onsuz da Allah yaratdığı üçün bilir Allah.
“Səninlə yanaşı tövbə edənlərlə birlikdə əmr olunduğun kimi doğru davran.” Yəni həm tövbə etməyimizi istəyir Allah burada, həm də “doğru davran”. “Doğru davran” nədir? “Ən müsbət, ən məqbul, ən tutarlı hərəkəti edin” deyir Allah. “Və azdırmayın.” Azmayın. “Çünki O, etdiklərinizi görəndir.” Yəni; “‘necə olsa görmürlər” deməyin” deyir Allah, “görünməz deməyin, Mən hamısını görürəm” deyir Allah. “Zülm edənlərə meyil göstərməyin”. Çünki vicdansızlıq etmiş olur, zülm etdiyi müəyyəndir, “onlara meyil göstərməyin” deyir.
“Yoxsa sizə atəş toxunar.” “Canınız yanar” deyir Allah. Yəni; “dünyada da canınızı yandıraram” deyir Allah, “axirətdə də.” Dünyada məsələn, birdən-birə başın bir bəlaya girər, yəni bir uğursuzluq olar. Məsələn, işlərin yolunda gedərkən, birdən-birə təxmin edə bilmədiyin şəkildə bəlalar yağmağa başlayar. Axirətdə də ayrı, axirətdəki əzab daha şiddətlidir təbii.
“Sizin Allahdan başqa vəliləriniz yoxdur, sonra kömək görə bilməzsiniz. “Allaha tam təslim olsanız, Allah; “rahatlıq verərəm” deyir “və kömək edərəm. Əksinə olsa, həm canınız yanar, həm də kömək görə bilməzsiniz” deyir Allah. “Gündüzün iki tərəfində” yəni səhər vaxtında və axşam vaxtında “və gecənin (gündüzə) yaxın saatlarında namaz qıl.” Beş vaxt namazdan bir nümunə verir Allah.
“Şübhəsiz yaxşılıqlar, pislikləri aradan qaldırar. Bu, öyüd alanlara bir nəsihətdir.” “Yaxşılıq edildiyində, pislik etdinizsə onları yox edər” deyir Allah. Məsələn, biri beş dəfə yaxşılıq edir, məsələn iki dəfə də pislik edirsə, “o beş yaxşılıq, pis olanları silər” deyir Allah, “yox edərəm” deyir. Allah unutmaz; lakin bizə unutdurur. Heç bir şey Allah Qatında itməz. Heç bir görünüş, heç bir səs, heç bir duyğu Allah qatında itməz. Yəni sonsuza qədər itməz. Amma xoşlanmadığımız şeyləri Allah bizə xatırlatmaz.
Yəni sonsuza qədər xatırlatmır axirətdə. “Və səbir et. Həqiqətən Allah, yaxşılıq edənlərin əcrini itirməz.” Səbir çox əhəmiyyətlidir; məsələn, sevgidə səbirli olmaq, dürüstlükdə səbirli olmaq, şəfqətdə, təmizlikdə səbirli olmaq. Məsələn, adam bir həftə təmizdir, bir həftə sonra təmiz deyil. Olmaz, ömrü boyunca təmiz olacaq. Məsələn, bir həftə dürüstdür, bir həftə dürüst deyil. Olmaz, daima dürüst və səmimi olacaq. Məsələn, heç yalan danışmamağı ömrünün sonuna qədər davam etdirməsi lazımdır. “Həqiqətən Allah, yaxşılıq edənlərin əcrini itirməz” Yəni, “çox gözəl qarşılığını verərəm” deyir Allah.
“Sizdən əvvəlki nəsillərdən qurtardığımızdan çox azı xaricində yer üzündə təxribatçılığın qarşısını alacaq fəzilət sahibi kəslər olmalı deyildimi?” Bax; “yer üzündə təxribatçılığın qarşısını alacaq fəzilət sahibi kəslər olmalı deyildimi?” Yer üzündə təxribatçılığı kim edir? Dəccal edir. Qarşısını alacaq fəzilət sahibi kəslər kimdir? Hz. Mehdi (ə.s) camaatıdır. “Zülm edənlər isə, içində olduqları rifahın arxasına düşdülər.” Yəni onlar; mallar, oğullar, evlənsin, yesin, içsin, işinə baxsın, məktəbini bitirsin, iş açsın. “Zülm edənlər isə, içində olduqları rifahın arxasına düşdülər. Onlar, günahkarlar idi” deyir Allah.
Yəni; “Allahı əhəmiyyətli görmürlər, axirəti əhəmiyyətli görmürdülər” deyir Allah. “Xalqı, islah edən kəslərkən, sənin Rəbbin o ölkələri zülm ilə həlak edəcək deyildi.” Yəni; “Mehdiyyətin olduğu yerdə böyük bir hadisə olmaz” deyir. Yəni “zəlzələ kimi, döyüş kimi böyük bir hadisə olmaz” deyir. Hz. Mehdi (ə.s) haradadırsa, o ölkəyə fəlakət gəlmir.
Hz. Mehdi (ə.s) vəsiləsiylə də qiyamət dayandırılmışdır. Peyğəmbərimiz (s.ə.v)-in hədisi var; “bir gün olsa” deyir, “qiyamətin qopmasına bir gün qala, hz. Mehdi (ə.s)-ın gəlməsiylə Allah onu dayandırar” deyir və zaman uzadılır, yəni qiyamət təxirə salınır. Qiyamətin təxirə salınmasına hz. Mehdi (ə.s)-ın səbəb olması çox məşhurdur, bilinər. Hz. Mehdi (ə.s)-ın olduğu yerdə zəlzələ də olmaz, böyük döyüşlər olmaz, böyük fəlakətlər olmaz. Quran ona diqqət çəkir.
“Xalqı, islah edən kəslərkən, sənin Rəbbin o ölkələri zülm ilə həlak edəcək deyildi.” Əbcədi 2020-ci ili verir, yəni müsəlmanların Türkiyədəki mövqelərinin müsbət nəticələnəcəyini, gözəl nəticələnəcəyini. “Onlar, zülm işləməkdələrkən” 102-ci ayə “ölkələri (və ya nəsilləri) tutduğu zaman” yəni bəlayla tutduğu zaman. Zülm işləyirlər, dini izah etmirlər, İslam izah edilmir, yalnız zülm var; “o zaman yaxalayaram” deyir Allah, “ya döyüşlə, ya ona bənzər bir şey ilə yaxalayaram” deyir. “Rəbbinin yaxalaması məhz belədir.” “Qəfildən yaxalayaram” deyir Allah, “qaça bilməzsiniz” deyir. “Həqiqətən, Onun yaxalaması çox əziyyətli və çox şiddətlidir” deyir Allah. Adamlar deyir ki; “Allah etməz” deyirlər. Edir görürsünüz. Etməz olarmı? “Yox, etməz” deyirlər, inadla “etməz” deyirlər. Nədir bu gördüyünüz yaxşı o zaman? Edir, inşaAllah.
“Axirət əzabından qorxan üçün bunda qəti ayələr vardır. O, bütün insanların toplanacağı bir gündür və o, müşahidə edilə bilən bir gündür.” Yəni, “qiyaməti hamınız görəcəksiniz” deyir. Bax; “müşahidə edilə bilən bir gündür.” Bütün insanlıq üçün bunu söyləyir Allah. “Hər kəsin görəcəyi bir gündür” deyir. “Biz onu sayılı bir müddətin xaricində təxirə salmarıq.” Deməli, bir təxirə salma var qiyamət üçün. Nə səbəblə? Hz. Mehdi (ə.s) səbəbiylə. Nə deyir ayədə? “Biz onu sayılı bir müddətin xaricində təxirə salmarıq.” 104, 105; dörd və beş. Nə edir? Qırx beş.
ALTUĞ BERKER: 1545.
ADNAN OKTAR: Qırx beş.
ALTUĞ BERKER: maşaAllah.
ADNAN OKTAR: “Biz onu sayılı bir müddətin xaricində təxirə salmarıq.” Tez-tez qarşılaşırıq bu qırx beşlə. “(Qiyamətin) Gələcəyi gündə, Onun icazəsi olmadan, heç kim söz söyləyə bilməz.” Ancaq Allahın güc verdikləri söz söyləyə bilir; danışa bilmirlər. “Sən” deyir “onları sərxoş zənn edərsən, halbuki, sərxoş deyildirlər” deyir. Yəni qorxunun şiddətindən pilokronik hərəkətlər başlayır, danışa bilmirlər. İflic olurlar qorxudan. Ərköyünlük edənlər başının dərdinə düşüb bədənin idarəsini itirirlər. “Artıq onlardan kimisi “bədbəxtdir”, (kimisi də) xoşbəxt və bəxtiyardır.” “Müsəlmanlar xoşbəxt və bəxtiyardırlar; küfr içində olanlar əzab içində olacaqlar” deyir Allah.
ALTUĞ BERKER: Bir saat əvvəl də yeni bir zəlzələ olub, hocam Yaponiyada, 7.9 bal gücündə. Yeni bir sunami dalğası gözləyirlərmiş.
ADNAN OKTAR: Yaponlar əhəmiyyətsiz hesab edirlər. Allah ard-arda gətirir. Bir düşünün bu niyə olur, niyə bu şeylər meydana gəlir. Allahı düşünmək, Allaha tövbə etmək, Allaha yaxın olmaq lazım olarkən insanlar işində gücündədirlər.