Adnan Oktarın 25 aprel 2011 A9 Tv və Kahramanmaraş Aksu Tv-dəki canlı söhbətindən
ADNAN OKTAR: Şeytandan Allaha sığınıram. Baxın, Allah deyir ki: “Özlərinə Kitab verdiklərimiz”, yəni xristian və musəvilər. Baxın, Allah deyir ki:”Özlərinə kitab verdiklərimiz, sənə endirilənə görə sevinərlər;” Yəni “Quranı qəbul edərlər” deyir, “sevərlər, sevinərlər, bir Peyğəmbər gəldi deyə, vəhy gəldi deyə sevinərlər” deyir Allah. “Lakin (müsəlmanların əleyhinə birləşən) qruplardan, onun bəzisini inkar edənlər vardır. De ki: “Mən, yalnız Allaha qulluq etmək və Ona ortaq qoşmamaqla əmr olundum. Mən ancaq Ona dəvət edərəm və son dönüşüm Onadır. “Buna görə, İslam; xristianlıq üçün də, musəvilik üçün də, çox böyük bir nemətdir. Həqiqətən, musəvi olmaq istəyirsə, həqiqətən hz. Musa (ə.s)-ı sevirsə; Məhəmmədi olacaqlar. Həqiqətən, hz. İsa (ə.s)-ı sevirlərsə, həqiqətən İsaviyyətə bağlıdırlarsa; Məhəmmədi olacaqlar, inşaAllah. Saf vəhy çox böyük bir nemətdir, heç pozulmamış vəhy.