Header

Ali-İmran surəsi, 173 (Münafiqlərin hücumuyla müsəlmanlar savab qazanar)

Aa4a

ADNAN OKTAR: Şeytandan Allaha sığınıram. Ali-İmran surəsi, 173, müsəlmanlar deyir ki; “Bəzi adamlar onlara: “Camaat sizə qarşı ordu toplayıbdır, onlardan qorxun!” – dedilər. Bu, onların imanını daha da artırdı və onlar: “Allah bizə yetər. O nə gözəl Qoruyandır!”. Məsələn, müsəlman da deyir ki; “…bəzi adamlar onlara: “Camaat sizə qarşı ordu toplayıbdır…” Nə deməkdir? Məsələn, Mehdi (ə.s) birliyinə də, “sizə qarşı ordu toplandı” deyəcəklər, “siz neçə nəfərsiniz?” “313 adam”, sizə qarşı toplananlar neçə nəfərdirlər, 3 milyon adam”. “313-ə qarşı, 3 milyon düşməniniz var” deyir.

Müsəlmanlar “nə edək?” deyirlər, “artıq onlardan qorxun” deyir. Qorxmağın məqsədi nədir? “Dağılın”. “Dedikləri halda imanları artanlar”, təbii, bax bilərək, münafiqin hücumu nə edirmiş. Möminin imanını artırımış. “İmanı artanlar və Allah bizə yetər. O nə gözəl vəkildir” deyənlərdir” deyir. Bu, müsəlmanların savab qazanmasına, mənəvi mövqeyə yüksəlməsinə səbəb olduğunu göstərir. Bax münafiq hücum etdikdə, alçaqlıq etdikdə müsəlmanın, ibadət vaxtı girmiş olur. Məsələn, səhər namazı nə vaxt başlayır? Günəş üfüqdə meydana çıxdıqdan sonar. Nə zamana qədər? Günəş doğulana qədər.

Ramadan-2013-Al-Quran-HD-WallpaperMünafiqin əxlaqsızlığa başlamasıyla müsəlmanın ibadəti başlayır. Yəni alçaqca hücumu başladığında, müsəlmanın ibadəti başlamış olur o anda. Minlərlə savab almağa başlayır, toplamağa başlayır. Nə zamana da qədər? Münafiq hücumunu dayandırana qədər. Münafiq hücumunu dayandırdığında, günəş doğulmuş olur, artıq o ibadətin vaxtı da keçmiş olur. O vaxt içərisində münafiqin hücumuyla müsəlman davamlı ibadət savabı almış olur.

Yəni sırf namazdan savab alınmaz, sırf orucdan savab alınmaz. İnsanlar elə zənn edirlər. Məsələn, münafiq hücumuna qarşı edilən imani hücumdan çox-çox daha çox savab qazanıla bilər. Allahın diləməsiylə. Bax “onlardan qorxun” deyildikləri halda imanları artanlar və: “Allah bizə yetər, O nə gözəl vəkildir” deyənlərdir.” Nə deyir? Bir dəfə Allahın özünə kafi olduğunu bilir. Münafiq Allahın özünə kafi olduğunu bilməz. Münafiq özü etdiyini zənn edər. Müsəlmanla arada fərq var. Müsəlman hər şeyi Allahın etdiyini bilər və “Allah mənə yetər” deyir. “O nə gözəl vəkildir”. Allah vəkildir demir. Bax “O nə gözəl vəkildir” deyir.

Allahın gözəlliyiylə təsvir edir və onu tərifləyir. Allaha qarşı eşqini ifadə edir, Allaha qarşı sevgisini ifadə edir. “O nə gözəl vəkildir”. Deyilmi, vəkildir deyə bilər, amma “O nə gözəl vəkildir” deyir Allah üçün. Bu da göstərir ki, Mehdiyyətə qarşı da ordu toplanacaq və təhlükəli hücumlar olacaq. Bəlkə, böhtan atacaqlar müsəlmanların üstünə, bəlkə, təhlükəsizlik güclərini göndərəcəklər, bəlkə, başqa birlikləri göndərəcəklər, aldadaraq səhv məlumatlandıraraq, bunu edə bilərlər. Quran buna işarə edir. Amma müsəlman belə bir mövqedə təsirlənmir. “Allah bizə yetər deyir. O nə gözəl vəkildir” deyir.

sqr05eft0

Aa5a
  • Share on Facebook
  • Share on Pinterest
  • Share on Threads
  • Share on X
  • Share on WhatsApp
  • Share on Tumblr
  • Share on Telegram
  • Share on Reddit
  • Print this Page
  • Email this Page
Əsas səhifə

Axtarış

Kateroqiyalar

  • Adnan Oktar deyir ki
  • Ateist masonlar və səhvləri
  • Axırzaman, Hz. Mehdi və Hz. İsa
  • Ayə təfsiri
  • Digər inanç və fəlsəfələrə baxış
  • İman həqiqətləri və yaradılış möcüzələri
  • Kitab Əhli və Peyğəmbərlər
  • Maddənin ardındakı sirr
  • Peyğəmbərlər tarixi
  • Quran əxlaqı və təfəkkür
  • Tarix, siyasət və strategiya
  • Türk-İslam Birliyi
  • Təkamül nəzəriyyəsinin süqutu

Etiketlər

Adnan OktarAllahartmaqaxirətaxırzamanayəBədiüzzamanbənzəməkcamaatcənnətdarvinizmdeyildindünyadünya hakimiyyətidüşünməkdəccalelmfikirgözləməkgünəşhadisəhakim olmaqhaqqHud surəsi 109Hz. Mehdi (ə.s)hz. İsa (ə.s)Hz Musahökm etməkhədisHəyatibadətifadə etməkincilinkar edənlərinkarçılarinternetinşaAllahistəməkizahKitab əhliküfrKəhf surəsimehdiyyətMehmet Əli QayamöminmöminlərMömünlərmühitmünafiqmüsəlmanmüsəlmanlarnemətNur surəsi 31Nur surəsi 55peyğəmbərlərqiyamətQuranquran əxlaqıreallaşmaqrisalərisalə-i nursevgisevincsistemsona çatmaqsözlərsülhSəid NursitanımaqtexnologiyaTövratTürkiyətəbliğtəfsirTəkamülvəsiləXurafatxurafatçılaryaymaqyaşamaqyeryəhudizalımzühurzühur etməkzülmçalışmaqçıxış əlamətiçətinlikİmam Rəbbaniİmanİslamİslam birliyiİslam əxlaqıŞeytanəbcədədalətəlamətəxlaq

Muhur

Bu saytda olan bütün yazıları, saytı qaynaq göstərmək şərti ilə
müəllif haqqı ödəmədən istifadə edə bilərsiniz

Logo 313