ADNAN OKTARIN A9 TV, KAHRAMANMARAŞ AKSU TV VƏ QAZİANTƏP OLAY TV-dəki CANLI SÖHBƏTİ
(30 APREL 2011; 01:30)
ADNAN OKTAR: Şeytandan Allaha sığınıram. Taha surəsi, 130-cu ayə; Allah deyir ki; “Bu halda onların söylədiklərinə qarşı səbirli ol”. Deməli, ipsiz-sapsız adamlar, axmaq, gic-gic danışacaqlar. Münafiqlər danışacaq; müşriklər, cahil-cühül, xurafatçılar axmaq-axmaq danışacaq. Harada danışacaq? Facebookda, internetdə, telefonda danışar, televiziyada danışar. Ayədə nə deyir Allah? “Bu halda onların söylədiklərinə qarşı səbirli ol. “”Sakit ol, səbirli ol” deyir Allah.
“Günəşin doğuşundan və batışından əvvəl Rəbbini həmd ilə təsbeh et (ucalt).” Əlhəmdülillah. Yəni “gün içində Allahı həmd ilə təsbeh et” deyir. “Gecənin bir hissəsində və gündüz də təsbeh et ki məmnun ola biləsən”. Eyni zamanda beş vaxt namaza da işarə edən bir ayədir. Yəni “daima Allahı təsbeh edin” deyir. “Onlardan bəzi qruplara, özlərini sınamaq üçün faydalandırdığımız dünya həyatının bəzəyinə gözünü dikmə”. Adamın avtomobilləri var, evi var, fabriki var, təsisləri var; Allah “ona gözünü dikmə” deyir, “oturub heyifsilənmə” deyir.
“Sənin Rəbbinin ruzisi daha xeyirli və daha daimidir”. Allah ruzi verir, adam deyir ki; “bu adam nə qədər zəngindir, kürü yeyir, kərə yağlı omlet yeyir, mən yeyə bilmirəm” deyir, deyilmi? “Nə gözəldir,qaymaq da yeyir, çörəyin üzərinə çəkir” deyir. Amma deyir ki Allah; “Sənin Rəbbinin ruzisi daha xeyirli və daimidir”. İndi Allah onu ona nəsib etmədisə, onda bir xeyir var. Çünki ruzinin sağlamlıq verməsi əhəmiyyətlidir.
Yeyərsən, öldürər səni; komaya düşərsən, ürək infaktı keçirərsən, beyin qanaması keçirərsən. Əslində ölümlər həmişə qidadandır. Ölümlərin böyük bir səbəbi yeməklərdən qaynaqlanar; xolesterol, xolesterola bağlı yüksək təzyiq, hipertansiyon. Onun üçün “Sənin Rəbbinin ruzisi daha xeyirlidir” deyir Allah. “Və daha daimidir”. Yəni “dünyada da, axirətdə də daima davam etdirərəm” deyir Allah və “ruzini verən Mənəm” deyir. Mühüm olan ruzinin xeyirli olmasıdır; ruzi xeyirli oldumu, o insana şəfa verər. Gənclik, dinclik və sağlamlıq verər. Amma elə deyilsə…
“Əhlinə (ümmətinə) namazı əmr et və onda qərarlı davran”. Yəni “beş vaxt namazı əhlinə əmr et” deyir. “Və onda qərarlı davran”. Yəni “qılımmı, qılmayımmı”, “yetişə bilmirəm”, “səhər erkən oyana bilmədim”, “yorğundum,” “işim var” və yaxud “çekləri, sənədləri yazmalı idim, sıxılmış vəziyyətdəyik”, “imtahanım var” elə deyil. Bax Allah nə deyir? “Onda qərarlı davran”. Bir xeyir var qərarlı davranmasında. “Biz səndən ruzi istəmirik” deyir Allah. Deyirlər, “mən ruzi qazanmaq üçün namaz qılmaq istəmirəm” deyir.
Allah da deyir ki; “Biz səndən ruzi istəmirik, Biz sənə ruzi veririk” deyir. “Mən onsuz da verəcəyəm sənə ruzini. Namaz qılmama səbəbi olaraq pul qazanmağı göstərmə” deyir Allah. Yəni “işi, gücü göstərmə, bu bəhanə deyil” mənasında söyləyir Allah. Bir işarəsi odur. “Gözəl nəticə təqvanındır”. “Əgər təqvalı olsanız, ruhən də bədənlə də çox sağlam olarsınız” deyir Allah. Buna görə “Allahın dinindən möhkəm yapışın” deyir Allah.
“Dedilər ki: “Bizə öz Rəbbindən bir ayə (möcüzə) gətirməsi lazım deyildimi?” Onlara əvvəlki kitablarda açıq sənədlər gəlmədimi?” deyir Allah. “Daha əvvəl də elə möcüzələr gördülər” deyir. Yəni inanmayacaq adam, inanmaz. “De ki: “Hər kəs gözləməkdədir; siz də gözləyin. Sonunda, doğru (dümdüz) yolun sahibləri kimlərmiş və doğru yola çatan kimlərmiş, çox yaxında öyrənəcəksiniz.””. 2023 tarixini verir. Bax, nə deyir Allah? “De ki: “Hər kəs gözləməkdədir””. Biz də müşahidə edirik, deyilmi? İslam hakimiyyətini, İslam Birliyini hər kəs müşahidə edir. “Siz də gözləyin” deyir Allah, yəni “siz də gözləyin; olacaqmı, olmayacaqmı gözləyin” deyir. “Sonunda, doğru yolun sahibləri kimlərmiş”, çünki deyir ki, kommunistlər; “doğru yolun sahibi bizik”, Darvinistlər; “ən ağıllı bizik” deyir. Allah da deyir ki; “doğru (dümdüz) yolun sahibləri kimlərmiş, “yəni “doğru yola çatan, doğru hərəkət edən, doğru düşünən, doğru dəlillər verən, məqsədə uyğun hərəkət edən kimlərmiş çox yaxında öyrənəcəksiniz” deyir Allah və əbcədi də tam 2023-dür.