Adnan Oktarın 27 yanvar 2011 Samsun Aks tv-dəki söhbətindən
ADNAN OKTAR: Nisa surəsi, şeytandan Allaha sığınıram, 83.”Özlərinə əmin-amanlıq və ya qorxu xəbəri gəldiyində, onu yayarlar. Halbuki, bunu Peyğəmbərə və özlərindən olan əmr sahiblərinə aparmış olsaydılar, onlardan nəticə-çıxara bilənlər onu bilərdilər. Allahın üzərinizdəki fəzli və rəhməti olmasaydı, azınız xaric hər halda şeytana uyardınız.”
Məsələn, bir hadisə olur. Bir xəbər deyirlər ki, adamın qardaşını həkimə aparırlar. Adam deyir ki; “bu bir şişə bənzəyir, baxacağıq” deyir. Bütün dayısına, əmisinə, hamısına xəbər uçurur. Adam ürək xəstəsi infakt keçirir, o birisi komaya girir. Bu ağıllı bir hərəkət deyil. Ayədə nə deyir, Allah; “Halbuki, bunu Peyğəmbərə və özlərindən olan əmr sahiblərinə aparmış olsaydılar, onlardan nəticə-çıxara bilənlər, onu bilərdilər.” Bax, onlardan nəticə çıxara bilənlər; İşin gerçəyini araşdırma gücünə sahib səlahiyyətli kəslər. Peyğəmbər, alimlər və ya əmr sahibləri, “onu bilərdilər”. Yəni bu yayılması lazım olan xəbərdirmi? Yoxsa, gizlədilməsi lazım olan bir xəbərdirmi?
Onun üçün bir xəbər olduğunda onu hamıya yaymaq deyil, onu mütəxəssis olan, onu yaxşı qiymətləndirəcək birinə nəql etmək lazımdır. O lazım olsa, əlaqədar kəslərə yayar və yaxud yaymaz. “Artıq sən Allah yolunda mübarizə et, özündən başqasına cavabdeh deyilsən. Möminləri hazırlayıb-təşviq et.” Hansı möminləri? Əhli sünnə möminləri deyil, şiələri deyil, vəhhabiləri deyil, bütün dünya müsəlmanlarını. Bütün dünya müsəlmanlarına xitab edir Allah burada, Əhli-sünnəyə xitab yoxdur. Şiələrə xitab yoxdur. Cəfərilərə xitab yoxdur. Şiələrə, bektaşilərə xitab yoxdur, deyilmi? Kimə xitab edir? Bütün müsəlmanlara, nə deyir Allah; “möminləri hazırlayıb-təşviq et.”
Bütün dünya müsəlmanlarını hazırlayıb təşviq etmək, Mehdiyyətin bir vəzifəsidir. Həm hazırlayacaq elmi, mədəni istiqamətdən onları hazır hala gətirəcək. Kitablarla, CD-lərlə, filmlərlə hazırlayacaq və təşviq edəcək. Türk İslam Birliyinə, İslam Birliyinə, gözəlliyə, sevgiyə, elmə, sənətə, demokratiyaya təşviq edəcək. “Ümid edilir ki, Allah, küfr edənlərin təzyiqlərini geri qaytarar.” Darvinistlərin, materialistlərin, kommunistlərin, faşistlərin ağır təzyiqlərinə iddia edilən Ərgənəkon təşkilatının ağır təzyiqlərini geri qaytarar.
“Allah, qəhredici təzyiqiylə daha çətin, acı nəticələndirməsiylə də daha çətindir” deyir, Allah. Nə görürük bu an? Allahın qəhredici gücünü görürük. Ayaqları sürüşür artıq. Dirəşmişdilər, qapını açdırmaq istəmirdilər. İtələdikdə ayaqları sürüşür və qapı sonuna qədər açılır. “Kim Rəsula itaət etsə, gerçəkdə Allaha itaət etmiş olar”. Bax; “Kim Rəsula itaət etsə” Peyğəmbərə itaət etsə “gerçəkdə Allaha itaət etmiş olar. Kim də üz çevirsə, Biz səni onların üzərinə qoruyucu göndərmədik.” Kim Rəsula itaət etsə;
“Bu ayə tez-tez Peyğəmbər (s.ə.v)-ə itaətə çağırmağın, Peyğəmbər (s.ə.v)-da ilahiyyət xüsusiyyəti olmasından deyil, tam əksinə onun bir qul və İlahi təbliği çatdıran bir elçi olma xüsusiyyətindən qaynaqlandığını vurğulayır. Eyni zamanda ayə Peyğəmbər (s.ə.v)-i yalnız təbliğ vəzifəsiylə məhdudlaşdırıb, onu qanun ola bilməyəcəyini iddia edənlərə, sünnəsini adi bir mövzu səviyyəsinə salanlara da əhəmiyyətli bir xəbərdarlıqdır.” Demək ki, nəymiş?
“Kim Rəsula itaət etsə, gerçəkdə Allaha itaət etmiş olar.” Peyğəmbər (s.ə.v), “hz. Mehdi (ə.s)-ı müjdələyin” desə, yox məni maraqlandırmır, deyə bilməzsən. “Hz. Mehdi (ə.s)-ı axtarın” deyirsə, yox məni maraqlandırmır, deyə bilməzsən. “Qarda sürünsəniz də, sürünərək də olsa gedib, Mehdi (ə.s)-a beyət edin” desə, o məni maraqlandırmaz, deyə bilməzsən. Nə deyir Allah; “Kim Rəsula itaət etsə, gerçəkdə Allaha itaət etmiş olar” deyir, Allah.”kim də üz çevirsə, Biz səni onların üzərinə qoruyucu göndərmədik.” Özləri bilər deyir, Allah. Bu ayə nə deməkdir bilirsənmi? “İntiqam alaram” deyir, Allah. Allahın intiqamı da çox çətin olur. Dözə bilməzlər ağrısına, onu söyləyim.
“Digərləri də sizdən və öz qövmlərindən əminlikdə olmağı istəyir” bax”Digərləri də sizdən və öz qövmlərindən əminlikdə olmağı istədiyini görəcəksiniz. (Amma) Fitnəyə hər geri çağrılışlarında başıaşağı gedərlər.” Münafiqlər üçün söyləyir, Allah. “Sizdən və öz qövmlərindən əminlikdə olmağı istəyir”. Münafiqlər deyirlər ki, “Siz bizə toxunmayın,bir şey deməyin” deyirlər. “Onlar da bir şey deməsinlər” Yaxşı, nə istəyirsən? “Əminlikdə olmaq istəyirik. Rahat yaşamaq istəyirik” deyirlər. “Amma” deyir, Allah.
“Fitnəyə hər geri çağrılışlarında başıaşağı gedərlər.” Yaxşı, müsəlmanların əleyhinə xəbərçilik edərsinizmi? “Ən yaxşısını edərik” deyir. Fitnə çıxararsanmı? “Onu da edərik” deyir. Küfrlə gizli ittifaq edərsənmi? “Onu da edərik” deyir. Müsəlmanın bir yanlışını tapdığında üzünə vurarsanmıı? “Vuraram” Deyir. Yaxşı, bizdən nə istəyirsən, deyirsən? “Əminlik istəyirəm” deyir, “siz də çox yaxşı davranın mənə” deyir. Yaxşı, sənin etdiyin namərdlik deyilmi? Sən bütün pislikləri istəyirsən, deyilmi? Bu münafiq xarakterini Quranda Allah açıqlayır.
Bax, deyir ki; “Fitnəyə hər geri çağrılışlarında başıaşağı gedərlər”. Hər cür pisliyin içindədirlər, deyir. Xəbərçilik, böhtan, fırıldaqlıq, müsəlmanları oyuna gətirmək, müsəlmanların səhv etməsini gözləmək. Feysbukda, orada-burada müsəlmanların əleyhinə yazılar yazmaq, “hamısını edərik” deyirlər. “Əgər sizdən uzaq dayanmaz, barış (şərtlərin)ı sizə buraxmaz və əllərini çəkməzlərsə”, yəni pislik etməyə, böhtan atmağa, oyun oynamağa davam etsələr “artıq onları hər harada tapsanız tutun (onları təsirsiz hala gətirin). Sizə, onların əleyhində açıq-aşkar olan dəstəkləyici bir dəlil etdik” deyir, Allah.
“Onlar, özlərinin inkar etmələri kimi sizin də inkar etməyinizi istədilər”. Nə istəyirsən, deyirik münafiqə? “Qurana uyursunuz, gözəl. Amma niyə Quranı kafi görürsünüz?” deyirlər. Nə etməyimiz lazımdır, deyirik? “Xurafatlar niyə çıxdı nə günə dayanır, xurafata uyun” deyir. Başqa; “bir də vəhy gələnlər var, onlara da uyacaqsınız” deyir. “Quran qeyri-kafidir, xülasə” deyir. Allah bizə söyləyir “Quran kafidir” deyir və “Qurandan soruşulacaqsınız” deyir, “yalnız Qurandan soruşulacaqsınız” deyir.
Bizə saxtakarlıq etməyəcək heç bir münafiq. Peyğəmbər (s.ə.v) necə təfsir etdisə Quranı, biz ona görə hərəkət edərik. “Onlar, özlərinin inkar etmələri kimi sizin də inkar etməyinizi istədilər. Beləliklə, bir olacaqdınız.” Eyni münafiqlər insanların özləri kimi olmasını istəyir. “Allah yolunda hicrət edənə qədər onlardan vəlilər (dostlar) etməyin”. “Əgər sizlərlə birlikdə deyillərsə, sizlərə dost deyillərsə, onlarla yoldaş olmayın. Qoruyub gözləməyin, dəstək də verməyin” deyir, Allah. “Ey iman edənlər, Allah yolunda addım atdığınız zaman” İslamı yaymağa qərar verdiyiniz vaxt, təbliğə qərar verdiyiniz vaxt, “lazımi araşdırmanı edin”. Hər cür sənədi, məlumatı gedin kitabxanada araşdırın, xaricdə araşdırın, film izləyin. “Və sizə salam verənə, dünya həyatının keçiciliyinə istəkli çıxaraq: “Sən mömin deyilsən” deməyin.” Sən kafirsən sən mürtədsən, böhtan atmayın millətə deyir, Allah. Hökm verməyin, deyir.
“Əsl çox qənimət, Allah Qatındadır, bundan əvvəl siz də belə idiniz;” Siz də küfr içində idiniz,sizin də səhvləriniz vardı, deyir Allah, imtina etdiniz, deyir. Önünüzə gələni kafirlikldə, fasiqliklə ittiham etməyəcəyik. “Allah sizə lütf etdi. Elə isə yaxşı açıqlıq qazandırın.” Dəqiqlik qazandırın deyir, Allah. “Allah yolunda hicrət edən, yer üzündə sığınacaq çox yer də tapar, genişlik (və bolluq) da. Allaha və Rəsuluna hicrət etmək üzrə evindən çıxan, sonra özünə ölüm gələn adamın əcri, şübhəsiz, Allaha düşmüşdür. Allah, bağışlayıcıdır, əsirgəyicidir.” Allah yolunda hicrət, hz. Mehdi (ə.s) zamanında necə edir, müsəlman? İndi anası deyir ki;
“İslamı, dini biz xurafat olaraq görürük. Dini izah etməyini istəmirik” deyirlər. “Mən sənə analıq haqqımı halal etmərəm. Namaz qılsan, səni övladlıqdan rədd edərəm”. Nur əladır, nur çox yaxşı olar, təşəkkür edirəm. Bir an əvvəl etsən, çox məmnun olaram” deyəcək. “Səni bu evdə istəmirəm” deyir “əgər Allaha, dinə, İslama yönəlsən, müsəlmanlarla dostluq etsən istəmirəm.” “Sağ ol” deyəcək “təşəkkür edirəm, ver əlini öpüm, mənə icazə ver” deyəcək. Və müsəlmanların yanına hicrət edəcək. Nə deyir, Allah;
“Allah yolunda hicrət edən, yer üzündə sığınacaq çox yer də tapar, genişlik (və bolluq) da.” Tapar deyir Allah. Heç bir şey olmaz. Mən anamın, atamın yanında rahatam, başqa yerə getsəm rahat olmaram. Yox qaçsın, səni dindən imandan uzaqlaşdırırsa, ona itaət olmaz. Amma müsəlmanım, Əlhəmdülillah deyir. Övladım mən İslam əxlaqını tam yaşamıram, amma sənin yaşamağınla fəxr edirəm deyir. Adam getmiş, məsələn, şərab içmiş meyxanada “gəl məni götür” deyir. Yaxşı, sənin dininə bir şey demir, amma sənə qarışmır; götürərsən çiyininə atanı meyxanadan evinə gətirərsən. Uzadarsan yatağına “bir əmrin varmı, atacan?” deyərsən. Üsul budur. Amma dininə imanına söz söylədiyində o artıq sənin anan, atan deyil, bitdi. Heç bir əlaqən qalmaz. Müsəlmanların yanına hicrət edəcəksən.
“Mələklər öz nəfslərinə zülm edənlərin həyatına son verəcəkləri zaman deyərlər ki: “Harada idiniz?” deyirlər. Artıq pərdə ellips şəkildə qalxmış, açılmış, dəqiq görünüş meydana gəlmişdir. Mələklər soruşurlar; şeytandan Allaha sığınıram “”Harada idiniz?” Onlar: “Biz, yer üzündə zəif buraxılmışlar (müstazaflar) idik” deyərlər”. “Anam, atam təzyiq edirdi” deyir. “Mənə namaz qıldırtmadılar. Oruc tutacaqdım, tutdurmadılar. İslami əsərlər oxuyurdum, oxutdurmadılar. Quranı alıb əlimdən cırdılar, haşa, “zəif buraxılmışdıq” deyirlər. Mələklər də deyir ki:
“Hicrət etməyiniz üçün Allahın ərzi geniş deyildimi? Dünya geniş deyildimi, bir sərhədmi vardı, o evdə dayanmağa məcbur idinizmi?” deyirlər. Niyə müsəlmanların yanına getmədiniz deyirlər. “Onların sığınma yeri cəhənnəmdir. Nə pis yataqdır o?” deyir, Allah. Cavab yoxdur, təbii. “Mallarınız” deyir, Allah. “Oğullarınız, qardaşlarınız yarım qalmasından qorxduğunuz ticarət, evləriniz, tayfanız. Allahdan, Rəsulundan və Allah yolunda mübarizə etməkdən, təbliğdən dini yaymaqdan daha xoş gəlirsə sizə” deyir “gözləyin” deyir, Allah. Gözlədiyində, günü gəldiyində “Salamun Əleykum” deyə gəlirlər. Bir daha da anana, atana dönə bilməzsən. “Ay kaş ki, etməsəydim” deyir. Yaxşı, müddət verilmədimi, sənə? Verildi. Bir sərhəd var idimi? Yox. Yaxşı, niyə bunu edirsən?