İçeriğe geç

Nisa surəsi 155-159

Adnan Oktarın 27 yanvar 2011 Samsun Aks tv-dəki söhbətindən

ADNAN OKTAR: Nisa surəsi, 155, şeytandan Allaha sığınıram. “Onların öz sözlərini pozmaları, Allahın ayələrini inkar etmələri, peyğəmbərləri haqsız yerə öldürmələri və: “Ürəklərimiz örtülüdür” demələri səbəbiylə (onları lənətlədik.)”Kimləri lənətləyir Allah yəhudilərdən? Bax “onların öz sözlərini pozmaları” öz sözlərini pozurlar. Allahın endirdiyi sözləri pozurlar. “Allahın ayələrini inkar etmələri,” Tövratı dəyişdirirlər. “Peyğəmbərləri haqsız yerə öldürmələri” bir çox Peyğəmbəri haqsız yerə öldürdülər. Yəhya (ə.s)-ı, Zəkəriyya (ə.s)-ı və bir çox Peyğəmbəri şəhid etdilər. “Və: “Ürəklərimiz örtülüdür” demələri səbəbiylə (onları lənətlədik. )”Hansıları? Bunu edənləri. Bütün yəhudilərimi? Xeyr. Kim edirsə, onu. “Xeyr; Allah, inkarlarına görə ona (ürəklərinə) damğa vurmuşdur. Onların azı xaricində, inanmazlar.” Deməli, inananlar var. İnanmayanlar, onlar ayrıdır. Allah onları ayırır. “(Bir də) İnkar etmələri və Məryəmin əleyhində böyük böhtanlar söyləmələri,” Məryəm anamız haqqında çox çirkin böhtan atmaları. “Və: “Biz Allahın elçisi Məryəm oğlu Məsih İsanı, həqiqətən, öldürdük” demələrinə görə (onlara belə bir cəza verdik.) Halbuki, onu öldürmədilər” İsa Məsihi öldürmədilər. “Və onu asmadılar.” “Ma katalehu” deyir, Allah ayədə. “Amma onlara (onun) bənzəri göstərildi.” Təşbeh edildi, göstərildi. “Həqiqətən, onun haqqında anlaşılmazlığa düşənlər,” hələ də anlaşılmazlıq içindədirlər.

“Qəti bir şübhə içindədirlər” deyir, Allah. Qərar verə bilmirlər. “Onların bir zənnə uymaqdan başqa  heç bir məlumatları yoxdur.” Yox, “İsa (ə.s)-ı çarmıxa çəkdik” deyirlər. “O idi, bənzəyirdi. Öldürdük. Halbuki, şübhə içindədirlər. Allah nə deyir? “Onların bir zənnə uymaqdan başqa  heç bir məlumatları yoxdur. Onu qəti olaraq öldürmədilər” deyir Allah. “Xeyr; Allah onu Özünə yüksəltdi. Allah üstün və güclüdür, hökm və hikmət sahibidir.” Öldürmədi, özünə yüksəltdi. “Yox, öldürmədi, amma öldürdü” deyirlər. Allah “öldürmədilər” deyir. Onlar “öldürmədi, amma öldü.” Olarmı bu? Öldürə bilmədilər. Allah “tələlərini pozdum” deyir. Allah onu Özünə yüksəltdi, yanına aldı..

“Allah üstün və güclüdür, hökm və hikmət sahibidir.” “And olsun” deyir, Allah. And edir. “Kitap əhlindən”, yəni xristian və yəhudilərdən, “ölmədən əvvəl ona” İsa Məsihə, “inanmayacaq kimsə yoxdur” deyir Allah. Necə olar bu? Dünya hakimiyyəti ilə olacaq. Hz. İsa Məsih (ə.s.) gəldikdə xristian və yəhudilərdən, ona iman etməyəcək kimsə qalmayacaq, hamısı iman edəcək. “Qiyamət günü, o da onların əleyhinə şahid olacaq.” İman etməyənlər olduğunda, onların əleyhində şahid olar. Əbcədi 2019 tarixini verir. Hicri 1440 tarixini verir.

1407498695_1371553212-774

  • Share on Facebook
  • Share on Pinterest
  • Share on Threads
  • Share on X
  • Share on WhatsApp
  • Share on Tumblr
  • Share on Telegram
  • Share on Reddit
  • Print this Page
  • Email this Page
Əsas səhifə

Axtarış

Kateroqiyalar

  • Adnan Oktar deyir ki
  • Ateist masonlar və səhvləri
  • Axırzaman, Hz. Mehdi və Hz. İsa
  • Ayə təfsiri
  • Digər inanç və fəlsəfələrə baxış
  • İman həqiqətləri və yaradılış möcüzələri
  • Kitab Əhli və Peyğəmbərlər
  • Maddənin ardındakı sirr
  • Peyğəmbərlər tarixi
  • Quran əxlaqı və təfəkkür
  • Tarix, siyasət və strategiya
  • Türk-İslam Birliyi
  • Təkamül nəzəriyyəsinin süqutu

Etiketlər

Adnan Oktar Allah artmaq axirət axırzaman ayə Bədiüzzaman bənzəmək camaat cənnət darvinizm deyil din dünya dünya hakimiyyəti düşünmək dəccal elm fikir gözləmək günəş hadisə hakim olmaq haqq Hud surəsi 109 Hz. Mehdi (ə.s) hz. İsa (ə.s) Hz Musa hökm etmək hədis Həyat ibadət ifadə etmək incil inkar edənlər inkarçılar internet inşaAllah istəmək izah Kitab əhli küfr Kəhf surəsi mehdiyyət Mehmet Əli Qaya mömin möminlər Mömünlər mühit münafiq müsəlman müsəlmanlar nemət Nur surəsi 31 Nur surəsi 55 peyğəmbərlər qiyamət Quran quran əxlaqı reallaşmaq risalə risalə-i nur sevgi sevinc sistem sona çatmaq sözlər sülh Səid Nursi tanımaq texnologiya Tövrat Türkiyə təbliğ təfsir Təkamül vəsilə Xurafat xurafatçılar yaymaq yaşamaq yer yəhudi zalım zühur zühur etmək zülm çalışmaq çıxış əlaməti çətinlik İmam Rəbbani İman İslam İslam birliyi İslam əxlaqı Şeytan əbcəd ədalət əlamət əxlaq

Bu saytda olan bütün yazıları, saytı qaynaq göstərmək şərti ilə
müəllif haqqı ödəmədən istifadə edə bilərsiniz