Adnan Oktarın 5 Fevral 2011 Kocaeli Tv Aba tv-dəki söhbətindən
ADNAN OKTAR : Hud surəsi, 9, şeytandan Allaha sığınıram. “And olsun, Biz insana tərəfimizdən bir rəhmət daddırıb sonra bunu özündən çəkib-alsaq”, yəni əvvəl zənginlik bərəkət, bolluq, rahatlıq versək, sonra çəkib alsaq. “Şübhəsiz o, (artıq) ümidini kəsmiş bir nankordur.” Dərhal Allaha qarşı olar” deyir və nankorlaşar deyir. Nemət verərkən, amma səs çıxarmaz deyir. Amma neməti aldıqda nankorlaşar və Allaha qarşı olar deyir. “Və and olsun, özünə toxunan bir çətinlikdən sonra, ona bir nemət daddırsaq”, yəni onu dəyişdirsək, üstündən qaldırsaq. “Şübhəsiz; “Pisliklər məndən getdi” deyər. Çünki o, ərköyündür, lovğalanandır.” Onu da Allaha verməz deyir. Yenə öz imkanlarıyla təsadüflər nəticəsində olduğuna inandığı üçün, ərköyünlük edərək və lovğalanaraq pisliklər məndən getdi deyər deyir. “Səbir edənlər və saleh əməllərdə olanlar başqa.” Səbir etmək nə deməkdir? Məsələn,biz bura reportaja gəlirik, iki ildən bəri çoxaldıq, otuz ildən bəri davam edirəm. Otuz ildən bəri heç tətilə çıxmadım, heç. Gecəli, gündüzlü fəaliyyət edirik. Fövqəladə bir vəziyyət olmadıqdan sonra gəlirəm. Bu nədir? Səbirdir. Kitab paylamağa davam edirik, kitab nəşrinə davam edirik, kitab yazmağa davam edirik, Mehdiyyəti izah etməyə davam edirik,İslam Birliyini izah etməyə davam edirik. Bu nədir? Səbirdir. Mən məsələn desəm ki; “mən kitabları payladım, Darvinizm ilə vəzifəm bitdi, İslam Birliyini izah etdim, o da bitdi. Mehdiyyəti də izah etdim, neçə dəfə izah edəcəyəm, iki dəfə, beş dəfə, on dəfə izah etdim, o da bitdi. Mən çəkilim işimə gücümə baxım” deyə bilərəm, demərəm,çünki bu mövzuda səbir və sabitlik lazımdır. Davam edilməsi lazımdır nəticələnənə qədər. “Bağışlanma və böyük əcr bunlarındır.” Allahın razılığını bu kəslər qazanar deyir Allah və günahlarını da bağışlayaram deyir Allah, inşaAllah.