Möminlərin əmiri Əli (ə.s)-dan belə nəql edilmişdir:
Bağdad şəhərində körpü tikildiyi və quyruqlu ulduzlar şərqdən çıxdığı vaxt ordunun süvari əsgərləri körpü üzərində öldürüləcək.
(Muhtasar-u Basair-id Deracat Səh.:237 və Et Təşrif Bil Mənun Səh.: 367 vəBihar Cilt: 41 səh.:178)
1. …QUYRUQLU ULDUZLARIN (kometa) çıxdığı vaxt…
Halley adlı kometa 1986-cı ildə dünyaya çox yaxın olan bir məsafədən keçmişdir.
Hicri 1406-cı il və miladi 1986-cı ildə “Halley” adlı kometa dünyanın yaxın məsafəsindən keçmişdir. Bu kometa parlaq, işıqlı bir ulduz idi.
Mehdi çıxmamışdan əvvəl (hər tərəfi) işıqlandıran quyruqlu bir ulduz doğulacaq.(Qiyamət əlamətləri, səh. 200)
O çıxmamışdan əvvəl şərqdən işıq verən bir ulduz görünəcək.(əl-Kavlul Müxtəsər Fi Əlamatil Mehdiyy-il Muntazar, səh. 53)
LULİN KOMETASI 2009-CU İLDƏ DÜNYAYA ÇOX YAXIN OLAN MƏSAFƏDƏN KEÇMİŞDİR.
Lulin kometası da, Halley kometası kimi 24 fevral 2009-cu ildə, yəni hicri 1430–cu ildə dünyanın yaxınlığından keçdi. Elm adamları bu ulduzun təxminən 1000 il sonra təkrar belə bir manevr edəcəyini bildirirlər.
Onun hər günki keçiş istiqaməti şərqdən qərbədir…
Səhabələrin verdiyi məlumata görə, Rəsulullah (s.ə.v) əfəndimiz belə buyurmuşdur:
“Vəd edilən Mehdi (ə.s)- ın zühur müqəddimələri olan Abbasi Məlik, Xorasana çatdığı vaxtda ŞƏRQ TƏRƏFDƏ İKİ DİŞLİ (1) MÜNƏVVƏR (2) BİR BUYNUZ (3) ÇIXAR.” QƏRBDƏN (ŞƏRQƏDİR) (4)…
(İmam Rəbbani, Məktubatı Rəbbani, 381. Məktub, səh. 1184)
Təkrar olaraq ŞƏRQ TƏRƏFDƏN DOĞAN AMUDU NURANİ HAQQINDA (nurlu sütundan) soruşulur:
Bilin ki, səhabələrin verdiyi xəbərə görə, Rəsulullah (s.ə.v) əfəndimiz belə buyurmuşdur:
“Vəd edilən Mehdi (ə.s)- ın zühur əlamətləri olan Abbasi Məlik, Xorasana çatdıqda ŞƏRQ TƏRƏFDƏ İKİ DİŞLİ (1) MÜNƏVVƏR (2) BİR BUYNUZ (3) ÇIXAR.”
Bu rəvayətə görə, o sütunun iki başı vardır.
Bu sütunun ilk doğuşu Nuh (ə.s) qövmünün həlak olduğu vaxt olmuşdur. Eyni hadisə İbrahim (ə.s) peyğəmbəri atəşə atdıqları vaxtda, Fironun və qövmünün dövründə də doğulmuşdu.
Bir də, Yəhya (ə.s) peyğəmbərin qətl edildiyi vaxt doğulmuşdu.
Hər kim onu görsə, fitnələrin şərindən Allaha sığınsın.
Şərq tərəfdə çıxan o ağ parıltı əvvəllər nurlu bir sütun halında idi. Sonra o əyilməyə başladı və buynuz şəklini aldı.
Belə ehtimal edilir ki,
-iki başlı adının verilməsi buna əsasən ola bilər: Hər iki tərəfində də bir incəlik olub dişə bənzəyir, hər iki tərəfi süngünün ucuna bənzədiyinə görə ikibaşlı (iki dişli) olaraq adlandırılmışdır.
Qardaşım, Şeyx Məhəmməd Tahir Bədahşi gəldi və bu cür izah etdi:
-O sütunun üst tərəfində də iki başı var və iki dişə bənzəyir. İkisi arasında da qısa bir məsafə var.
Bu mənanın nəticəsi səhrada hasil oldu.
Eyni xəbəri bir başqa mənbə də verir.
Halbuki bu doğuş, Mehdi (ə.s)-ın zühuru zamanında gözlənilən zühur deyil. Çünki onun zühuru yüz ilin başlanğıcında olacaq. Hal-hazırda isə, yüz ilin on səkkiz ili keçmişdir.
Hədisi şərifdə, Mehdi (ə.s)- ın əlamətləri haqqında belə izah edilmişdir:
“ŞƏRQ TƏRƏFDƏ BİR ULDUZ DOĞULUB İŞIQ SAÇACAQ.”
Bu ulduz da doğulmuşdur. Amma bu həmin ulduzdurmu, yoxsa onun bir bənzəridirmi?
Bu ulduza:
-Kometa adının verilməsi də bu ehtimallara əsaslanır:
-Sabitlərin seyri qərbdən şərqədir (4)…
Bu ulduzun vəziyyəti də, onun seyri ilə əlaqəlidir. Yəni üzü şərqə doğru, arxası isə məğribə tərəfdir. Bu uzun parlaq görünüş onun arxa tərəfindədir. Bundan irəli gələrək ona:
-Quyruq adının verilməsi doğrudur.
Onun hər günkü keçiş istiqaməti isə, şərqdən qərbə tərəfdir. Ancaq o, özünə xas şəkildə ağırlıq daşıyan seyri ilə böyük göy üzünün seyrinə bağlıdır.
Baş verənləri yaxşı bilən Sübhan Allahdır.
2. … ORDUNUN SÜVARİ ƏSGƏRLƏRİ…
TARİX: 2007
Kərkük-Bağdad körpüsü bombalandı
1. 2007-Cİ İLDƏ BAĞDAD KÖRPÜSÜNDƏ MEYDANA GƏLƏN BU HADİSƏ, MÜQAVİMƏTÇİLƏR TƏRƏFİNDƏN REALLAŞDIRILMIŞDIR. HZ. ƏLİ (Ə.S) DA SÖZÜNDƏ MÜQAVİMƏTÇİLƏRƏ XÜSUSİLƏ DİQQƏT ÇƏKMİŞDİR.
2. ŞƏRQDƏN QƏRBƏ DOĞRU HƏRƏKƏTLƏRİNƏ BAŞLAYAN HALLEY VƏ LULİN KOMETALARININ XÜSUSİYYƏTLƏRİ, HZ. ƏLİ (Ə.S)-IN BAĞDAD KÖRPÜSÜNÜN YIXILMASI İLƏ ƏLAQƏDAR OLARAQ VERDİYİ TƏFƏRRÜATLARA TAM UYĞUN GƏLİR. İKİ KOMETA DA HİCRİ 1400-CÜ İLLƏRDƏ DÜNYANIN YAXINLIĞINDAN KEÇMİŞDİR VƏ İKİ ULDUZ DA HƏRƏKƏTLƏRİNƏ ŞƏRQDƏN BAŞLAMIŞDIR.
3.GÜNÜMÜZDƏN 1400 İL ƏVVƏL HZ. MEHDİ (Ə.S)- IN ÇIXIŞ ƏLAMƏTLƏRİNDƏN BİRİ OLARAQ XƏBƏR VERİLƏN BU HADİSƏ DƏ, HZ. MEHDİ (Ə.S)-IN ZÜHUR ETDİYİ, HİCRİ 1400-CÜ İLLƏRDƏ, YƏNİ 2007-Cİ İLDƏ EYNİ TƏFƏRRÜATLARIYLA ÖZ ƏKSİNİ TAPMIŞDIR.