İçeriğe geç

Maidə surəsi, 71-72 (Teslis inancında olan kəslər, küfr içindədirlər)

Adnan Oktarın 4 Fevral 2011 Kaçkar Tv-dəki söhbətindən

ADNAN OKTAR: Maidə surəsi, 71-ci ayə. Şeytandan Allaha sığınıram. “Bir fitnə olmayacağını düşündülər, korlaşdılar, karlaşdılar”. Allah, yəni bir hadisə baş verməyəcək, bəla gəlməyəcək, bu işlər belə gedər, çox rahat heç bir şey olmaz zənn edərlər deyir. “Korlaşdılar”, yəni açıq dəlilləri görməzlikdən gəldilər, “karlaşdılar” açıqca bilinən, səmimi olaraq eşidilən şeyləri də eşitmədilər. “Sonra Allah, tövbələrini qəbul etdi”, yəni buna baxmayaraq, sonar tövbə edirlər, sonra Allah tövbələrini qəbul etdi. “(Yenə) onlardan əksəriyyəti korlaşdılar, karlaşdılar. Allah etməkdə olduqlarını görəndir.” Yenidən azırlar, Allah ona diqqət çəkmişdir. “And olsun, “Şübhəsiz, Allah Məryəm oğlu Məsihdir” deyənlər küfrə düşmüşdür.” Yəni Məryəm oğlu Məsihi Allah olaraq görən kim varsa, küfr içindədir deyir Allah. Onun üçün tək Allaha inanmaları lazımdır. “Halbuki, Məsihin dediyi (budur:) “Ey İsrailoğulları, mənimdə Rəbbim, sizində Rəbbiniz olan Allaha ibadət edin. Çünki O, Özünə ortaq qoşana, şübhəsiz, cənnəti haram etmişdir, onun sığınma yeri atəşdir. Zülm edənlərə köməkçi yoxdur”. “And olsun” deyir  Allah, “Allah üçün üçüncüsüdür” deyənlər küfrə düşmüşdür”. Yəni təslis inancında olan kəslər, mütləq küfr içindədir deyir Allah. “Halbuki, tək bir İlahdan başqa İlah yoxdur. Əgər söylədiklərindən imtina etməsələr, onlardan inkar edənlərə mütləq (acı) bir əzab toxunacaq”. “Yenədə Allaha tövbə edib bağışlanma istəməyəcəklərmi? Halbuki, Allah bağışlayandır, əsirgəyəndir”. “Məryəm oğlu Məsih, yalnız bir elçidir. Ondan əvvəldə elçilər gəlib keçdi. Onun anası doğrudur, ikisi də yemək yeyərdilər”. Bu Quranın nəzakətli bir üslubudur. Allah Quranda çox nəzakətli, “yemək yeyərdilər” deyir. Yəni bu, təbii ehtiyacları var mənasını verir. “Bir bax, onlara ayələri necə açıqlayırıq? (Yenə), onlar isə necə də çevrilirlər?” Təslis inancı, qəbul ediləcək kimi deyil. Beş yaşındakı uşağa belə söyləsən anlayar. Yemək yeyən, təbii ehtiyacları olan, yatan, acizlik içində olan bir varlıq, Allah ola bilməyəcəyi açıqdır, inşaAllah.

images

  • Share on Facebook
  • Share on Pinterest
  • Share on Threads
  • Share on X
  • Share on WhatsApp
  • Share on Tumblr
  • Share on Telegram
  • Share on Reddit
  • Print this Page
  • Email this Page
Əsas səhifə

Axtarış

Kateroqiyalar

  • Adnan Oktar deyir ki
  • Ateist masonlar və səhvləri
  • Axırzaman, Hz. Mehdi və Hz. İsa
  • Ayə təfsiri
  • Digər inanç və fəlsəfələrə baxış
  • İman həqiqətləri və yaradılış möcüzələri
  • Kitab Əhli və Peyğəmbərlər
  • Maddənin ardındakı sirr
  • Peyğəmbərlər tarixi
  • Quran əxlaqı və təfəkkür
  • Tarix, siyasət və strategiya
  • Türk-İslam Birliyi
  • Təkamül nəzəriyyəsinin süqutu

Etiketlər

Adnan Oktar Allah artmaq axirət axırzaman ayə Bədiüzzaman bənzəmək camaat cənnət darvinizm deyil din dünya dünya hakimiyyəti düşünmək dəccal elm fikir gözləmək günəş hadisə hakim olmaq haqq Hud surəsi 109 Hz. Mehdi (ə.s) hz. İsa (ə.s) Hz Musa hökm etmək hədis Həyat ibadət ifadə etmək incil inkar edənlər inkarçılar internet inşaAllah istəmək izah Kitab əhli küfr Kəhf surəsi mehdiyyət Mehmet Əli Qaya mömin möminlər Mömünlər mühit münafiq müsəlman müsəlmanlar nemət Nur surəsi 31 Nur surəsi 55 peyğəmbərlər qiyamət Quran quran əxlaqı reallaşmaq risalə risalə-i nur sevgi sevinc sistem sona çatmaq sözlər sülh Səid Nursi tanımaq texnologiya Tövrat Türkiyə təbliğ təfsir Təkamül vəsilə Xurafat xurafatçılar yaymaq yaşamaq yer yəhudi zalım zühur zühur etmək zülm çalışmaq çıxış əlaməti çətinlik İmam Rəbbani İman İslam İslam birliyi İslam əxlaqı Şeytan əbcəd ədalət əlamət əxlaq

Bu saytda olan bütün yazıları, saytı qaynaq göstərmək şərti ilə
müəllif haqqı ödəmədən istifadə edə bilərsiniz