Header

Mömün surəsi, 4-5, 8-13 ayələrinin təfsiri

Aa4a

Hörmətli Adnan Oktarın 11 mart 2011-ci il tarixli reportajından Mümin surəsi ilə əlaqədar şərhlər.

ADNAN OKTAR: Mümin surəsi, 4-cü ayə “Allahın ayələri barəsində yalnız kafirlər mübahisə edərlər”. Bax, “Allahın ayələri barəsində yalnız kafirlər mübahisə edərlər”. Yəni Allah: “Dinə, İslama qarşı bütün gücləriylə mübarizə apararlar” deyir, “yazılı da olsa, şifahi də olsa, hərəkəti də olsa, yaxud zorakılıqla da olsa mübarizə apararlar” deyir. “Elə isə onların şəhərlərdə gəzib- dolaşmaları səni aldatmasın”. Yəni: “Onların göstəriş xətrinə yürüş etməsi, göstəriş etməsi, küçələrdə aksiya keçirmələri səni aldatmasın” deyir. Bax, Allah:

“Elə isə onların şəhərlərdə gəzib-dolaşmaları səni aldatmasın” deyir. Kütləvi yeriyişlər etmələri və yaxud başqa cür. “Onlardan əvvəl Nuh qövmü də elçiləri yalançı saydı və özlərindən sonra (çoxsaylı) firqələr də. Hər ümmət öz elçilərini yaxalamağa qəsd etdi”. Hz. Mehdi (ə.s)-ın niyə yaxalanacağını, niyə həbsə atılacağını da, buradakı ayədən başa düşürük. Bax: “Öz elçilərini yaxalamağa qəsd etdi” deyir. Allah: “Hər bir ümmət bunu mütləq etdi” deyir. “Haqqı onunla qüvvədən qaldırmaq məqsədiylə, “batilə əsaslanaraq” mübarizəyə girişdilər”.

Yəni darvinist, materialist işlər gördülər, yaxud da buna bənzər. “Mən də onları yaxaladım. Artıq Mənim cəzam necəymiş!” deyir. “Gördülər” deyir. 8-ci ayədə: “Ey Rəbbimiz! Onları da, onların atalarından, zövcələrindən və nəsillərindən olan əməlisalehləri də onlara vəd etdiyin Ədn bağlarına daxil et”. “Deməli, insanlar cənnətə həyat yoldaşlarıyla birlikdə gedirlər. Bax: “Atalarından, zövcələrindən”. “Zevcetin” deyir: Zövcə, zevcetin. “Zövcələrindən və nəsillərindən əməlisaleh olanları da”. Yəni səmimi olanları da. “Həqiqətən, Sən, üstün və güclü olan, hökm və hikmət sahibisən”. Allahın üstün və güclü olması möminlər üçün bir nemətdir.

“Hökm və hikmət sahibisən. Və onları pisliklərdən qoru. O gün Sən kimi günahlarının cəzasını çəkməkdən azad etsən, ona rəhm etmiş olarsan. Məhz, böyük “qurtuluş və xoşbəxtçilik” də budur. “Sən onları pisliklərdən qoru”, yəni hər cür çətinlikdən. “O gün Sən kimi günahlarının cəzasını çəkməkdən azad etsən, ona rəhm etmiş olarsan. Məhz böyük “qurtuluş və xoşbəxtçilik” də budur”. Qiyamətdən sonra, ölümdən sonra Allahın verəcəyi rahatlıq, komfort həyat və dinclik Quranda nemət olaraq ifadə edilmişdir. “Şübhəsiz ki, kafirlərə belə xitab ediləcəkdir: “Allahın sizə olan qəzəbi, əlbəttə ki, sizin özünüzə olan qəzəbinizdən daha böyükdür”.

Onlar da özlərindən nifrət edir küfr, yəni sonradan özlərinə qəribə bir şəkildə hirslənirlər. Allah: “Allahın qəzəbi” deyir, “daha da böyük” deyir, “sizin özünüzə olan qəzəbindən” deyir. “Çünki siz, imana çağırıldığınız zaman inkar edirdiniz. Dedilər ki: “Ey Rəbbimiz, bizi iki dəfə öldürüb, iki dəfə diriltdin; biz də günahlarımızı etiraf etdik. İndi buradan çıxmağa bir yol varmı?” əlbəttə ki, çıxış üçün bir yol yoxdur. “Sizin (vəziyyətiniz) belədir. Çünki bir olan Allah çağırıldığı zaman inkar etdiniz. Ona şərik qoşulduqda inanıb-təsdiqlədiniz”.

Məsələn, Allah: “Darvinizmə, materializmə inandınız” deyir, “təsdiqləyib qəbul etdiniz”. “Artıq hökm Uca və Böyük Allahındır. Sizə Öz dəlillərini göstərən və göydən ruzi nazil edən məhz Odur. Ancaq səmimi qəlbdən (Allaha) üz tutanlar öyüd-nəsihət qəbul edib düşünər”. Baxın: “Ancaq səmimi qəlbdən (Allaha) üz tutanlar öyüd-nəsihət qəbul edib düşünər”. Allah: “Öyüd-nəsihət qəbul edib düşünmək üçün səmimi qəlbdən Allaha üz tutub, çox səmimi olmaq lazımdır” deyir.

quran_madeenah_opened

Aa5a
  • Share on Facebook
  • Share on Pinterest
  • Share on Threads
  • Share on X
  • Share on WhatsApp
  • Share on Tumblr
  • Share on Telegram
  • Share on Reddit
  • Print this Page
  • Email this Page
Əsas səhifə

Axtarış

Kateroqiyalar

  • Adnan Oktar deyir ki
  • Ateist masonlar və səhvləri
  • Axırzaman, Hz. Mehdi və Hz. İsa
  • Ayə təfsiri
  • Digər inanç və fəlsəfələrə baxış
  • İman həqiqətləri və yaradılış möcüzələri
  • Kitab Əhli və Peyğəmbərlər
  • Maddənin ardındakı sirr
  • Peyğəmbərlər tarixi
  • Quran əxlaqı və təfəkkür
  • Tarix, siyasət və strategiya
  • Türk-İslam Birliyi
  • Təkamül nəzəriyyəsinin süqutu

Etiketlər

Adnan OktarAllahartmaqaxirətaxırzamanayəBədiüzzamanbənzəməkcamaatcənnətdarvinizmdeyildindünyadünya hakimiyyətidüşünməkdəccalelmfikirgözləməkgünəşhadisəhakim olmaqhaqqHud surəsi 109Hz. Mehdi (ə.s)hz. İsa (ə.s)Hz Musahökm etməkhədisHəyatibadətifadə etməkincilinkar edənlərinkarçılarinternetinşaAllahistəməkizahKitab əhliküfrKəhf surəsimehdiyyətMehmet Əli QayamöminmöminlərMömünlərmühitmünafiqmüsəlmanmüsəlmanlarnemətNur surəsi 31Nur surəsi 55peyğəmbərlərqiyamətQuranquran əxlaqıreallaşmaqrisalərisalə-i nursevgisevincsistemsona çatmaqsözlərsülhSəid NursitanımaqtexnologiyaTövratTürkiyətəbliğtəfsirTəkamülvəsiləXurafatxurafatçılaryaymaqyaşamaqyeryəhudizalımzühurzühur etməkzülmçalışmaqçıxış əlamətiçətinlikİmam Rəbbaniİmanİslamİslam birliyiİslam əxlaqıŞeytanəbcədədalətəlamətəxlaq

Muhur

Bu saytda olan bütün yazıları, saytı qaynaq göstərmək şərti ilə
müəllif haqqı ödəmədən istifadə edə bilərsiniz

Logo 313