Dərin İmanın Qazandırdığı Ağıl və Fərasət
Ağıl, iman edənlərlə inkarçıları bir-birlərindən ayıran ən əhəmiyyətli xüsusiyyətlərdəndir. Allahın iman edən qullarına aid bir xüsusiyyət olaraq yaratdığı ağıl, adamın imanı, Allah qorxusu və təslimiyyəti ölçüsündə inkişaf edir. Allah qorxusu və səmimi iman, adama həyatının hər anında Allahın razılığına uyğun hərəkət etməsini təmin edən bir anlayış qazandırır. Belə bir adam vicdanını istifadə edərək Quran əxlaqına ən uyğun olan rəftarı seçər və bunun nəticəsində bütün həyatına hakim olan bir rəftar mükəmməlliyi əldə etmiş olar. Uca Allahın yalnız mömin qullarına verdiyi bu üstün xüsusiyyətə Quranın bir çox hekayəsində diqqət çəkilmişdir.
Ağıl zəkadan çox üstün və daha dərin bir qavrayış şəklidir. Zəka insanın düşünmə, həqiqətləri qəbul etmə, mühakimə etmə və nəticə çıxarma bacarıqlarının hamısıdır. İnsana zəkadan çox üstün bir anlayış qazandıran ağıl isə dərin düşünə bilmə, doğrunu tapa bilmə və hər mövzunu həll edə bilmə qabiliyyətidir. İnsana bu qabiliyyəti qazandıran yeganə xüsusiyyət isə imandır. Allah, “Ey iman edənlər, Allahdan qorxub-çəkinsəniz, sizə doğrunu səhvdən ayıran bir nur və anlayış (furqan) verər, pisliklərinizi örtər və sizi bağışlayar. Allah böyük fəzl sahibidir.” (Ənfal Surəsi, 29) ayəsiylə iman edib Ondan qorxub çəkinmələrinə qarşılıq, qullarına Qatından xüsusi bir anlayış verdiyini bildirmişdir. Quranda bildirilən peyğəmbər qissələrində olan ağıllı davranışlar bu həqiqətin ən açıq dəlilləri və möminlər üçün hikmətli bir nümunədir. Uca Allah ağıl sahibi olan qullarına Quranda izah edilən qissələr üzərində düşünüb ibrət götürmələrini bildirmişdir. Yusuf Surəsində belə buyrulmuşdur:
Onların rəvayətlərində ağıl sahibləri üçün bir ibrət vardır. Bu Quran uydurulmuş bir kəlam deyildir. Ancaq özündən əvvəlkiləri təsdiqləyən və hər şeyi müfəssəl izah edəndir; iman gətirən bir camaat üçün hidayət və mərhəmətdir (Yusuf Surəsi, 111)
Quranda bildirilən bu xatırlatma istiqamətində növbəti sətirlərdə Peyğəmbərlərimizin qissələrində izah edilən ağıllı davranışlardan və səmimi imanları istiqamətində Allahın qullarına verdiyi üstün qavrayışdan bəzi nümunələr verəcəyik.
Hz. Məhəmməd (s.ə.v) Hekayəsi: Erkən Hərəkət Etmənin Əhəmiyyəti
Allah Quranda, “ Sən müharibədən ötrü möminlərə (əlverişli) mövqelər hazırlamaq üçün sübh vaxtı öz ailəndən erkəndən ayrılıb (Mədinədən Ühüdə) getdiyin vaxtı (yadına sal)! Şübhəsiz ki, Allah (hər şeyi) eşidəndir, biləndir!.” (Ali İmran Surəsi, 121) ayəsiylə Hz. Məhəmməd (s.ə.v) üzərində təcəlli edən ağıllı rəftarı bildirmişdir. Hz. Məhəmməd (s.ə.v) o dövrün mübarizə mühiti içində möminlərin təhlükəsizliyini və müvəffəqiyyətini təmin edə bilmək məqsədiylə evindən erkəndən ayrılmışdır. Şübhəsiz, Peyğəmbərimiz (s.ə.v)-in etdiyi bu hərəkət, bütün inananlar üçün ağılın ön plana çıxdığı əhəmiyyətli bir nümunədir.
Tez Hərəkət etmək nə üçün əhəmiyyətlidir?
Bu hekayədən də aydın olduğu kimi əhəmiyyətli bir hadisə olduğunda tez və ağıllı hərəkət etmək lazımdır. Çünki tez davranan bir insan lazım olan bütün fəaliyyətləri zamanından əvvəl təşkil edərək, əvvəldən fərq edilməmiş olan ehtiyacları və detalları təsbit edə bilmə imkanını qazanmış olar.
Geniş bir müddət olduğunu bilmək, insanların sakit və ağıllı düşünə bilmələri üçün əlverişli bir zəmin hazırlayar. Ayrıca, toplu halında hərəkət edilməsi lazım olan bir hadisədə insanlar arasında müşavirə edilməsi və fikir birliyinə nail olunması üçün də zaman qazanılmış olar.
Bununla yanaşı tez davranmaq, son anda ortaya çıxa biləcək bir əyriliyə və ya gözlənilməz hadisəyə qarşı əhəmiyyətli bir üstünlük təmin edər. Tez hərəkət edildiyində, ortaya çıxan problemi düzəltmək imkanı olar.
Peyğəmbərimiz Hz. Məhəmməd (s.ə.v) də Allahın ona təcəlli edən üstün ağılı istifadə edib, ehtiyatlı davranmış və tez hərəkət etmişdir. Mübarizənin reallaşacağı mühitə erkəndən gedərək burada möminlər arasında bir vəzifə bölgüsü etmiş və onları Allahın icazəsiylə ən əlverişli yerlərə yerləşdirmişdir.
Hz. İbrahim Hekayəsi: Təbliğ Edərkən Bir neçə Mərhələ Sonrasını Düşünmək
Quranda Hz. İbrahimin göstərdiyi bir çox ağıl nümunəsinə yer verilmişdir. Bunlardan biri, bütə tapınan qövmü xəbərdar etmək və onlara doğru yolu göstərmək üçün tətbiq etdiyi plana əsasəndir.
Hz. İbrahimin Qövmünə Xəstə Olduğunu Söyləməsi
Hz. İbrahim qövmünün ilah etdiyi bütlərin (Allahı tənzih edərik.) heç bir şeyə güc çatdıra bilməyəcək daş yığınları olduğunu ortaya çıxarmaq üçün hazırladığı plan istiqamətində ilk olaraq bu kəsləri bütlərdən uzaqlaşdırmaq istəmişdir. Bunun üçün qövmünə xəstə olduğunu söyləmişdir. Hz. İbrahimin bu üsulu Quran ayələrində bu şəkildə xəbər verilmişdir:
“Mən xəstəyəm!” – dedi. Onlar ondan üz çevirib çıxıb getdilər. O, xəlvətcə onların məbudlarının yanına gəlib istehza ilə dedi: “Siz bu təamları yemirsiniz? Sizə nə olub ki, danışmırsınız?” Sonra onlara yaxınlaşıb sağ əli ilə bir zərbə endirdi. (Saffat Surəsi, 89-93)
Yalnız Böyük Bütə Toxunmaması
Qövmünün bütlərin ətrafından uzaqlaşmasından sonra Hz. İbrahim böyük büt istisna olmaqla bütün bütləri qırmışdır. Bu davranışı Quranda belə xəbər verilmişdir:
Nəhayət İbrahim bütləri sındırıb qırıq-qırıq edərək yalnız onların ən irisini saxladı ki, bəlkə, ona müraciət edələr. (Ənbiya Surəsi, 58)
Şübhəsiz, Hz. İbrahimin bütün bütləri qırıb yalnız böyük olan bütü saxlamasının bir hikməti vardı. Bu həqiqət qövmün bütlərin başına geriyə döndüyündə ortaya çıxmışdır. Tapındıqları bütlərin yerlə bir olduğunu görən qövmün bunu edənin kim olduğunu sorğulamağa başladıqları ayələrdə belə bildirilmişdir:
Onlar dedilər: “Məbudlarımızı kim bu kökə salıb? Şübhəsiz ki, o, zalımlardandır!” Bəziləri: “İbrahim deyilən bir gəncin onları pislədiyini eşitmişik” – dedilər. Digərləri də: “Onu camaatın gözü qabağına gətirin ki, şahidlik etsinlər” – dedilər (Ənbiya Surəsi, 59-61)
Hz. İbrahimin Qövmünə Bütləri Böyük Bütün Qırdığını Söyləməsi
Qövmü Hz. İbrahimə bütlərin vəziyyətini soruşduğunda, O, böyük bütü işarə edərək bu vəziyyəti böyük bütdən soruşmalarını söyləmişdir. Daşın danışa bilməyəcəyini və olub bitən hadisələri açıqlaya bilməyəcəyini düşünüb anlayan qövmün bu daşların heç bir gücə sahib ola bilməyəcəyini də özlərinə etiraf etmək vəziyyətində qaldığı Quranda belə xəbər verilmişdir:
Onlar dedilər: “Məbudlarımızı sənmi bu kökə saldın, ey İbrahim?” İbrahim dedi: “Xeyr, bunu onların bu böyüyü etmiş olar. Əgər danışa bilirlərsə, özlərindən soruşun”. Onlar öz-özlərinə müraciətlə: “Həqiqətən də, siz zalımlarsınız” – dedilər. Sonra yenə öz bildikləri batil əqidələrinə qayıdıb dedilər: “Axı sən bilirsən ki, bunlar danışmırlar”. (Ənbiya Surəsi, 62-65)
Quranda Hz. İbrahimin bu söhbət üzərinə bunları söylədiyi bildirilmişdir:
İbrahim dedi: “Elə isə Allahı qoyub sizə heç bir fayda və zərər verə bilməyən bütlərəmi tapınırsınız? (Ənbiya Surəsi, 66)
Hz. İbrahimin, qövmünə ilah etdikləri bütlərin (Allahı tənzih edirik) heç bir gücü olmadığını göstərməsinə görə qövmün müşrikləri bir anlıq vicdanlı düşündükdən sonra içində olduqları vəziyyətin nə cür alçaldıcı olduğunu görmüşlər. Uca Allah səmimi imanı və könüldən ONA dönüb yönələn bir qul olması səbəbiylə Hz. İbrahimə üstün bir ağıl və anlayış vermişdir. Bunun sayəsində Allahın ona nəsib etdiyi ağıl ilə onlara həqiqətləri göstərmiş, səhv yolda olduqlarını öz özlərinə etiraf etdirmişdir.
Hz. Zülqərneyn Hekayəsi: Möhkəm Tədbirlər Almağın Əhəmiyyəti
Quranda Allahın ona sağlam bir iqtidar verdiyi və “özünün şamil etdiyi bir məlumat”a sahib olduğu bildirilən (Kəhf Surəsi, 83-84) Hz. Zülqərneynin hekayəsi belə xəbər verilir:
Sonra o, yenə yoluna davam etdi. Nəhayət, iki dağ arasına gəlib çatdıqda onların ön tərəfində az qala söz anlamayan bir tayfaya rast gəldi. Onlar dedilər: “Ey Zülqərneyn! Yəcuc və Məcuc tayfaları yer üzündə fitnə-fəsad törədirlər. Bəlkə biz sənə xərac verək, sən də bizimlə onlar arasında bir sədd düzəldəsən?” O dedi: “Rəbbimin mənə əta etdiyi mülk daha yaxşıdır. Gəlin öz qüvvənizlə mənə kömək edin, mən də sizinlə onlar arasında möhkəm bir sədd çəkim. Mənə dəmir parçaları gətirin!” Nəhayət, dağın iki yamacı arasını dəmir parçaları ilə doldurduqda: “Körükləyin!” – dedi. Dəmir közərən kimi: “Gətirin mənə, onun üstünə ərimiş mis töküm!” – dedi. (Kəhf Surəsi, 91-95)
Ayələrdə xəbər verildiyi kimi xalqın yer üzündə təxribatçılıq çıxaran bir qövm olan Yəcüc və Məcücdən qorunmaq üçün tələb etdiyi “səddi” tikməyi qəbul edən Hz. Zülqərneyn bunu qeyri-adi bir üsulla reallaşdırmışdır. Xalqı qorumaq üçün lazımlı olan bu səddi Allahın icazəsiylə elə ağıllı bir üsulla tikmişdir ki, sədd bir daha nə aşıla, nə də deşilə bilmişdir. Bu həqiqət Quranda belə bildirilmişdir:
Mənə dəmir parçaları gətirin!” Nəhayət, dağın iki yamacı arasını dəmir parçaları ilə doldurduqda: “Körükləyin!” – dedi. Dəmir közərən kimi: “Gətirin mənə, onun üstünə ərimiş mis töküm!” – dedi. Yəcuc və Məcuc tayfaları nə səddin üstünə çıxa bildilər, nə də onu dəlib keçə bildilər. (Kəhf Surəsi, 96-97)
Hz. Zülqərneynin Tikdirdiyi Səddin Möhkəmliyinin Sirri Nədir?
Hz. Zülqərneynin bu müvəffəqiyyəti, şübhə yoxdur ki, Allahın lütfüylə üstün bir ağıla sahib olması sayəsində reallaşmışdır. Hz. Zülqərneyn aşılmayacaq bir sədd meydana gətirə bilmək üçün ən möhkəm vəsaitlərdən dəmiri seçmiş, bu vəsaiti də ola biləcək ən təsirli şəkildə istifadə etmişdir. Əvvəl dəmir kütlələrini yerləşdirmiş, sonra bunları atəş halına gələnə qədər qızışdırmışdır.
Son dərəcə möhkəm bir hala gələn səddi bu cür də qoymamış, üstəlik ciddi bir tədbir də alaraq üzərinə əridilmiş mis tökdürmüşdür. Beləcə, səddi Allahın diləməsi xaricində dəlinəməyəcək, aşılmayacaq qədər dayanıqlı hala gətirmişdir.
Səmimi bir imana sahib olan kəslər Allahın onlara lütf etdiyi ağıl vəsiləsiylə hər zaman Allah rızasının ən çoxunu qazanmağa doğru qərarlar verərlər. Ağıl sahibi bir insanın ən diqqət çəkən xüsusiyyətlərindən biri, bir təhlükə qarşısında keçici, zəif həllərə müraciət etməməsi, əksinə, əlindəki imkanlar daxilində ola biləcək ən möhkəm tədbirləri almasıdır. Bu vəsiləylə adam bir təhlükəni bir daha əsla insanları təhdid edə bilməyəcək, tək bir adamın belə zərər görməsinə səbəb verməyəcək şəkildə ortadan qaldırmış olar. Hz. Zülqərneynin tikdiyi səddə də bu ağıl əlaməti açıqca görülür.
Hz. Yaqub Hekayəsi: Əhəmiyyətli Bir Məlumatı Pis Niyyətli Kəslərdən Saxlamaq
Quranda bu mövzudakı ağıllı rəftarına diqqət çəkilən peyğəmbərlərdən biri də Hz. Yaqubdur.
Hz. Yaqubun, Hz. Yusifin Qısqanıldığını Fərq Etməsi
Hz. Yaqub oğullarından bəzilərinin, onun Hz. Yusifə duyduğu sevgini qısqandıqlarını Allahın izniylə fərq etmiş və bu səbəblə də onların Hz. Yusifə bir pislik edə biləcəklərindən narahat olmuşdur. Necə ki, Allah Hz. Yaqubun bu narahatlığında haqlı olduğunu Quran ayələrində xəbər vermişdir. Yusuf Surəsində Hz. Yaqubun oğullarının qardaşları Hz. Yusif üçün belə dedikləri bildirilir:
Bir vaxt onun qardaşları dedilər: “Biz bütöv bir dəstə olmağımıza baxmayaraq Yusuf və onun doğma qardaşı atamıza bizdən daha sevimlidir. Aydın görünür ki, atamız aşkar bir yanlışlıq içindədir. (Yusuf Surəsi, 8)
Hz. Yaqubun Hz.Yusifə Gördüyü Yuxunu Qardaşlarından Gizlətməsini Nəsihət Etməsi
Allah Qatından ona xüsusi bir elm verilmiş olan Hz.Yaqub (Yusif Surəsi, 68) oğlu Hz. Yusifin yuxusunu özünə anlatmasına baxmayaraq ona bu yuxunu qardaşlarıyla paylaşmamasını nəsihət etmişdir. Hz. Yaqub, yuxusunda ulduzların, Günəşin və Ayın özünə səcdə etdiklərini gördüyünü izah etdiyində, bu yuxunun Hz. Yusifin Allahın seçdiyi xüsusi bir şəxs ola biləcəyinə işarə etdiyini anlamışdır. Çünki Hz.Yaqub bu məlumatın oğullarının qısqanclıqlarını daha da artıra biləcəyini və bundan ötəri də onların Hz. Yusifə zərər verməyə cəhd edə biləcəklərini düşünmüşdür.
Quranda Hz. Yaqub ilə oğlu Hz. Yusif arasında keçən bu söhbət belə xəbər verilmişdir:
Bir zaman Yusuf atasına dedi: “Atacan! Mən yuxuda on bir ulduz, günəş və ay gördüm. Onların mənə baş əydiyini də gördüm”. O dedi: “Oğlum! Yuxunu qardaşlarına danışma, yoxsa sənə hiylə qurarlar. Həqiqətən, şeytan insanın açıq-aydın düşmənidir. Beləcə, Rəbbin səni seçəcək, sənə yuxuları yozmağı öyrədəcək və Öz nemətini bundan əvvəl ataların İbrahimə və İshaqa tamamladığı kimi, sənə və Yaqub nəslinə də tamamlayacaqdır. Şübhəsiz ki, Rəbbin Biləndir, Müdrikdir”. (Yusuf Surəsi, 4-6)
Göründüyü kimi Hz. Yaqub qısqanclığın doğura biləcəyi nəticələri əvvəlcədən təsbit etmiş, bu istiqamətdə tədbir almış və pis niyyətli ola biləcək kəslərdən əhəmiyyətli bir məlumatı gizlətmişdir. Möminlər bu hekayədə izah edilən ağıl əlamətlərindən də dərs almalıdırlar. Ayrıca, özləri də bu ağla sahib olmaq və Allaha yaxınlıqlarını artırmaq üçün dua etməli və səmimi bir səy göstərməlidirlər.
Yazıda bəhs etdiyimiz və bütün möminlərin nümunə götürülməsi lazım olan bu ağıl nümunələrini qullarına ilham edən Uca Allahdır. İnsan Allah tərəfindən yaradılmış bir varlıqdır. Müstəqil bir gücə və ya ağla sahib deyil. Ona sahib olduğu zəkanı verən üstün ağlını təcəlli etdirən Allah sonsuz və sərhədsiz bir ağılın sahibidir və dilədiyi an dilədiyi kimsəyə imanı ölçüsündə bu neməti verir.
Allahın üstün ağlının üzərində təcəlli etdiyi möminlər bunun sayəsində içində olduqları dünyanı daha da incə tərəfləri ilə qiymətləndirə bilərlər. Kainatın hansı küncünə dönüb baxsalar qarşılaşdıqları hər xırdalığın Allahın sonsuz ağlının nümunələriylə dolu olduğunu görərlər. Quranda, Allahın bu üstün ağlı və sənəti qarşısında insanın necə aciz qaldığı belə bir örnəklə xəbər verilmişdir:
Yeddi göyü təbəqələr şəklində quran Odur. Sən Mərhəmətli Allahın yaratdığında qətiyyən bir uyuşmazlıq tapmazsan. Bir başını qaldırıb göyə diqqət yetir, heç onda bir çat görürsənmi? Sonra göz gəzdirib təkrar bax. Göz zəlil və yorğun halda özünə tərəf dönəcəkdir. (Mülk Surəsi, 3-4)
Bu ayələrdə bildirildiyi kimi Allahın qüsursuz yaratmasında heç bir əskiklik yoxdur. Allahın sonsuz ağlı insanın məhdud ağlı ilə müqayisə edilməyəcək qədər üstün və bənzərsizdir. Kainatdakı hər sistemdə qarşılaşılan qüsursuz yaradılış bu üstün ağılın bir göstəricisidir. Allahın insanlara belə qüsursuz sistemlər göstərməsinin bir səbəbi də, insan ağlının həqiqi sahibinin Allah olduğunu bilməsi, Rəbbimizin böyüklüyünü qavraması və ONA təslim olub iman etməsidir.
Allah Quran ilə insanlara doğrunu, səhvi, yaxşını, pisi açıqlamışdır. Insanın ağlını necə istifadə edə biləcəyini, bu anlayışlar arasındakı fərqi necə görə biləcəyini və necə düşünməsi lazım olduğunu ayələrlə bildirmişdir. Quranı özünə rəhbər edən insana bu məlumatlar istiqamətində yaşadığı üçün həqiqi ağıla və dürüst bir vicdana sahib olar.
Allahın onlara “ağıl” kimi belə üstün bir nemət verdiyi kəslər yaşadıqları dünyanı daha da incə tərəfləriylə qiymətləndirə bilərlər. Kainatın hansı küncünə dönüb baxsalar qarşılaşdıqları hər xırdalığın Allahın sonsuz ağlının nümunələriylə dolu olduğunu görərlər.
Zəka və ağıl çox vaxt eyni mənada istifadə edilsə də tamamilə iki fərqli anlayışdır. Zəka səbəb ilə nəticə arasındakı bağlılıqları tapmaq, bənzərlik və fərqlilikləri anlamaqdır. Ağıllı bir insan zəkanın təmin etdiyi bütün üstünlüklərdən istifadə etməsi ilə yanaşı sahib olmadığı bir qavrayış və qabiliyyətə də malikdir.