Hörmətli Adnan Oktarın 15 aprel 2011-ci il tarixli müsahibəsindən Maidə surəsi ilə əlaqədar şərhləri.

ADNAN OKTAR: Şeytandan Allaha sığınıram, Maidə surəsi, 44-cü ayədə Allah belə buyurur: “Şübhəsiz ki, Tövratı Biz nazil etmişik. Onda hidayət və nur vardır. (Allaha) təslim olan peyğəmbərlər yəhudilər üçün bununla, din xadimləri və baş keşişlər isə Allahın Kitabından qorunub saxlanılanlarla hökm verirdilər. Onlar (hamısı) buna şahid oldular. İnsanlardan qorxmayın, Məndən qorxun! Ayələrimi ucuz qiymətə satmayın. Allahın nazil etdiyi ilə hökm verməyənlər–məhz onlar kafirlərdir.” Allah: “Allahın hökmüylə hökm verin”-deyir.

Peyğəmbərimiz (s.ə.v) də o vaxtlar, yəhudilərə Tövratla hökm verirdi, Tövratı gətirdirdi, Tövratı gətirmələrini xahiş edirdi, Tövratın əsli ilə hökm verirdi. Xristianlara da İncilin əsli ilə hökm verirdi. Hz. Mehdi (ə.s) da Axırzamanda yəhudilərə Tövratın əsli ilə, xristianlara da İncilin əsli ilə hökm verəcək inşaAllah. Quran ayəsi bu həqiqətə işarə edir inşaAllah. Məsələn, Maidə surəsi, 47-ci ayədə: “Qoy İncil sahibləri”-yəni, xristianlar-“Allahın onda”-İncildə-“nazil etdiyi əsasında hökm versinlər”-deyilir. İncilə görə hökm versinlər. “Allahın nazil etdiyi ilə hökm verməyənlər–məhz onlar fasiqlərdir.” Allah: “Siz də İncilə görə hökm verin” deyir. Yəhudilərə isə “siz də Tövrata görə hökm verin” deyir.

“Tövratın orijinalına, yəni əslinə görə, siz də İncilin əslinə görə hökm verin” deyir. Tövratın əsli də, İncilin əsli də onsuz da Quranda var, amma öz kitablarında da var. Biz onsuz da onu (əslini) oradan götürüb kitab halına gətirdik. İncili də, Tövratı da kitab halına gətirdik. Yəni, təhrif edilmiş qisimləri çıxardıb, təhrif edilməmiş qisimlərinə aid, hal-hazırda kitab hazırladıq. İnternetdə də var, istəyənlər oradan pulsuz yükləyə bilər. ALTUĞ BERKER: Hocam, əlaqədar hədisləri oxuyuram inşaAllah. Məhəmməd Baqirdən rəvayət edilir:

“Hz. Mehdi (ə.s)-ın hz. Mehdi (ə.s) adlandırılmasının səbəbi, gizli bir işə doğru istiqamətləndirilməsi, Tövrat və digər səmavi kitabları Antakyadakı bir mağaradan çıxartması və yəhudilər arasında Tövratla, xristianlar arasında isə İncillə hökm verməsidir.”  Başqa bir hədisi şərifdə isə: “Tövrat kitablarını çıxardacaq, yəhudilərə qarşı dəlil gətirəcək.” “Tövrat kitablarını oradan çıxardar və onlara əsaslanaraq yəhudilərlə müzakirə edər və nəticədə bir qrup yəhudi onun vəsiləsiylə müsəlman olar”. ADNAN OKTAR: MaşaAllah. Quranın bu hökmlərini heç yerinə qoyanlar var. Onlar, bu ayələri oxumalı, buna görə hərəkət etməlidirlər.kurani-kerimdeki-kalp-mucizesi_460x340scale

Maidə surəsi, 46-cı ayə, şeytandan Allaha sığınıram. Allah: “Onların ardınca Məryəm oğlu İsanı, özündən əvvəlki Tövratı təsdiqləyici olaraq göndərdik. “Ona içərisində hidayət və nur olan, özündən əvvəlki Tövratı təsdiqləyən”-diqqət edin-“içərisində hidayət və nur olan, özündən əvvəlki Tövratı təsdiqləyən, müttəqilər üçün doğru yol göstəricisi və öyüd-nəsihət olan İncili verdik”-deyir.

Adam heç yerinə qoyur. Heç yerinə qoymaq olarmı? Onda sən iman etməmiş olarsan, dindən çıxarsan. İncil var, Tövrat var, haqq (düzgün) qisimləri keçərlidir, inşaAllah. Allah yenə 49-cu ayədə: “Aralarında Allahın sənə nazil etdiyi Kitabla hökm ver və onların istəklərinə tabe olma”-deyir. Maidə surəsi, 48-ci ayədə: “Sənə də (Ey Məhəmməd) özündən əvvəlki kitabları təsdiqləyən…” Peyğəmbərimiz (s.ə.v)-in yanında Tövrat və İncil var. Peyğəmbərimiz (s.ə.v) onsuz da onların doğru olan, təhrif olunmamış qisimlərini bilirdi. “Elə isə onların arasında Allahın (sənə) nazil etdiyi (Kitabla) hökm ver. Sənə gələn haqdan ayrılıb onların istəklərinə tabe olma.”-deyilir.

Allah Təala: “Qurana görə hərəkət et”-deyir. Bu, həm hz. Mehdi (ə.s)-a, həm də bütün müsəlmanlara bir xitabdır. “Sizlərdən hər biriniz üçün bir şəriət və bir yol təyin etdik. Əgər Allah istəsəydi, sizi tək bir ümmət edərdi. Lakin (müxtəlif olmanız) sizə verdikləri ilə sizi imtahan etməsi üçündür. Yaxşı işlər görməkdə bir-birinizlə yarışın. Hamınızın qayıdışı Allaha olacaq və O, ziddiyyətə düşəcəyiniz şeylər barəsində sizə xəbər verəcəkdir.”-deyir, Allah. Maidə surəsi, 56-cı ayədə Allah: “Kim Allahı, Onun Peyğəmbərlərini və iman gətirənləri özünə dost (vəli) tutarsa, bilsin ki, qələbə çalanlar da məhz Allahın firqəsidir.”

Yəni Hizbullahdır, Allahın hizbidir, Allahın firqəsidir. Əbcədi şəddəsiz 2007-ci ili, şəddəli 2055-ci ili verir. Tam dünya hakimiyyətinin tarixini verir, inşaAllah. Diqqət edin, “qələbə çalanlar da məhz Allahın firqəsidir.” Allah: “Hizbullah” deyir, yəni, Allahın hizbi, Allahın tərəfdarları, “Allahın hizbi” eyni sözdür. Quranda, “hizbullah” olaraq keçir inşaAllah. “Ey iman gətirənlər! Sizdən əvvəl Kitab verilənlərdən dininizi ələ salıb oyun-oyuncaq hesab edənləri və kafirləri (özünüzə) dost tutmayın.” Deməli, xristianlardan, yəhudilərdən, alçaq komandasından da, müşriklərdən də kim olursa olsun:

“Sizdən əvvəl Kitab verilənlərdən dininizi ələ salıb oyun-oyuncaq hesab edənləri”-yəni islamı ələ salırsa, oyun-oyuncaq hesab edirsə-“və kafirləri”, yəni küfr edən dinsiz, ateist, kommunist və yaxud da hər nəysə, amma dini ələ salan, təhqir edən, oyun oynayan, bunları “dostlar (vəlilər) tutmayın”, deyir Allah. “Bunlarla bir dostluğunuz olmasın”-deyir. Yəni “Bunları bir idarəçi vəzifəsinə gətirməyin, başınıza gətirməyin, həmsöhbət olmayın”-deyir. “Və əgər möminsinizsə, Allahdan qorxub-çəkinin.” Çünki dinə hörmət etməlidir. Bir müsəlman necə xristianlığa hörmət edirsə, yəhudiliyə necə hörmət edirsə, eyni şəkildə bir yəhudi, bir xristian, bir kafir də müsəlmanlığa hörmət etməlidir. Hörmət etmirsə onu özünə vəli götürməz, inşaAllah. Allah Təala Quranda buna diqqət çəkir.