Header

Furqan surəsi, 2,7, 30-3, 25-28, 41, 33, 52-ci ayələrinin təfsiri.

Aa4a

Hörmətli Adnan Oktarın 14 aprel 2011-ci il tarixli müsahibəsindən Furqan surəsi ilə əlaqədar şərhləri.

ADNAN OKTAR: Furqan surəsi, 2-ci ayə, şeytandan Allaha sığınıram: “Göylərin və yerin səltənəti Ona məxsusdur. O, Özünə oğul götürməmişdir və səltənətində də şəriki olan yoxdur. O, bütün şeyləri xəlq etmiş və onlara münasib bir biçim vermişdir.” Hər şeydə riyazi qanunauyğunluq, qızıl nisbət, həmçinin də simmetriya var. Allah ona diqqət çəkir. Cübbəli yaxşı qulaq assın. Furqan surəsi, 7-ci ayə: “Onlar dedilər: “(Bu) necə elçidir ki,-(Hz.Mehdi ə.s)- yemək yeyir, bazarları gəzib dolaşır. Nə üçün ona özü ilə birlikdə xəbərdarlıq edən bir mələk göndərilmədi?” “Başının üstündə mələk olsun”-deyirlər. Bəs Cübbəli nə deyir? “Mehdi (ə.s)-ın başının üstündə bir mələk olsun görək”-deyir.

Bunu müşriklər, kafirlər deyir. Cübbəli Allaha sığınsın, ağlını başına yığsın. Furqan surəsi, 30-cu ayə: “Peyğəmbər: “Ey Rəbbim! Qövmüm-yəni (mənim dostlarım, mənim qövmüm, mənim millətim)-bu Quranı tərk etdi!”–deyəcək. Bu, həmçinin Axırzamanda baş verəcək bir hadisədir. Aydındır ki, bu, hz. Mehdi (ə.s)-ın dövrünə işarə edən bir ayədir. Quran ilk dəfə olaraq tərk edilmişdir. 1300 il ərzində tərk edilməyən Quran, 1400-cü ildə islam aləmində tərk edilmişdir. Türk milləti də Quranın bayraqdarıdır, inşaAllah. “Beləcə, Biz hər peyğəmbər üçün günahkarlardan bir düşmən etdik. Doğru yolu göstərən rəhbər və yardımçı kimi Rəbbin sənə yetər.” Mütləq hər peyğəmbərə zidd bir dəccal olur. 31-ci ayə buna işarə edir.
25-ci ayə: “Həmin gün göy buludla parçalanacaq”-yəni buludlar parça-parça olacaq və kosmosu görəcəyik. 1352144204_nibirucollisionplanetxendofworld2012Səmadakı o mavi təbəqə ayrılacaq, birbaşa kosmos görünəcək.

“…Və mələklər (yerə) endiriləcəkdir.” Mələklər nə vaxt görünəcək? Qiyamət günü. Cübbəli nə deyir? “Qiyamətdən əvvəl görünəcək”-deyir. Allah: “Qiyamətdə görünəcək”-deyir. Çünki imtahan başa çatır. Allah: “Həmin gün həqiqi hökm vermək ancaq ər-Rəhmana məxsusdur. O, kafirlər üçün çətin bir gün olacaqdır.”-deyir. Allah çox böyük əzablar çəkəcəklərini, hətta əzabın şiddətindən saçlarının ağappaq olacağını deyir. “Sən onların sərxoş olduğunu güman edərsən, halbuki onlar sərxoş deyillər.” Amma, nə ayaq üstə dayanacaq halları var, nə də danışdıqlarından xəbərləri. Allah Təala:

“O qədər güclü bir şəkildə qorxacaqlar”-deyir. “Həmin gün zalım kimsə barmaqlarını dişləyərək deyəcəkdir: “Kaş ki, mən elçinin yolunu tutub gedəydim!” Yəni, “kaş ki, Mehdi (ə.s)-a tabe olaydım” deyəcək. Kim bilir o, hansı peyğəmbərdir. Allah: “Vay halıma! Kaş ki, filankəslə dost olmayaydım!”-deyəcəklərini deyir. Dostlarına tabe olduqları üçün çox peşman olacaqlarını deyir. “Səni gördükləri zaman, ancaq sənə lağ edirlər.” Bunu, hər Mehdi (ə.s)-a, hər peyğəmbərə edirlər. “Budurmu Allahın elçi göndərdiyi kəs?.” Eyni şəkildə Mehdi (ə.s)-a da belə deyirlər. İnşaAllah bəzi qafillər: “Budurmu Allahın Mehdi (ə.s) olaraq göndərdiyi kəs?”-deyəcək.

“Onlar sənin yanına gəlib elə bir məsəl çəkməzlər ki, ona cavab olaraq Biz sənə haqqı və ən yaxşı yozumu verməyək”, 33-cü ayə də, yenə Mehdi (ə.s)-a işarə edən bir ayədir. Bu, çox mükəmməl bir şəkildə, hz. Mehdi (ə.s), (onların) ciyərinə kimi oturacaqdır. Ayədə nə deyilir? Ayədə: “Onlar sənin yanına gəlib elə bir məsəl çəkməzlər ki”-yəni darvinizmə, materializmə aid hər cür məsəllərə qarşı-“ona cavab olaraq Biz sənə haqqı və ən yaxşı yozumu verməyək.” Allah Təala: “Əla cavab verəcəksən”-deyir.

Peyğəmbərimiz (s.ə.v)-ə xitab edir, Mehdi (ə.s)-a işarə edir.
Furqan surəsi, 52-ci ayə: “Belə olduqda kafirlərə itaət etmə (boyun əymə) və onlara (Quranla) böyük bir cihad et! Yəni, təbliğ et, islamı yay və böyük bir hərəkata başla. Bu ayənin əbcədi, miladi 1979, hicri 1400-cü ili verir, beləliklə, hz. Mehdi (ə.s)-ın zühur etdiyi tarixi verir. Yəni “Dəccaliyyətə itaət etmə, dünya səviyyəsində bir cihad et.” Əbcədi tam hicri 1400-cü ili verir, 1979-cu ili verir, baxa bilərlər.

Aa5a
  • Share on Facebook
  • Share on Pinterest
  • Share on Threads
  • Share on X
  • Share on WhatsApp
  • Share on Tumblr
  • Share on Telegram
  • Share on Reddit
  • Print this Page
  • Email this Page
Əsas səhifə

Axtarış

Kateroqiyalar

  • Adnan Oktar deyir ki
  • Ateist masonlar və səhvləri
  • Axırzaman, Hz. Mehdi və Hz. İsa
  • Ayə təfsiri
  • Digər inanç və fəlsəfələrə baxış
  • İman həqiqətləri və yaradılış möcüzələri
  • Kitab Əhli və Peyğəmbərlər
  • Maddənin ardındakı sirr
  • Peyğəmbərlər tarixi
  • Quran əxlaqı və təfəkkür
  • Tarix, siyasət və strategiya
  • Türk-İslam Birliyi
  • Təkamül nəzəriyyəsinin süqutu

Etiketlər

Adnan OktarAllahartmaqaxirətaxırzamanayəBədiüzzamanbənzəməkcamaatcənnətdarvinizmdeyildindünyadünya hakimiyyətidüşünməkdəccalelmfikirgözləməkgünəşhadisəhakim olmaqhaqqHud surəsi 109Hz. Mehdi (ə.s)hz. İsa (ə.s)Hz Musahökm etməkhədisHəyatibadətifadə etməkincilinkar edənlərinkarçılarinternetinşaAllahistəməkizahKitab əhliküfrKəhf surəsimehdiyyətMehmet Əli QayamöminmöminlərMömünlərmühitmünafiqmüsəlmanmüsəlmanlarnemətNur surəsi 31Nur surəsi 55peyğəmbərlərqiyamətQuranquran əxlaqıreallaşmaqrisalərisalə-i nursevgisevincsistemsona çatmaqsözlərsülhSəid NursitanımaqtexnologiyaTövratTürkiyətəbliğtəfsirTəkamülvəsiləXurafatxurafatçılaryaymaqyaşamaqyeryəhudizalımzühurzühur etməkzülmçalışmaqçıxış əlamətiçətinlikİmam Rəbbaniİmanİslamİslam birliyiİslam əxlaqıŞeytanəbcədədalətəlamətəxlaq

Muhur

Bu saytda olan bütün yazıları, saytı qaynaq göstərmək şərti ilə
müəllif haqqı ödəmədən istifadə edə bilərsiniz

Logo 313