Hörmətli Adnan Oktarın 6 aprel 2011-ci il tarixli müsahibəsindən Məryəm surəsi ilə əlaqədar şərhləri.

ADNAN OKTAR: Məryəm surəsi, 66-cı ayə, şeytandan Allaha sığınıram: “İnsan soruşar: “Doğrudanmı mən öldükdən sonra (qəbirdən) diri çıxardılacağam?”” İnsanların böyük bir hissəsində, xüsusilə də Axırzamanda da bu iman zəifliyi çox geniş yayılmışdır. Dünya yaranandan bəri həmişə buna dair insanlarda və cinlərdə bu dərd vardır. Cinlərin də əksəriyyəti dirilişə inanmır. Divardan keçir, bir saniyə ərzində Amerikadan Türkiyəyə gəlir, amma buna baxmayaraq ruhun varlığına inana bilmir.

Öldükdən sonra diriləcəyinə inanmadığını deyir. Onsuz da özü ruh halındadır, ruh kimi divardan keçir, yerin dibindən keçir, yerin mərkəzinə girib-çıxır, buna baxmayaraq “mən bu dirilişin necə olacağını başa düşə bilmirəm, buna inana bilmirəm” deyir cinlər. Bir çoxu bu cür imansızdır. “Allah: “Məgər insan ilk əvvəl onu heç bir şey deyilkən yaratdığımızı fikirləşmir?”-deyir.”” Yəni “əvvəl heç bir şey deyildiniz, birdən yaratdım” deyir. Allah, məhz: “Axirətdə də eyni şəkildə olacaq”-deyir. Sizi birdən cehennem 0302yaradacağını, deyir.

“Rəbbinə and olsun ki, Biz onları şeytanlarla birlikdə bir yerə toplayacaq…” Allah: “Onları da dirildəcəyəm”-deyir. “…Sonra da onları diz üstə çökmüş halda cəhənnəmin ətrafına yerləşdirəcəyik.” Cəhənnəmin kənarına gətirilirlər, hamısı diz çöküb oturdulur. Müsəlmanlar ayaq üstədirlər, onların yanlarında bir sürücüləri var. Sağlarında və ön tərəflərində nura bənzər bir işıq var.

Küfr əhli cəhənnəmin kənarına gətirilirlər, ətrafında dizüstə çökdürülürlər, hazır vəziyyətə gətirilirlər, hazır vəziyyətdə gözləyirlər, dizüstə çökmüş vəziyyətdə. “Sonra hər firqədən ər-Rəhmana ən çox asi olanı çıxardacağıq.” Budur, Marks, Lenin, Darvin, Abdullah Öcalan kimi belə gözü dönmüş, insanlara zülm edən, qan tökmüş azğın zalımlar. “…Ən çox asi olanı çıxardacağıq. Orada yanmağa daha çox layiq olanları, əlbəttə ki, Biz yaxşı tanıyırıq.” Allah: “Biz hamısını tanıyırıq”-deyir. Amma müsəlmanlar da oradadır, kafirlər isə orada dizüstə çökmüş vəziyyətdə gözləyirlər.

“İçinizdən hər kəs oraya girəcəkdir.” Allah: “Hər kəs cəhənnəmin ərazisinə girəcək”-deyir, yəni, hamınız cəhənnəmi yaxından görəcəksiniz. “Bu, Rəbbinin əzəldən müəyyən etdiyi qəti bir qərardır.” Allah: “Bunun ikinci bir yolu yoxdur, mən bunu mütləq edəcəyəm”-deyir. “Sonra Biz müttəqiləri xilas edəcək…” Təqva sahibləri cəhənnəm ərazisindən uzaqlaşdırılır, Onlara: “Siz qayıdın”-deyilir, Allah onları geriyə qaytarır. “…Zalımları isə orada diz üstə çökmüş halda tərk edəcəyik.” Onlara: “Siz oturub gözləyin, müsəlmanlara isə, siz bura gəlin”-deyirlər. Müsəlmanlar o ərazidən götürülüb cənnətə aparılırlar. Onlar diz üstə çökmüş vəziyyətdə gözləyirlər. Sonra da yerdə süründürülərək cəhənnəmə aparılırlar.

“Onlara açıq-aydın ayələrimiz oxunduğu zaman kafirlər möminlərə deyərlər: “Bu iki firqədən hansının məqamı daha yaxşı, məclisi daha gözəldir?”” Yəni dinsizlər müsəlmanlara lağ edirlər, “biz daha üstünük” deyirlər. “Biz onlardan əvvəl var-dövlət və zahiri görünüşcə onlardan daha üstün olan neçə-neçə nəsilləri məhv etdik.” Allah: “Çox dəbdəbəli binaları vardı, çox dəbdəbəli geyinirdilər, görünüşləri çox gözəl idi”-deyir. Yəni “imkanları yaxşı idi, amma hamısını məhv etdik” deyir Allah. “De: “Kim azğınlıqdadırsa, Rəhman (olan Allah), ona möhlət verdikcə möhlət verər!”

Yəni imkan verir, məsələn, fironlara, dəccallara, İstanbulda çıxacaq o münafiq xadimlərə, o azğın münafiqə, o kiçik dəccala Allah möhlət verir, imkan verir. Məsələn, topala möhlət verir, Allah istəsə canını alar, ikisinin də canını alar, amma Allah almır, uzadır, imkan verir. Diqqət edin, “…ona möhlət verdikcə möhlət verər!”, dəccala da bu cür möhlət verilir. “Nəhayət, özlərinə vəd olunan ya əzabı, ya da o Saatı (qiyamət saatı) gördükləri vaxt, onlar kimin məqamının daha pis, kimin Kuranordusunun daha zəif olduğunu biləcəklər.” Diqqət edin, Allah:

“Ona möhlət verdikcə möhlət verər! Nəhayət, özlərinə vəd olunan.” Nə vəd olunur? Hz. Mehdi (ə.s), hz. İsa Məsih (ə.s). Ya da o Saatı (qiyamət saatı) gördükləri vaxt onlar kimin məqamının daha pis, kimin ordusunun daha zəif olduğunu biləcəklər. Allah doğru yolda olanların doğruluğunu artırar.” Yəni Allah, mehdilik xüsusiyyəti daşıyanlara, Mehdi olanlara hidayət verib, güclərini daha da artırır, inşaAllah. “Əbədi qalan yaxşı əməllər”-yəni, Allahın hidayət verdiyi adam, Mehdi-hidayət sözünün kökündən gələn bir sözdür, Allahın xüsusi hidayət verdiyi adam, hidayətə vəsilə olan mənasını verir. “Əbədi qalan yaxşı əməllər”-diqqət edin yenə bəyan ayəsi-“Allah doğru yolda olanların doğruluğunu artırar.” Bütün müsəlmanlar doğru yola yönəldikdə, onlar bir növ Mehdi olarlar və Allah onların hidayətini artırar.

“Əbədi qalan yaxşı əməllər isə Rəbbinin yanında savab baxımından daha xeyirli, aqibətcə daha yaxşıdır.” Məsələn, namaz qılırsa, daim qılmalıdır, gözəl əxlaq nümayiş etdirirsə, həmişə nümayiş etdirməlidir, səbirlidirsə, həmişə səbirli olmalıdır, şəfqətlidirsə, həmişə şəfqətli olmalıdır. “Mən gəncliyimdə namazlarımı qılırdım, şəfqətliydim, indi dəyişdim”-deyir. Belə olmaz. Baxın, Allah nə deyir?: “Əbədi qalan yaxşı əməllər”-yəni, səmimi davranışlar-“Rəbbinin yanında savab baxımından daha xeyirli, aqibətcə daha yaxşıdır.” Allah: “Doğru olan budur”-deyir, inşaAllah.