Hörmətli Adnan Oktarın 8 aprel 2011-ci il tarixli müsahibəsindən Cin surəsi ilə əlaqədar şərhləri.

ADNAN OKTAR: Rəhman və Rəhim olan Allahın adı ilə, Cin surəsi, şeytandan Allaha sığınıram: “De: “Mənə vəhy olundu ki, cinlərdən bir dəstə Quranı dinlədikdən sonra belə dedilər: “Həqiqətən, biz heyrətamiz bir Quran dinlədik!.”” Cinlər hal-hazırda da dinləyirlər. Nə vaxt bir yerdə Quran oxunsa, cinlər onu dinləyər inşaAllah. “O, həqiqətə və doğru yola yönəldir. Biz ona inandıq.” Baxın, bu cinlər səmimi yanaşmışdırlar. “O, həqiqətə və doğru yola yönəldir.” Baxın, həm həqiqətə və doğru yola yönəldir. Buna görə də “Biz ona inandıq.” Yəni “Qurana inandıq.” Allaha iman edirlər, Qurana inanırlar. “…Və (bundan sonra) əsla kimsəni Rəbbimizə şərik qoşmayacağıq.”

Deməli, əvvəllər cinlərin bir qismi şirk içində imiş. Şirkdən üz döndərib, müşriklikdən xilas olublar. “Həqiqətən, Rəbbimizin əzəməti (şanı) çox ucadır.” Quranın gəlməsiylə onlarda bir fərahlıq yaranmışdır, deməli, cinlərin bir qismi təslis inancında, azğın bir inancda imiş. “Həqiqətən, Rəbbimizin əzəməti (şanı) ucadır. O Özünə nə bir zövcə götürmüşdür, nə də bir uşaq!” Bunlar xristian cinlərdir. Keçmiş xristianlardandırlar, müsəlman olublar. “Doğrusu, bizim səfehimiz (İblis) Allah barəsində tamamilə yalan (haqdan uzaq sözlər) söyləyirmiş.” Cinlər yalan, boş şeylər, səhv şeylər danışırlar, buna görə də:

“Doğrusu, bizim səfehimiz (İblis) Allah barəsində tamamilə yalan (haqdan uzaq sözlər) söyləyirmiş. (Halbuki) Biz elə güman edirdik ki, nə insan, nə də cin tayfası Allah barəsində yalan danışmaz.” Cinlərin və maxresdefaultinsanların yalan danışmaqlarına heyrətlənirlər. Bir də bu həqiqət var: “Həqiqətən, insanlardan bəziləri cinlərin bəzilərinə sığınırdılar. (Bu isə) onların azğınlığını artırırdı. Onlar da siz zənn etdiyiniz kimi, elə düşünürdülər ki, Allah ölənləri diriltməyəcəkdir.”

Baxın, mən sizə cinlərdən iman etməyənlərin olduğunu demişdim, dirilməyə inanmırlar. Binanın, daşın və poladın içərisindən keçir, lakin iman etmir. Dirilməyə və ruhun varlığına iman etmirlər. “Biz səmaya qalxdıqda onun sərt gözətçilər və yandırıb-yaxan alovlarla dolu olduğunun şahidi olduq.” Göydə də rahat hərəkət etməyin mümkün olmadığını gördük, göydə də bir fövqəladəlik olduğunu, deyir. Cinlər, göyün xüsusi olaraq qorunduğunu gördüklərini deyirlər. “Biz əvvəllər qulaq asmaq üçün göyün bəzi sahələrində oturardıq. Amma kim bunu indi etmək istəsə, o, pusquda gözləyən yandırıcı alova rast gələr.”

Orada yandırıcı bir cisimlə qarşılaşdıqlarını deyirlər və qulaq asmaq, yəni, şəhadət aləminə gəlmiş məlumatları öyrənmək imkanlarının olmadığını deyir. Onsuz da qeybi öyrənə bilmirlər. Şəhadət aləminə daxil olmuş məlumatları əvvəlcədən öyrənmə imkanlarının olmadığını, deyir. “Biz bilmirik, (bununla) yerdəkilərə pislik etmək qəsd edilmişdir, yoxsa Rəbbi onları doğru yola yönəltmək istəmişdir?” Yerdə, yer üzündə bir fövqəladəlik olduğunu, deyirlər. Əlbəttə ki, xeyr, əlbəttə ki, İslam əxlaqı dünyaya hakim olacaq, Allah Təala tərəfindən şeytanların fəaliyyəti dayandırılır.

“Əlbəttə, aramızda xeyirxah əməl sahibləri olanlar da vardır”-yəni, səmimi olanlar, səmimi, həqiqi müsəlman olan cinlər-“… və elə olmayanlar da vardır.”, yəni səhv yolda olanlar da vardır. “Biz ayrı-ayrı yollar tutmuşuq.” Yəni bəziləri erməni, bəziləri yəhudi, bəziləri xristian, bəziləri katolik, bəziləri məcusi, bəziləri belə oda sitayiş edən, yəni, müxtəlif cin qrupları vardır. “Yəqin etdik ki, yer üzündə Allahdan yaxa qurtara bilmərik. (Göyə) qaçmalı olsaq da Onun əzabından yayına bilməyəcəyik.” Yəni Allah bəla verəcəyi vaxt, onlar işıq surətiylə qaça bilmələrinə baxmayaraq, hara qaçsalar da, Allahın onları mütləq tutub cəzalandıracağını başa düşdüklərini deyirlər.

Yəni, oradakı cinlər heç bir şəkildə ondan asılı olmadan hərəkət edə bilməyəcəyəcəklərini də başa düşdülər: “Özümüzə aid bir gücün olmadığını başa düşdük”-deyirlər. “Biz doğru yolu göstərən rəhbəri eşitdiyimiz zaman ona iman gətirdik. Rəbbinə iman gətirən, nə (savabının) azalmasından, nə də haqsızlığa uğramaqdan qorxmaz.” Yəni “bir müsəlman Allaha və Qurana tam tabe olarsa, savabı azalmaz, ondan da, haqsızlığa uğramaqdan qorxmaz”-deyir. Bunlar mömin cinlərdir. Bəzən 1000 yaşında, bəzən də 1300, 1400, 1500 yaşında cinlər olur. Bu söhbəti aparan cinlərin bir qismi indi də yaşaya bilər. Ömürləri heyrətamiz dərəcədə çox uzun olur, ömürləri insan ömrü kimi deyil.

“Sözsüz ki, bizlərdən müsəlmanlar da var.” Məhz müsəlmanlara fayda verənlər bunlardır. Hz. Süleyman (ə.s)-a kömək edənlər də bunlardır, hz. Mehdi (ə.s)-a kömək edəcək kəslər də bunlardır, yəni, müsəlman cinlərdir. “…Zülm edənlər də.” Bir də zalım cinlər var, şeytan cinlər. kurani-kerimOnlar da baş bəlasıdır, insanları azdırarlar. Məsələn, mason lojalarındakı adamların bir qismini manyaka çevirirlər, onların döyüşə başlamalarına səbəb olurlar, problem yaradırlar, psixologiyalarını pozurlar. Amma çox şükür artıq müsəlman masonlar hərəkətə keçdilər, onları da təsirsiz hala gətirirlər, inşaAllah.

“Müsəlman olanlar haqq yolu axtarıb tapanlardır.” Allaha təslim olduğu vaxt nə edir? Haqq yolunu axtarıb tapır. Haqqı necə axtarıb tapır? Qurana baxır, düşünür, araşdırır, elmi qaynaqlara baxır, iman həqiqətlərinə baxır, haqqı tapır və başı arxayın olur, ruhu arxayın olur. Baxın, Allah Təala: “Müsəlman olanlar haqq yolu axtarıb tapanlardır”, özünü Allaha təslim etmiş. Nə edir? “…Artıq onlar “haqq yolu axtarıb tapanlardır.” Həqiqət haradadırsa, həqiqət nədir? Elmi qaynaqlar, araşdırır. Haqq nədir? Araşdırıb tapır və imanı güclənir, güclü bir imana sahib olur. “Zalımlar isə, Cəhənnəm üçün odun olacaqlar.” Cin də olsalar, insan da olsalar, cəhənnəmdə yanacaqlar. “Əgər onlar o yolda sabit qalsaydılar”-yəni-“ihdinəs-sirat-əl müstəqim.” Allahın doğru yolundan ayrılmasalardı, “Biz onlara bol-bol su verərdik.” Bilirsiniz ki, cinlər susuz dayana bilməzlər, onların qidası sudur. Cin çağıranlar, ondan içsinlər deyə mütləq bir qab su qoyarlar. Çox az içərlər, müəyyən edilməyəcək dərəcədə. Amma hikmət nədirsə, bu onlara kifayət edir, eyni benzin kimi.