Hörmətli Adnan Oktarın 21 fevral 2011-ci il tarixli müsahibəsindən Yusif surəsi ilə əlaqədar şərhləri.
ADNAN OKTAR: Məsələn, 87-ci ayədə belə deyilir, şeytandan Allaha sığınıram: “Ey oğullarım, gedin Yusif və qardaşından (diqqətli tədqiqatla) bir xəbər gətirin.” “Ətraflı şəkildə araşdırıb”-deyilir. Biz nə edirik? Biz də hz. Mehdi (ə.s)-dan xəbər gətiririk. “Və Allahın rəhmətindən ümidinizi kəsməyin.” Bayaq qeyd etdiyimiz mövzudur. Onsuz da mən bir mövzu barəsində danışdığım və həmin vaxt Quranı açanda həmişə əlaqədar mövzu çıxdığını siz də görürsünüz. Bu yüzlərlə, minlərlə olmuşdur, bunu hamı bilir. Mənim söhbətlərim də, ev söhbətlərimdə də bu belədir, hamı əzbər bilir. “Çünki kafirlərdən başqası Allahın rəhmətindən ümid kəsməz.”
Onsuz da bu ayə Quranın yalnız bir yerində vardır, o da bu yeridir, məsələ də budur. Bax, açdıq bura çıxdı. “Beləcə onun (Yusifin) hüzuruna daxil olduqları vaxt dedilər: “Ey Vəzir!” Bax, burada bir xitab vardır, xitab edərkən “ey nazirim” deyilir, elə deyil? Məsələn, bələdiyyə naziri olur, “nazirim” (demək) gözəl bir xitabdır. “Ey Vəzir!”-məqamıyla xitab etmək. Məsələn, “baş nazirim, hörmətli baş nazirim, hörmətli prezidentim.” Allah bizə xitab etməyi öyrədir. Adıyla da xitab edə bilərlər, amma, bax, “Ey vəzir!”-deyirlər. “Biz və ailəmiz fəlakətə uğramışıq (güclü bir qıtlıq baş verdi)”, yəni, iqtisadi böhran var.
Hz. Mehdi (ə.s)-ın dövründə nə olacaq? İqtisadi böhran olacaq. Neçə il davam etmişdir? Yeddi il davam etmişdir. Hz. Mehdi (ə.s)-ın dövründə neçə il davam edəcək? Yeddi il davam edəcək. Yusif surəsi nəyə işarə edir? Hz. Mehdi (ə.s)-a işarə edir. Hər dövrə işarə edə bilər, amma əsasən hz. Mehdi (ə.s)-a işarə edir. “Bir az mal gətirmişik.” Deməli, kasıblıq yayılacaq. Hz. Mehdi (ə.s)-ın dövründə, hz. Mehdi (ə.s) çıxmadan əvvəl yoxsulluq baş verir. “Bizə bunların əvəzində ölçünü tam elə və bizə sədəqə ver.” Hz. Mehdi (ə.s) nə edəcək? Malı bol-bol paylayacaq və əlavə olaraq da paylayacaq. Hədislə eynidir? Eynidir.
Hz. Mehdi (ə.s) əliaçıq olacaq, bəs hz. Yusif (ə.s) necə idi? O da əliaçıq, bol-bol paylayırdı. “Şübhəsiz ki, Allah sədəqə verənləri mükafatlandırar.” Yəni, savab qazanarlar, gözəllik görərlər, bərəkət və bolluq olar inşaAllah. “(Yusif) dedi ki: “Siz, cahil olduğunuz vaxt, Yusifə və qardaşına nələr etdiklərinizi bilirsinizmi?” Deməli, hz. Mehdi (ə.s)-a da cahillər, xurafatçılar, amma cahil olduqları vaxt, tanımadıqları vaxt “Yusifə və qardaşına”, yəni hz. Mehdi (ə.s) və hz. İsa (ə.s)-a, “nələr etdiklərinizi bilirsinizmi?” Böhtan atacaqlar, mübarizə aparacaqlar, susdurmağa çalışacaqlar, dayandırmağa çalışacaqlar.
Bəziləri “beş yüz yetmiş il sonra gələcək” deyəcək, bəziləri isə “min il sonra gələcək” deyəcək, beləliklə hz. Mehdi (ə.s)-ın qarşısını almağa çalışacaqlar və ya öz aləmində “mənəvi şəxs” deyəcək. Diqqət edin, 90-cı ayədə belə buyrulur: “Sən həqiqətən də Yusifsən?” Deməli, hz. Mehdi (ə.s)-ın da tanınacağı bir dövr olacaq. Deyəcəklər: “Sən hz. Mehdi (ə.s)-mı tanıyırsan?” Diqqət edin eyni ifadədir. “Sən həqiqətən də Yusifsən? Sənsən?” dedilər. “O da: “Mən Yusifəm” dedi.” Deməli, hz. Mehdi (ə.s) özünü, danışığı ilə hiss etdirəcək. “Yusif’, Yusifdə də bir məna var. “Yusif’ bir məna ifadə edir. Onu da vaxtı gələndə deyərəm.
“Bu da qardaşımdır.” (Hz. Mehdi (ə.s)) qardaşsız deyil, onun qardaşı hz. İsa (ə.s)-dır, o da onun qardaşıdır. “Həqiqətən, Allah bizə lütf etdi.” Yəni, “bunu öz qabiliyyətimizlə etmədik, Allahın lütfü ilə etdik” deyir. “Kim (Allahdan) qorxsa və səbir etsə, (bilsin ki,) Allah yaxşı iş görənlərin mükafatını puç etməz.” Nur surəsi, 55-ci ayədə dünya hakimiyyəti izah edilərkən, eyni mövzular izah edilir. “Kim (Allahdan) qorxsa və səbir etsə”, deməli, hz. Mehdi (ə.s) həm çəkinəcək (qorxacaq), həm də səbir edəcək. Səbir etmək çox vacibdir.
“Allah yaxşı iş görənlərin mükafatını puç etməz.” Mütləq İttihad-ı İslam olar, Türk-İslam Birliyi olar, savab qazanarsan, xeyirə vəsilə olarsan. “Onlar dedilər: “Allaha and olsun ki”, deməli, qardaşları da müsəlmandır. Müsəlman olmuşdurlar, amma haqdan ayrılıb səhvə yol verirlər. “Allah səni bizdən üstün tutmuşdur.” Heyrətlənirlər. Allahın hz. Mehdi (ə.s)-ı seçməsinə də heyrətlənəcəklər. “Allah niyə bizim müəllimimizi, niyə bizim şeyximizi deyil, əksinə, səni Mehdi seçdi? Biz buna dözə bilmirik”-deyəcəklər. “Biz isə günahkar olmuşuq.” Deməli, sonda bir çox cahil hz. Mehdi (ə.s)-a qarşı etdikləri nəzakətsizliyi dərk edəcək, Quran buna işarə edir.
“Biz isə günahkar olmuşuq.” Biz hz. Mehdi (ə.s)-ın qabaqcılı olduğumuz halda bizə də deyirlər. “Biz də günahkar olmuşuq.” Gecə-gündüz bu haqda mesajlar gəlir. “Yusif dedi: (yəni, o dövrün Mehdisi olan hz. Yusif (ə.s), o dövrün Mehdisidir). “Bu gün siz sorğu-suala tutulmayacaq və qınanılmayacaqsınız.” Yəni,“mən öz adıma intiqam almayacağam” deyir. “Sizi nə sorğu-suala tutacam, nə də qınayacam. Sizi alçaldacaq, hörmətdən salacaq bir şey etməyəcəm” deyir. “Bu gün siz sorğu-suala tutulmayacaq və qınanılmayacaqsınız.” “Sizi Allah bağışlasın”-deyir.
Çünki, hz. Mehdi (ə.s)-ın bağışlaması onları xilas etməz. Allah: “Yetmiş dəfə bağışlanma diləsən də Allah onları bağışlamaz”-deyir ayədə. İnsanlar Allahın intiqamından qorxmalıdırlar. Hz. Mehdi (ə.s) bağışlayar, bəs Allah necə? O ayrıdır. Allah bağışlamasa məhv olarsan. “O rəhm edənlərin ən rəhmlisidir”-deyir. Yenə də onlara şəfqət göstərir. “Bu köynəyimi aparıb atamın üzünə sürtün, gözləri açılsın. Sonra bütün ailənizlə birlikdə yanıma gəlin.” Deməli, hz. Mehdi (ə.s)-ın köynəyi gül kimi ətirli olacaq. Deməli, Peyğəmbərimiz (s.ə.v)-in köynəyini də geyinəcək, əbasını da geyinəcək. Buna da işarə var. “Atamın üzünə sürtün, gözü açılsın.”
Ümmət-i Məhəmməd, hz. Mehdi (ə.s)-ın kürəyində o köynəyi gördüyü vaxt gözü yenidən görəcək. Ona görə bilmədikləri gizli olan onlara açılacaq. İnşaAllah o köynəyi geyinəndə, hz. Mehdi (ə.s)-ı bütün aydınlığı ilə görəcəklər. “Bütün ailənizlə birlikdə yanıma gəlin.” Deməli, əgər, parçalanan ailələr varsa, hz. Mehdi (ə.s) onları birləşdirəcək, ayədə buna işarə var. “Karvan (Misirdən) ayrılanda…” İndi Misir, Firon Axırzamanda Misirdən çıxıb gedir. Ayədə nə deyir? “Karvan (Misirdən) ayrılanda ataları dedi: “Mən həqiqətən də, Yusifin qoxusunu hiss edirəm. Bircə məni ağılsız saymayaydınız.”
İndi bir qisim böyük alimlərin beyninin zəiflədiyini iddia edən ağılsızlar var, gənc ağılsızlar var. Allahın vəlilərinin, peyğəmbərlərinin beynində bir zəifləmə olmaz. O axmaqlarda olar, alimlərdə olmaz. İndi bir-bir saymayım, amma hal-hazırda son nəsil, son osmanlılar daim yaşlıdırlar. Yetmiş, səksən yaşları arasındadırlar və mehdiyyətin gözəl bayraqları, işıqları bunlardır. Quran, Onların Allah tərəfindən xüsusi olaraq qorunacağına və beyinlərində bir zəifləmə olmayacağına işarə edir. Allahın vəlilərinin beynində bir zəifləmə olmaz. “Onlar dedilər: “Allaha and olsun ki, sən hələ də öz köhnə yanlışlığından əl çəkməmisən.”
Yəni, yenə də nəzakətsizliyi əldən vermirlər. Böyük bir mürşid tənqid olunmaz. Bir hikmət vardır, xeyir vardır. Hz. Xızır (ə.s) necə tənqid olunmursa, mürşid də tənqid olunmaz. “Onlar dedilər: “Allaha and olsun ki, sən hələ də öz köhnə yanlışlığından əl çəkməmisən.” Siz doğru oldunuz da nə oldunuz? Yenə səhvə yol verdiniz. Özünüzü batırdınız. Atanız olan o mübarək peyğəmbər doğru yoldadır. Siz səhv yoldasınız. Quran bizə, zahirə aldanmamağın, batin gözüylə baxmağın əhəmiyyətini göstərir inşaAllah. “Ola bilsin ki, Allah onların hamısını mənə qaytarsın. Həqiqətən də, O, biləndir, Müdrikdir.”
Müsəlman heç vaxt ümidini itirmir. Ailəsi də geri qayıdır, qardaşları da qayıdır, asanlıqla əvvəlki gücünə qovuşur. “Həqiqətən də, O, biləndir, Müdrikdir. Ola bilsin ki, Allah onların hamısını mənə qaytarsın.” Bunlar kimdir? Hz. Mehdi (ə.s) və hz. İsa Məsih (ə.s)-dır. inşaAllah ikisi də gələcək. “(Yaqub) onlardan üz döndərdi və…” Yəni oğullarından, səhvə yol verənlərdən üz döndərdi. Biz də nə edirik?
Xurafatçılardan, mürtəce tayfadan üz döndəririk. “Heyif Yusifdən!”–dedi.” Oğlunu güclü bir eşqlə sevir, hz. Mehdi (ə.s)-a qarşı da güclü bir sevgi olacaq. Hz. İsa Məsih (ə.s)-a qarşı da güclü bir eşq olacaq, böyük bir sevgi olacaq. Amma sevginin gücündən özünü qəhr edir. “Və gözləri kədərdən (ağardıqca) ağardı”-deyir. Çox kədərlənmək insanın sağlamlığına ziyan vurar. Allah bu qədər kədərlənməyin səhv olduğunu bildirir. Kədərdən qaçmalıyıq. Kədərlənmək haramdır, qaçmalıyıq. Bax çünki, “gözlərinə zərər verdi” deyir.
“Beləliklə, udqunduqca udqunurdu.” Yəni, özünə əziyyət verir. Halbuki bir xeyir var. Hz. Yusif (ə.s)-ı da yaradan, onu da yaradan Allahdır. Hz. Yusif (ə.s)-ı geri qaytarıb, gətirən də Allahdır. Amma atasındakı mehdi intizarı heç kəsilmir. “Öz mehdimi gözləyirəm”-deyir və nəhayət hz. Yusif (ə.s) zühur edib, gəlir. Amma əvvəlcə ətri gəlir. İndi bizə əvvəlcə hz. Mehdi (ə.s)-ın ətri gəlir. Əvvəlcə köynəyini gördük, sonra qoxusunu hiss etdik. Budur, bu, əvvəlcə hz. Mehdi (ə.s)-ın əlamətlərinin gələcəyinin, sonra isə hz. Mehdi (ə.s)-ın ortaya çıxacağının Qurandakı izahıdır. Adamın burnu tutulmuşdur, qoxu hiss etmir, “tutuldu” deyir.
Köynəyi görür, gözü də görmür, gözü köynəyi də görmür. Deməli, köynəyi gəldisə, qoxusu gəldisə, salamı gəldisə, hz. Mehdi (ə.s) da gəlmişdir. “Onlar dedi: “Allaha and olsun ki, Yusifi sən tez-tez yada salmaqla…” Bizə də: “Hələ də hz. Mehdi (ə.s)-ı yada salırsan”-deyirlər. “Gecə-gündüz hz. Mehdi (ə.s)-a olan sevgin bitmədi?”-deyirlər. Bitməz. Gecə-gündüz Mehdi (ə.s)-dan bəhs edəcəyik, gecə-gündüz hz. İsa Məsih (ə.s)-dan, İbn-i Məryəmdən, Məryəm oğlu hz. İsa Məsih (ə.s)-dan bəhs edəcəyik. Allahı və onun vəlilərini eşqlə sevirəm. Gecə-gündüz də yada salıram. “Onlar deyir: “Allaha and olsun ki, Yusifi”-yəni, hz.Mehdini-“sən tez-tez yada salmaqla…” Bəli, yada salıram və yada salacağam da. “Onlar dedi: “Allaha and olsun ki, Yusifi sən tez-tez yada salmaqla axırda əldən düşəcək, ya da öləcəksən.”
Əlbəttə ki, çox kədərlənmək insanı zəiflədir, Quran da, buna işarə edir. 86-cı ayədə (1986-cı ilə işarə var) “O dedi: “Mən dərd-qəmimi”-deməli, 1986-cı ildə bir şey olacaq, “O dedi: “Mən dərd-qəmimi yalnız Allaha açıb deyirəm.” Doğru olan da budur. Allaha şikayət edər, insana deyil. İnsana deyilməz. “Və Allahdan (nazil olan vəhy sayəsində) sizin bilmədiklərinizdən agah oluram.” Deməli, 1986-cı ildə bir ayrılıq var, buna işarə var. 87-ci ayədə: “Ey oğullarım! Yusif və qardaşından xəbər tutmaq üçün yola düşün”. 1987-ci ildə bir qurtuluş var. Yəni hz. Mehdi (ə.s)-dan, bir xəbər gətirin və “Allahın rəhmətindən ümidinizi kəsməyin. Çünki Allahın mərhəmətindən ancaq kafir adamlar ümidlərini kəsər.”