Hörmətli Adnan Oktarın 17 fevral 2011-ci il tarixli müsahibəsindən Taha surəsi ilə əlaqədar şərhləri.
ADNAN OKTAR: 83-cü ayə, şeytandan Allaha sığınıram. “Allah buyurdu: “Səni öz qövmündən ayrılmağa tələsdirən nə idi, ey Musa? Musa dedi: “Onlar da arxamca gəlirlər. Məndən razı qalasan deyə, Sənin yanına tələsdim, ey Rəbbim! Allah buyurdu: “Səndən sonra qövmünü sınağa çəkdik. Samiri onları yoldan çıxartdı.”” Hocam, Mehdi (ə.s)-dan sonra cəmiyyət niyə korlanacaq? “Niyə korlanacaq?” deyir. Baxın, o məntiqin səbəbi Quranda izah edilir. Allah buyurdu: “Səndən sonra qövmünü sınağa çəkdik. Samiri onları yoldan çıxartdı.”
Bir adam belə bütün cəmiyyəti yoldan çıxarmağa kifayət edər. Bir adam bütün cəmiyyəti imana, islama yönəldə bildiyi kimi, bir nəfər də hamısını yoldan çıxarmağa qadirdir. Məsələn, Darvin meydana təkbaşına çıxdı və bütün insanları yoldan çıxarmağa gücü çatdı. Dünyanın böyük bir hissəsini, 99,99%-ni dinsiz etdi. O qədər də deməyək, 99% deyək. Deməli, Allah istədiyi təqdirdə iradəli, aktiv, güclü lider, səmimi imanlı bir insan, bütün cəmiyyətə təsir edə biləcək gücə sahib ola bilər. Əgər hz. Mehdi (ə.s) yoxdursa, çox azğın, şeytan kimi qərarlı olan bir iblis də, bütün cəmiyyəti korlama gücünə sahib ola bilir.
Müdhiş bir ziddiyət yaranır. Yəni, bir adam cəmiyyəti tamamilə zay edə bildiyi kimi, digəri də, cəmiyyəti bütünlüklə ən gözəl hala gətirə bilir. Hz. Adəm (ə.s)-ın dövründən qiyamətə qədər həmişə mehdilərlə dəccallar arasında mübarizə olmuşdur. Dünya tarixində başqa heç bir şey yoxdur. Diqqətlə araşdırın, Mehdi və Dəccal mübarizəsi vardır, yalnız iki mübarizə vardır, başqa bir şey yoxdur. Məsələn, indi yaşadığımız dövrdə də, hz. Mehdi (ə.s) və dəccal mübarizəsi vardır. İndi islam ölkələrində hay-küy, qarışıqlıq, etirazlar, dəccala müxalif çıxanlar var, amma dəccalı hədəfə ala bilmirlər. Dəccal onları yandırır, odun içinə atılmış bir insan kimi də xilas olmaq istəyir.
Odun içinə atılan bir insan necə şüursuz olar, elə deyil? Necə yanğında olan bir insan şüursuz olar, qışqıraraq özünü ora-bura çırpar, onlar da elədir. Halbuki orada dəccalın təsbiti, hz. Mehdi (ə.s)-ın təsbiti lazımdır. Yəni, qaçdığı şeyin, narahat olduğu şeyin nə olduğunu deməlidir. Hansı yoldan xilas olmaq istədiyini də deməlidir. Ancaq bağırmaqla olmaz. “Musa qəzəbli, kədərli halda qövmünün yanına qayıdıb dedi: “Ey qövmüm! Məgər Rəbbiniz sizə gözəl bir vəd verməmişdir?…”
” Gözəl vəd, Fələstin ölkəsində, o böyük ərazidə müsəlman kimi yaşamaqları vədi idi. Rahat yaşayacaqdılar. “…Doğrudanmı bu vaxt sizə uzun gəldi?…” İndi eynisini Axırzamanda hz. Mehdi (ə.s)-da görürük. Mehdiyyətdə müsəlmanlara necə vəd var? Allah İslam Birliyinin vədini verir və hz. Mehdi (ə.s)-ın və hz. İsa (ə.s)-ın zühur etməsinin vədi var. “…Doğrudan bu vaxt sizə uzun gəldi?…” Adamlar: “Hələ də çıxmadı” deyirlər. Məsələn, Cübbəli: “Bu vaxt mənə çox uzun gəldi, hələ də çıxmadı” deyir. Allah ayədə nə deyir? “…Doğrudanmı bu vaxt sizə uzun gəldi?…”
Cübbəliyə bu vaxt uzun gəlmişdir, “bəli, uzun gəldi” deyir. “Buna görə də mən İttihad-ı İslam, Türk-İslam Birliyi, Mehdi (ə.s), həmçinin də İsa (ə.s) haqqında danışmayacam. “570 il sonra gəlsin” deyir. “Yoxsa Rəbbinizdən sizə bir qəzəb gəlməsinimi istədiniz?.” Yəni, Allah: “Qiyaməti istəyirsiniz?”-deyir. Ya regional bir qiyamət, ya dünya səviyyəsində bir qiyamətdir. “Mənə verdiyiniz vədə xilaf çıxdınız. Onlar əvvəlcə: “səndən ayrılmayacağıq, sənin arxanda olacağıq, Allah rizası üçün mübarizə aparacağıq” deyirlər, lakin sonra imtina edirlər. “Onlar dedilər: “Biz sənə verdiyimiz vədə öz ixtiyarımızla xilaf çıxmadıq…”
“ Deməli, cəmiyyət öz-özünə azmır, korlanmır. “Lakin biz o xalqın zinət əşyasından olan ağır yüklərlə yüklənmişdik. Biz onları oda atdıq. Həmçinin Samiri də onu oda atdı”. Yəni, “bütün qızılı, sərmayəni bir yerə yığdıq” deyir. Qızılın insanlara necə təsir etdiyi də burada aydın olur və Allah Quranda azdıranların insanları necə istiqamətləndirdiyini də göstərir. “Samiri onlar üçün böyürən bir buzov heykəli düzəltdi. Buzova məftun olanlar: “Sizin də məbudunuz, Musanın da məbudu budur. Lakin o bunu unutmuşdur””-dedilər.
Yəni, qədim bütpərəst inanca qayıdırlar. Çünki, onlar üçün buzov heykəli Misir dinində müqəddəsdir, hətta Misir muzeyində (əgər gedənlər olarsa görə bilərlər) orada çox sayda buzov heykəlləri vardır, onlar da ona tapınırlar. Amma Misir dinindəki əsil inanc darvinist, materialist inancıdır. Yəni, buzov heykəli onun rəmzidir. Necə ki, bizimkilər meymunu rəmz olaraq görürlərsə. Darvinizmin rəmzi meymunabənzər varlıqlar, qozbel olan, sonra da ayağa qalxan bir adamdır, bunların rəmzi də bu cürdür.
“Məgər bu heykəlin onlara heç bir cavab vermədiyini, onlara nə bir zərər, nə də bir fayda verməyə qadir olmadığını görmürdülər?!” Yəni palçıq nə edə bilər? Təsadüf nə edə bilər? Heç bir şey edə bilməz. “Bundan əvvəl Harun onlara demişdi: “Ey qövmüm! Siz bununla ancaq sınağa çəkildiniz. Həqiqətən, sizin Rəbbiniz Mərhəmətli Allahdır. Mənə tabe olun və əmrimə itaət edin!.””
Diqqət edin, “Harun (ə.s): “Ey qövmüm! Siz bununla ancaq sınağa çəkildiniz.” deyir. “Onlar: “Musa yanımıza qayıtmayınca biz ona sitayiş etməkdən əl çəkməyəcəyik!”-dedilər.”” Baxın, Allah lidersiz qalan cəmiyyətin necə korlandığını göstərir. Allah Mehdi olmayan cəmiyyətin nə vəziyyətə düşdüyünü göstərir. Mehdi olanda cəmiyyət korlanmır. Hər dövrdə belədir. Hər dövrdə bir Mehdi çıxmışdır. İnsanlar yalnız bu dövrdə Mehdi istəmirlər. Yəni, hər dövrdə bir Mehdi gözlənilmişdir və həmişə kiçik mehdilər çıxmışdır. İmam Qəzalı, İmam Rəbbani, Əbdülqadir Gilani, hamısı, bir-bir öz dövrlərində çıxmış, fəsadı aradan qaldırmışdırlar, ümmətə də, Quranın əsasında doğru yolu göstərmişdirlər.
“Musa dedi: “Ey Harun! Onların azdıqlarını gördüyün zaman sənə nə mane oldu ki, ardımca gəlmədin? Əmrimə qarşı çıxdın? Harun dedi: “Ey anamın oğlu!…”” Onun ürəyini yumşaltmaq üçün, bilə-bilə ona “anamın oğlu” deyir. “Anamın oğlu”-yəni“doğma qardaşıq” deyir. “Ey anamın oğlu saqqalımdan, saçımdan tutma.” Deməli saqqalı və saçı vardır, yəni kəsilmiş deyil. “Tutub yolma”-buradan, hz.Musa (ə.s)-ın xeyli qəzəbli olduğunu görürük. Yəni tez özündən çıxan və çox həyəcanlı olduğunu anlayırıq.
“Doğrusu, mən sənin: “İsrail oğullarını bir-birindən ayırdın, sözümə baxmadın!”– deyəcəyindən qorxdum.” Burada bölünmənin təhlükəli olduğuna da diqqət çəkilir və hz. Musa (ə.s)-ı bölünməyə qarşı nə qədər ciddi yanaşdığını, öz aralarında belə bölünməyə qarşı necə davrandığını görürük. “Sözümə baxmadın”-sözə baxmaq çox vacibdir. Məsələn, bir çox insan sözə baxmaz, qulaq asmaz. Danışarsan qulaq ardına vurar, başa salarsan başa düşmək istəməz. Halbuki hər söz dinlənilsin deyə, vacib olduğu üçün deyilər.
Qulaq ardına vurmaq şeytani hərəkətdir. “Deyəcəyindən qorxdum.” “(Musa) dedi: “Məqsədin nə idi, ey Samiri?”” Yəni hz. Musa (ə.s), oradakı müdaxilə edən, (vədi) pozan hərkəslə danışır. “O dedi: “Mən onların görmədiklərini gördüm. Mən o elçinin ləpirindən bir ovuc torpaq götürdüm və onu atdım. Nəfsim məni (buna) sövq etdi.”” Yəni yeni bir azğın davranış sərgiləyir. İslama, Qurana uyğun olmayan dəccali bir davranış sərgiləyir. “Dedi ki: “Dərhal çıx get, artıq sənə həyatda layiq olan cəza, mənə toxunulmasın deyib peşman olmağındır.”
İlk iş olaraq elə bir insanı, cəmiyyətdən təcrid edir, cəmiyyətlə əlaqəsini kəsir və “yanına da heç kəs yaxınlaşmasın” deyir. “Və, şübhəsiz ki, sənin üçün əsla qaçıb xilas ola bilməyəcəyin bir görüş vaxtı vardır. Axirətdə də Allah sənə bu etdiyinin qarşılığını verəcək” deyir. Ona bir şey etmir, sadəcə ona sürgün cəzası verir. “Sən sitayiş etdiyin məbuduna bax. Biz onu yandıracaq, sonra da dənizə sovuracağıq.” Lakin, buradakı şey çox maraqlıdır. Bu, qızıldan olan bir buzov heykəli-“Onu yandıracaq, sonra da dənizə sovuracağıq.” Yəni, bu, kül kimi toz olmalıdır. Dənizə sovrulması üçün kül kimi bir toz olmalıdır. Bulud kimi, qızıl bu hala gətirilməlidir.
Hz. Musa (ə.s) qızılı toz kimi etməyin, bu cür kül halına gətirməyin elmini bilir. Məbədçilər də bu sirri bilirlər. Budur, əldə etdikləri toz manna ilə əlaqədardır, o ağ rəngli toz, qızıldan alınır, yəni kimyəvi analizini apardıqda maqnezium, kalsium, həmçinin sinkə də bənzəyir. Tam diaqnoz verə bilmirlər, nə olduğu aşkar edilə bilmir. Yəni, heç bir metala bənzəmir. Çox qızdırılsa, çox yüksək temperaturda tutulsa, uzun müddət odda tutulsa qızıla çevrilməyə başlayır. Yaxud da platinə çevrilməyə başlayır, məhz, bu, belə bir maddədir. Həddindən artıq yüksək dərəcədə həssasdır, yəni, çox həssasdır. Toz kimidir, saxlanılması o qədər də asan deyil, manna suyun içində saxlanılır.
“Sizin məbudunuz yalnız Özündən başqa heç bir məbud olmayan Allahdır. O, elm ilə hər şeyi əhatə edir. Beləcə, olub-keçmiş əhvalatlardan sənə danışırıq. Bunlar qeyb xəbərləridir. “Artıq sənə Öz tərəfimizdən Zikr vermişik. Ondan üz döndərənlər Qiyamət günü ağır bir günah yükü daşıyacaqlar. O (yükün altı) nda əbədi olaraq qalacaqlar. Bu qiyamət yükü onlar üçün necə də pis bir yükdür. O gün sur üfürüləcək və o gün günahkarları (üzləri qara, gözləri) gömgöy göyərmiş halda…” Yəni, bənövşəyi rəngdə olacaq, gözünün ağ qismi də olmayacaq. Gözü iri, bənövşəyi rəngdə və sərt olacaq, yəni, hərəkət etdirə bilməyəcək, yalnız bir bənövşəyi kütlə olacaq gözündə.
“Bir yerə toplayacağıq. Onlar öz aralarında pıçıldaşıb deyəcəklər: “Dünyada cəmi on gün qaldınız!.”” Bunlar da on gün qaldıqlarına qəti əmindirlər, bütün ömürləri boyunca təxminən on gün qaldıqlarını deyərlər. Bu, zamanın nisbi olmasından ötrüdür. “Səndən dağlar haqqında soruşurlar. De: “Rəbbim onları dağıdıb havaya sovuracaq.” Yəni, “qiyamətdə hamısı dağılacaqdır” deyir. “Oranı boş düzəngaha çevirəcəkdir.” Yəni, ərazinin dümdüz olacağını bildirir Allah. Məsələn, adam Ağrı dağına gedəndə düzənliklə qarşılaşacaq, Sübhan dağına gedəndə də düzənliklə qarşılaşacaq, dümdüz olacaq.
“Sən orada nə bir eniş, nə də bir yoxuş görməyəcəksən.” Yəni, az qabarıqlıq belə olmayacaq. “Qiyamətdə ucsuz-bucaqsız bir düzənlik yaradacağam”-deyir Allah. “O gün insanlar heç bir yana meyil etmədən carçının arxasınca yeriyəcəklər.” “Qiyamət vaxtı bir carçı görəcəyik. O uca səslə bir şey deyər, insanlar ona doğru hərəkət edərlər.”-deyir. “Mərhəmətli Allahın qarşısında səslər kəsiləcək.” Yəni, Cübbəlinin dediyi kimi elə qeyri-ciddi danışmaq mümkün olmayacaq. “Allahın qarşısında səslər kəsiləcək”-deyir Allah. Cübbəli də, belə əttökən danışılacağını deyir. Necə danışılacağına dair nümunə də verir. Elə bir şey yoxdur, ayə izah edir. “Sən yalnız pıçıltı eşidəcəksən.”
O mühitdə, ərazidə daimi bir səs olacaq. Başqa bir səs eşidə bilməzlər. Pıçıltını xatırladan bir səs var. “O gün Mərhəmətli Allahın izin verdiyi və söz deməsinə razı olduğu şəxslərdən başqa heç kimin şəfaəti fayda verməyəcəkdir.” Artıq orada mehdilərin və peyğəmbərlərin sözü etibarlı olur. Allah onların sözünü xoşlayır. Başqa heç kimə qulaq asılmır. Yəni, Allah orada şəfaətini qəbul edəcəyi insanlar kimlərdirsə, yalnız onlara qulaq asır, inşaAllah. “Allah onların önlərindəkini də, arxalarındakı da bilir. Onların elmi isə Onu (Allahı) ehtiva edə bilməz!”
Allah bizim hər tərəfimizi görür, bilir, amma biz yalnız müəyyən bir qismini görə bilirik. Müəyyən bir qismin müəyyən bir tərəfini görə bilirik. Məsələn, müəyyən dalğa uzunluğundakı müəyyən rəngləri, müəyyən cisimləri görə bilirik. Allah hər cismi, hər dalğa uzunluğundakı, hər şeyi görə bilir. “O gün üzlər əbədi Yaşayan, yaradılanların Qəyyumu olan Allah qarşısında zəlil bir görkəm alacaq.” Yəni, tərbiyəsizlik, qeyri-ciddilik etmək mümkün olmayacaq. Allah nə deyir? “(Artıq bütün) üzlər, diri, qaim olanın qarşısında əyilmiş halda dayanar.” Yəni, insanlar dimdik baxmaz, başlarını aşağı salarlar. Cübbəlinin dediyinə baxın, olduqca diqqətsiz bir mübahisə mühitinin olacağını deyir. “Günaha batanlar isə ziyana uğrayacaqlar. Mömin olub yaxşı işlər görən şəxslər isə nə haqsızlıqdan, nə də naqislikdən qorxmazlar.”
Allah: “Əgər səmimi müsəlman isə, axirətdə inciyəcəyi, kədərlənəcəyi, qorxacağı heç bir şey etməyəcəyəm”-deyir. Əvvəldən axıra qədər rahat olacaqlarını deyir Allah. “Ölümü, ərafa gəlməsi və dirilməsi də daxil olmaqla, hamısında sakitlik və rahatlıq içində edəcəyəm” deyir. “Ən kiçik narahat olacaqları bir şey etməyəcəyəm”-deyir Allah. Dəhşət və narahatlıq, ancaq kafirlər üçündür. Çünki, Allah xüsusilə canının alınmasındakı rahatlığı demişdir. Ayədə: “Canları həlimliklə alınar, asanlıqla alınar”-deyir. Dirilməyi də, Məhşər meydanına gətirilmələri də asan olar. Allah:“Heç vaxt əziyyət, narahat ediləcək, bir şey olmayacaq”-deyir. “Beləliklə, Biz onu ərəbcə Quran olaraq nazil etdik.”–yəni “Onda qorxulacaq şeyləri müxtəlif formalarda izah etdik.” Allah:
“Biz orada təhdidləri dönə-dönə açıqladıq ki, bəlkə, onlar (pis əməllərindən) çəkinsinlər və ya ibrət alsınlar.”-deyir. Yəni fikirləşmək üçün bir yol taparlar deyir. “Haqq Hökmdar olan Allah ucadır! Onun ayələrinin vəhyi sənə tamamlanmayınca Quranı oxumağa tələsmə və: “Ey Rəbbim! Elmimi artır!” de. Peyğəmbərimiz (s.ə.v)-ə vəhy gəldiyi vaxtda, rənginin qəfildən solduğunu bilirsiniz. Peyğəmbərimiz (s.ə.v)-in üstünü tənzif ilə örtürdülər və orada olan bütün müsəlmanlar bir uğultu eşidirdi. Təzyiq hiss edilirdi. Peyğəmbərimiz (s.ə.v)-in təzyiqi normallaşır, bir müddət sonra isə, özünə gəlirdi.
Tənzifi açırdılar, Peyğəmbərimiz (s.ə.v) vəhydən sonra əl-üzünü yuyurdu və Peyğəmbərimiz (s.ə.v) vəhyi unutmamaq üçün ayəni təkrarlayırdı. Əzbər bilmək üçün, daim təkrarlayırdı. Allah da: “Əzbər bilmək üçün əziyyət çəkmə, belə səy göstərməyinə ehtiyac yoxdur, təkrarlamağına da ehtiyac yoxdur. Onsuz da Mən onu sənin yaddaşında saxlayacağam”-deyir. Yəni “Bunun üçün xüsusi səy göstərməyinə ehtiyac yoxdur. Ey Rəbbim! Elmimi artır de!” Biz də: “Ey Rəbbimiz, elmimizi artır!” deyirik, inşaAllah.
“Biz bundan əvvəl Adəmlə də əhd bağlamışdıq. Lakin o, əhdi unutdu və Biz onda əzm görmədik.” Budur, imtahan mühiti olmadığı üçün əzmkarlıq da yaranmaz, amma indi müsəlmanlarda əzmkarlıq var. İbadətdə, dürüstlükdə, ağılda, iradədə, bir sözlə hər şeydə bir əzmkarlıq var. “Bir zaman mələklərə: “Adəmə səcdə edin!”–demişdik. İblisdən başqa hamısı səcdə etmisdi. O isə, imtina etmişdi.” Baxın, “Allah mələklərə: “Adəmə səcdə edin”-deyir.” İblisdən basqa, mələklər dərhal səcdə edirlər, təkəbbürlülük, eqoistlik etmirlər. “O isə imtina etmişdi.” Tamamilə klassik modabazlıq. Dünyadakı səmimiyyətsiz, eqoist, təkəbbürlü insanlar kimidirlər.
Lovğa xarakterlidirlər. “O sizi Cənnətdən çıxartmasın, yoxsa bədbəxt olarsan.” Allah həmçinin, “bunun belə bir xüsusiyyəti var, əsla buna tabe olmayın” deyir. Sənin ac, çılpaq qalmaman cənnətdə qalmağından asılıdır. Yəni “Sən orada nə ac qalacaq, nə də çılpaq olacaqsan.” Həm də cənnət paltarları geyinəcəksən, yeməyin, içməyin həmişə hazırdır. Cənnətdə çətin vəziyyətə düşməzsən. “Və həqiqətən də sən burada susamayacaqsan…” Cənnətdə susamaq deyə problem yoxdur, yəni “sənə susama hissi verilməyəcək” deyir Allah. İstəsən içərsən, istəsən də içməzsən. “Susama hissini yaşamayacaqsınız”-deyir Allah. “Nə də bürküdən əziyyət çəkəməyəcəksən!.”
Məsələn, burada daima temperaturu sabit saxlamaq üçün soyuducu və qızdırıcı vasitələrdən istifadə edirik. Allah bu şəkildə temperaturu tənzimləmək, istiliyi sabit saxlamaqla da məşğul olmayacaqlarını bildirir. Onsuz da cənnətdəki istilik daim gözəldir. İqlimi mülayimdir. “Şeytan ona vəsvəsə edib dedi: “Ey Adəm! Sənə əbədiyyət ağacını və tükənməyəcək bir mülkü göstərim?”” Yəni “Sənə bir məlumat verəcəyəm, bir şey deyəcəyəm, həm sonsuz olacaqsan, bir müddət sonra yox olmayacaqsan, ölməyəcəksən, həmçinin mülk də tükənməyəcək” deyir. “Mən sənə bir məlumat verəcəyəm malın və mülkün tükənməyəcək.”-deyir.
Allah onsuz da ona zəmanət vermişdir və “sən əbədi yaşayacaqsan” demişdir. “Mülkün də cənnət, istədiyin kimi yaşayacaqsan”-deyir. Amma şeytan isə: “Zənn etdiyin kimi deyil, sən bir müddət sonra yox olacaqsan, öləcəksən” deyir. “Mən sənə bir məlumat verəcəyəm, (haşa) Allah bunu səndən gizləyir, sən bu məlumata görə hərəkət etdiyində nə öləcəksən, nə də mülkün yox olacaq”-deyir və vəsvəsə verir. Halbuki, hz. Adəm (ə.s) orada Allaha güvənməli idi, lakin şeytanın o sözünün, şeytanın o ifadəsinin doğru ola biləcəyini düşünüb ağlı oraya, şeytanın ifadəsinə gedir.
“İkisi də ondan yedilər.” Bir meyvə ağacı var, ondan yeməmələrini deyir, amma “ikisi də yedilər” deyir. “Ayıb yerləri özlərinə göründü.” Dərhal ikisinin də cinsi orqanları görünür. Paltarları üstlərindən düşür, cənnət paltarları bir anda yox olur. “Onlar üstlərinə Cənnət ağaclarının yarpaqlarından örtməyə başladılar.” Utandılar, oradakı yarpaqlardan götürüb, dərhal üstlərini örtməyə çalışdılar, yəni böyük yarpaqlarla bədənlərini örtməyə başladırlar. “Beləliklə, Adəm Rəbbinə asi olub səhv yol tutdu. Sonra Rəbbi onu seçib tövbəsini qəbul etdi və onu doğru yola yönəltdi.” Hz. Adəm (ə.s) çox peşman olur, təbii ehtiyaclarını görəndə ağlayır, yəni çox sarsılır. İnsanda olan təbii ehtiyacları, yəni, acizliyini görür. Çünki cənnətdə acizlik yoxdur, acizliyə aid heç bir şey yoxdur. Bunları gördükdə ağlayır və çox peşman olub Allaha tövbə edir.
“Allah buyurdu: “Bir-birinizə düşmən kəsilərək hamınız buradan yerə enin.”” Yəni, şeytan sizə düşmən olacaq, siz də şeytanı düşmən olaraq qəbul edəcəksiniz. “Məndən sizə bir doğru yol göstəricisi gələcəkdir.” Bir Mehdi, bir mürşid gələcəkdir. “Hər kəs Mənim doğru yol göstərən bələdçimin ardınca getsə, nə yolunu azar, nə də bədbəxt olar.” Əbcədi 1982-ci il tarixini verir. Yəni, kim Mənim Mehdimə tabe olarsa, “nə yolunu azar, nə də bədbəxt olar”, əbcədi 1982-ci ildir. Hz. Mehdi (ə.s) Axırzamanda şeytanı tamamilə ayağının altına salıb tapdalayacaqdır. Peyğəmbərimiz (s.ə.v) bir hədisində hz. Mehdi (ə.s)-ın şeytanı öldürəcəyini deyir. “Məndən sizə bir doğru yol göstəricisi gələcəkdir”, əlbəttə ki, bu ayənin verdiyi məna çoxdur. Həmisə peyğəmbərlər gələcəkdir, mənasını verir.
“Kim Mənim hidayətimə tabe olarsa”, Allahın verdiyi hidayət, yəni peyğəmbərlər vəsiləsiylə gələn hidayətə tabe olarsa, amma ikinci işarəli mənasına baxdığımızda, “Məndən sizə bir doğru yol göstərici gələcəkdir”, yəni, bir Mehdi gələcəkdir. “Kim Mehdimə tabe olarsa”, onsuz da Mehdi sözü, hidayət sözündən yaranan bir sözdür. “Kim Mənim hidayətimə tabe olarsa, artıq o yolunu azmaz.” Yolunu azmaq dəccaliyyətin xüsusiyyətidir. “Nə yolunu azar, nə də bədbəxt olar.” Dəccaliyyətdə yolunu azmaq vardır, həddini aşmaq vardır və bədbəxt olmaq da vardır. İnsanlar hal-hazırda bədbəxtdir? Bədbəxtdirlər. Yolunu azıblar? Azıblar. “Kim Mənim Zikrimdən üz döndərsə, onun güzəranı sıxıntılı olacaq.”
Allah: “İqtisadi böhran yaratdım” deyir. Yəni, kim Mənim öyüd-nəsihətimdən üz döndərsə, Məni zikr etməzsə, mənim yolumdan çıxarsa, “onun güzəranı sıxıntılı olacaq.” Həmişə sürünəcək, pul arxasınca qaçacaq, dolanışıq dərdində olacaq, aclıq, səfillik və pərişanlıq içərisində olacaq, dünya qaçacaq o qovalayacaqdır. “Biz Qiyamət günü onu kor kimi hüzurumuza gətirdəcəyik.” Allah, tək bununla kifayətlənməyəcəyini deyir. Axirətə gəldiklərində gözlərini də əllərindən alacağını, kor olaraq bir yerə toplayacağını deyir.
“O deyəcək: “Ey Rəbbim! Mən dünyada görürdümsə, indi nə üçün məni kor olaraq gətirdin?.” Sən onsuz da təkamülə inanırsan, “göz təsadüfən yarandı” deyirdin. Təsadüfən meydana gələn göz, belə olmalıdır. Təsadüfən yaranan göz niyə görsün, elə deyil? Çünki bizim görməyimiz, çöldən gözümüzə işıq şüalarının gəlməsi, linzaların gəlməsi vasitəsilə yaranır. Beləliklə, linza çox mükəmməl olmalıdır. Linza görünüşü gözün iris bölgəsinə tərs olaraq düşür. Əgər Allah sistemi düzgün şəkildə yaratmasaydı, ilk növbədə dünyanı tərs görərdik.
Görünüş tərs düşdüyünə görə, biz də dünyanı baş-ayaq, tərs şəkildə görməliydik. Bundan normal nə ola bilər? Beyin niyə tərs olan görünüşü düz hala gətirsin, elə deyil? Tərs görə bilərdik. Beyinə tərs şəkildə düşən görünüş, şəkil olaraq düşmür, dalğa olaraq düşür. Yəni, insanlar irisə düşən görünüş nəticəsində orada kiçik bir görünüşün yarandığını və bizim də o görünüşü beynimizdə gördüyümüzü zənn edirlər. Yəni, orada, çöldəki aləmdə o görünüş qapqaradır. Orada, sadəcə, işıq şüalarının dalğa uzunluqlarının müxtəlifliyindən qaynaqlanan bir quruluş yaranır, lakin qapqaradır. Nə görünüş vardır, nə də rəng, heç bir şey yoxdur. Sinirlər orada meydana gələn dalğa uzunluqlarını elektrik cərəyanına çevirir və beyinə aparırlar. Beyindəki görmə mərkəzinə gətirirlər.
Görmə mərkəzi cəmisi bu boyda bir şeydir. Artıq əməliyyatdan keçdikdən sonra beyindəki şüura gəlir. Şüur da mərcimək boyda bir şeydir. Şüurdakı o görünüş, yəni, oraya gələn elektrik cərəyanı çox aşağı amperlə, gərginliyi xeyli aşağı, şişirdilmiş şəkildə aşağı olan elektrik axınını qapqara, qaranlıq beyinin içərisində, ruhumuz gözü olmadan, baxın gözü olmadan, gözsüz şəkildə, çox keyfiyyətli şəkildə, üçölçülü görünüş olaraq görür. Üçölçülü görünüş olaraq. Yəni, dünyanın ən keyfiyyətli televizorunda belə olmayan bir keyfiyyətlə, dərinlik qəbuluyla görür. Eyni şəkildə səs də elədir. Səs də yalnız bir dalğadır.
Dalğa elektrikə çevrilir, ruhumuz isə elektrik axınını qulağı olmadan çox dəqiq, ən incə təfərrüatlarına qədər səs olaraq eşidir. Məsələn, toxunma hissi də elədir, masanın üstünə toxunanda barmaqlarımızın ucundakı sinirlər titrəyir, aparırlar, burada meydana gələn titrəməni beynimizə aparır, elektrik cərəyanı halında şüura ötürürlər. Şüur onu eyni barmaq kimi qəbul edir, yəni, barmağı varmış kimi, olmayan barmağı qəbul edir. Beynimizin içərisində barmaq yoxdur. Birbaşa barmaq ucu kimi qəbul edər. Məsələn, bir limon, limonun qabığı limon iyi verir. Limonu götürüb qoxuladığımızda ləzzətli bir limon qoxusu hiss edirik. O limonun üzərindəki kimyəvi maddələr, burnumuzdaki sinir uclarına gəlir, orada elektrik cərəyanına çevrilir, elektrik cərəyanı beynimizə gedir, iybilmə mərkəzindən şüur mərkəzinə göndərilir. Şüur mərkəzində burnumuz olmadan, biz o qoxunu ləzzətli bir limon qoxusu kimi hiss edirik.
Baxın olmayan bir burun, oradakı o qoxunu hiss edir. Elektrik cərəyanını qoxu kimi qəbul edir, özü də mükəmməl bir qoxu olaraq. Elektrik cərəyanını üçölçülü mükəmməl bir görünüş olaraq qəbul edir. Hətta o görünüşdən ötrü insanlar bir-birlərini qırırlar, mənim gəmim, sənin mənzilin, budur çəkib bir-birlərini vururlar, bilməm daha nələr, filan. Bütün hadisə o görünüşə görə yaranır. İnsanların imtahanı o görünüşdən ibarətdir. Ruh elektrik axınını gözsüz görür, burunsuz qoxulayır, qulaqsız eşidir. Ruhun qulağı yoxdur. Sadəcə zəif bir elektrik cərəyanını çox mükəmməl bir səs kimi eşidir. Ruhun elektrik cərəyanına ehtiyacı var?
Gözün gətirdiyi o elektrik cərəyanına ehtiyacı var? Sözün düzü yoxdur. Ehtiyacı yoxdur, çünki, onsuz da onları yaradan Allahdır. Elektrik cərəyanı səbəbdir. Yəni, Allahın elə bir şeyə ehtiyacı yoxdur, lakin çöldə cisim olaraq yaratmışdır. Xarici kainat qaradır, qapqaradır. Və maddə şəffafdır. Allah insanların öz acizliklərini görmələri üçün bu şəkildə yaratmışdır. Biz də o elektrik axınını, elektrik axınından yaranan, cəmisi (kiçik) bu boyda bir yerdə yaranan elektrik axınlarının qarışıqlarını mükəmməl bir dünya olaraq görürük.
Gənc qızlar küçədə çantalarıyla gəzirlər, dedi-qodu edirlər, bəziləri kafeyə daxil olur, bəziləri də tələsir, halbuki onların hamısının filmi cəmisi bu boyda bir yerdə onların taleyində Allah tərəfindən planlanmışdır. Məsələn, facebookda dostuyla yazışır. Məktəbə gedir, universitetə gedir, xəstəxanaya gedir, kafeyə gedir, dostlarıyla birlikdə tort yeyir, bütün bunların beyninin içində olduğundan xəbəri belə yoxdur. Xarici aləmi heç bir şəkildə görə bilməz, çöldəki aləmi təkcə Allah bilir. Amma o qədər mükəmməl yaratmışdır ki, ancaq düşünənin başa düşəcəyi şəkildə yaratmışdır, düşünməyənin fərq edə biləcəyi kimi deyil.