Hörmətli Adnan Oktarın 14 fevral 2011-ci il tarixli müsahibəsindən Məryəm surəsi ilə əlaqədar şərhləri.
ADNAN OKTAR: Şeytandan Allaha sığınıram. “Körpə dil açıb dedi: “Həqiqətən də, mən Allahın quluyam! O, mənə Kitab verdi və məni peyğəmbər etdi. Harada oluramsa olum, məni mübarək etdi və nə qədər ki, sağam, mənə namaz qılıb zəkat verməyi əmr etdi. Həm də məni anama qarşı qayğıkeş etdi, məni lovğa və bədbəxt etmədi. Doğulduğum gün də, öləcəyim gün də, yenidən dirildiləcəyim gün də mənə salam olsun!.”” Bu çox mənalıdır, bu, 33-cü ayədir. 33 yaşında göyə alınmışdı hz. İsa (ə.s). Birinci ayənin əbcədi 1987 tarixini verir. İkinci ayə 2007 tarixini verir. Üçüncü ayə də 2057 tarixini verir. 3 dövr var inşaAllah. “Allaha övlad götürmək yaraşmaz. O, pak və müqəddəsdir! O, bir işin olmasını istədikdə ona ancaq “Ol!”–deyər, o da dərhal olar.” Təkamüllə olmur. Dərhal olur inşaAllah. “Mən sizi və Allahdan başqa sitayiş etdiyiniz bütləri tərk edir və öz Rəbbimə dua edirəm.” Biz də nə edirik? Darvinist, materialistlərdən qopub ayrılırıq. “Atası dedi: “Sən mənim məbudlarımdan üz çevirirsən, ey İbrahim!?”” “O dövrün Darvinist, materialist düşüncəsindən üz çevirirsən?”-deyir hz.İbrahimə. “Əgər buna son qoymasan, səni mütləq daşqalaq edəcəyəm. Uzun müddət məndən uzaq ol!” “Mənlə əlaqəni kəs” deyir. “İbrahim dedi: “Sənə salam olsun! Mən Rəbbimdən sənin üçün bağışlanma diləyəcəyəm.”” Baxın, buna baxmayaraq çox nəzakətli davranır. “Həqiqətən, O mənə qarşı çox lütfkardır”-deyir, inşaAllah.