Hörmətli Adnan Oktarın 14 fevral 2011-ci il tarixli reportajından İbrahim surəsi ilə əlaqədar şərhləri.
ADNAN OKTAR:İndi, İbrahim surəsi, diqqət edin, bu, bir sirdir, Allahın bir sirridir. Şükür edilərsə Allah fiziki gözəlliyi də artırır, sağlamlığı da artırar, zənginlik verər, güc verər. Baxın, bir sirr var. Allah, deyir:“Şükür edərsinizsə artıraram.”Bu, insanların heç diqqətini çəkmir.“Mən onsuz da belə şükür edirəm artmaz”-deyir. Halbuki, bax, burada Allah çox əhəmiyyətli bir şey deyir. Allah vədindən dönməz.“Şükür edərsinizsə artıraram”-deyir. Səmimi bir müsəlman, Allahın əmrlərini yerinə yetirən bir müsəlman şükür etdiyində, Allaha həmd etdiyində nemət tədricən artır. Yəni bir günü digər bir günündən fərqli olur. Mütləq nemətdə artım olur. Bir möcüzə var.“Və and olsun”-deyir Allah, yenə bax and içir-“Yox əgər nankorluq etsəniz, bilin ki, Mənim əzabım şiddətlidir”, yəni Qurana, İslama arxa çevirsəniz, şükür etməkdən imtina etsəniz“Bilin ki, Mənim əzabım şiddətlidir.”
Onda da itkilər, əzablar başlayır. Bədən çökür, ruhən çökür, malı çökür (iflas edir) sürünməyə başlayır və axirətdə də əlbəttə cəhənnəm qarşılığı olur, Allah əsirgəsin. “Musa dedi: “Əgər siz və yer üzündə olanların hamısı kafir olsanız, Allaha heç bir zərər yetirə bilməzsiniz. Çünki Allah, həqiqətən də, Zəngindir, Tərifəlayiqdir.”” Diqqət edin,“Musa dedi: “Əgər siz və yer üzündə olanların hamısı kafir olsanız.””Bu nə vaxt olacaq bilirsən? Hicri 1542-ci ildə olacaq.“Siz və yer üzündə olanların hamısı kafir olsanız, Allaha heç bir zərər yetirə bilməzsiniz. Çünki Allah, həqiqətən də, Zəngindir, Tərifəlayiqdir.”Amma hal-hazırda dəccaliyyətdə də çox yüksək nisbət var, 99%-i Allahı inkar edir, dinsizlik 99%-dir. “Elçiləri onlara dedilər: “Göyləri və yeri yaradan Allaha şəkk etmək olar?”
Diqqət edin, bu, darvinistlərə cavabdır. O bizim sevimliyə də bir cavabdır, o da diqqətlə dinləsin.“Allah haqqında şübhə (edirsiniz)?O, günahlarınızı bağışlamaq və sizə müəyyən vaxta qədər möhlət vermək üçün sizi iman gətirməyə çağırır.”Yəni “bir müddət sonra canınızı alacağam” deyir Allah. “Onlar dedilər: “Siz də bizim kimi ancaq bir insansınız.””“Hər hansı bir insansınız, heç bir üstün xüsusiyyətiniz yoxdur, sadəcə bir insansınız.”-deyirlər. “Bizi atalarımızın ibadət etdiklərindən”-məsələn, atası nəyə ibadət edir bunun? Darvinə tapınır, darvinizmə tapınır elə deyil? “Bizi atalarımızın ibadət etdiklərindən döndərmək istəyirsiniz.”Yəni, bizi darvinist, materialist bataqlığından çıxartmaq istəyirsiniz.“Elə isə bizə açıq-aydın bir dəlil gətirin.”
Baxın, biz də sənəd kimi dəlil gətirdik. Yaradılış Atlasını gözlərinin önünə qoyduq. Əlbəttə burada Quranda nəzərdə tutulanın hər dövrə işarə edən tərəfi var. Mən dövrümüzə işarə edən yönünün bir qismini izah edirəm. İbrahim surəsi davam edir, Allah 3-cü ayədə belə buyurur, şeytandan Allaha sığınıram: “Biz zalımları mütləq məhv edəcək…”–yəni dəccaliyyəti mütləq məhv edəcəyik. Məsələn, iddia edilən Ergenekon Terror Təşkilatını Allah yerlə bir etdi, Allah əzir.“Və onlardan sonra”-yəni o dəccalın məhv olmasından sonra-“sizi o yerdə”-yəni dünyada-“sakin edəcəyik”, hakim edəcəyik.“Bu, hüzurumda durmaqdan qorxanlar”-yəni Allahdan qorxanlar-“və təhdidimdən çəkinənlərə aiddir.”Yəni səmimi iman edənə verilmiş bir imtiyazdır. “Elçilər qələbə istədilər. Hər bir inadkar dikbaş da”-yəni dəccal-“ziyana uğradı.” Əbcədi 1993 tarixini verir.