Hörmətli Adnan Oktarın 13 fevral 2011-ci il tarixli müsahibəsindən Qəsas surəsi ilə bağlı şərhləri.

ADNAN OKTAR: Qəsas surəsi, 37, şeytandan Allaha sığınıram. “Musa dedi: “Rəbbim Öz tərəfindən kimin doğru yolu göstərən rəhbərliklə gəldiyini və Axirət yurdunun kimə nəsib olacağını daha yaxşı bilir.” Yəni dünyanın son hakiminin kim olacağını yaxşı bilir. “Şübhəsiz ki, zalımlar nicat tapmazlar!” Yəni dəccallar nicat tapmazlar. “Amma dünya yurdunun kimə nəsib olacağını daha yaxşı bilir.” İnşaAllah, Allahın izni ilə hz. Mehdi (ə.s) və hz. İsa Məsih (ə.s)-a aid olacaq. “Rəbbim Öz tərəfindən kimin doğru yolu göstərən gezgindiyari_com-kuran-kerim-resimleri-3rəhbərliklə (hidayətlə) gəldiyini”-yəni hidayətlə gələn kimdir? Mehdi (ə.s)-dır, inşaAllah.

Bir çox mənası var, bir çox işarəsi var. Biz Axırzamana, Mehdi (ə.s)-a aid olan tərəfini təfsir edirik, şərh edirik. “Firon dedi: “Ey əyanlar! Mən sizin üçün özümdən başqa bir məbud tanımıram.” Dəccallıq edir, dəccallığını elan edir. Yəni haşa “Allah yoxdur”-deyir. O dövrün darvinisti, materialisti, Darvini firondur. Firon, o dövrün Darvinidir. Çünki “Nilin palçığından əmələ gəldiniz-deyir onlara. O dövrün darvinist, materialisti:

Nilin palçığından böyük heyvanlar, bitkilər, hər şey Nilin palçığından təsadüfən yarandı”-deyir. “Ey əyanlar! Mən sizin üçün özümdən başqa bir məbud tanımıram. Ey Haman! Mənim üçün palçığın üzərində od qala və bir qüllə düzəlt ki,”-əlbəttə bu, həqiqətən palçıq nəzərdə tutur. Amma əgər biz, üçüncü, dördüncü, beşinci dərəcədə təfsir etsək, dərinliyinə baxsaq, işarəli mənada həqiqətən palçığın nəzərdə tutulduğunu görərik. Darvinist və materialistlər nə deyir? “Nilin palçığından yarandı” -deyir, elə deyil? Burada nə deyir? Palçıq”-deyir. “Palçığın üstündə bir od qalayıb”-deyir.

Nə alovu yandırır? Fitnə alovu yandırır və o fitnə alovu bütün bölgəni əhatə edir. “Mənə hündür bir qüllə inşa et.” Yəni “Elə bir dəccaliyyət inşa et ki, yarat ki, dəccaliyyətin görünüşü o qədər göz boyayan olsun ki, sanki bir qülləni xatırlatsın. Böyük bir bina kimi olsun”deyir. Mənə hündür bir qüllə inşa et Musanın məbudunun yanına qalxım.” Guya öz ağlına görə, axmaqca lağ edir firon. “Mən, həqiqətən də, onu yalançılardan hesab edirəm.”-deyir. hz. Musa (ə.s)-ı təkzib edir. O dövrün dəccalı, onu öz dinindən dönməklə, mürtədliklə ittiham edir. “Mürtəd, mənim dinimdən döndü”-deyir. Sənin dinin onsuz da azğın bir dindir, elə deyil? Haqq din İslamdır, inşaAllah.

Bəzən də münafiqlər çıxar. Münafiqlər də Mehdi (ə.s)-a “haqq dindən döndü” deyəcək. O da ayrı bir fitnədir, inşaAllah. “Firon və onun əsgərləri yer üzündə haqsız yerə təkəbbür göstərdilər və elə güman etdilər ki, hüzurumuza qaytarılmayacaqlar.” Məsələn, İslam ölkələrində, Ənvər Sədat da elə idi, bu firon da elədir. Kimə güvənərək biabırçılıq çıxardırlar? Əsgərə güvənərək biabırçılıq çıxardırlar. Misir əsgəri nə etdi? Buna müqavimət göstərdilər. Bunun əxlaqsız olduğunu bildiyi üçün, “biz sənin xidmətçin deyilik”-dedilər insanlar. Yaraşanı etdilər və onu qovdular. Tək-tənha qaldı və sonda istefa etdi.

Amma əlbəttə istefası da kələkbaz (hiyləli) bir istefa idi. “Biz onları oda çağıran rəhbərlər etdik.” Fitnəyə, bəlaya, cəhənnəmə çağıran rəhbərlər etdik. Diqqət edin, buradakı palçıq və buradakı od, haqqında danışılan odla əlaqəli görünür. “Oda çağıran.” Nə deyir?: “Ey Haman! Mənim üçün palçığın üzərində od qala.” Yəni bir fitnə alovu. “İnsanlar Nilin palçıqlarından törədi (yarandı)”-deyir. Böyük bir fitnə alovudur bu və böyük bir qüllə inşa edir. Dəccalın da belə bir qüllə kimi olduğu, bu qədər yerli-yerində olduğu təşbehli olaraq hədislərdə bənzətmə ilə bildirilir. Hətta hz. İsa (ə.s) atılar, qılıncı ancaq (dəccalın) dizinə qədər çata bilər”-deyir. O qədər hündürdür yəni. Onun fitnəsinin nə qədər əzəmətli olduğu izah edilir.