Hörmətli Adnan Oktarın 10 fevral 2011-ci il tarixli müsahibəsindən Yunis surəsi ilə əlaqədar şərhləri.
ADNAN OKTAR: Şeytandan Allaha sığınıram. Yunis surəsi, 82-ci ayə. “Günahkarlar istəməsələr də”–yəni küfr içində olanlar, Darvinistlər, materialistlər, kim olursa olsun, İslam əleyhdarı, İslama qarşı mübarizə aparan kim varsa-“günahkarlar istəməsələr də Allah Öz kəlmələri ilə”, yəni Quran ilə, İslam ilə, “haqqı bərqərar edəcək.” Əbcədi 2042 tarixini verir. Ən ehtişamlı illərdir inşaAllah. 86-cı ayə: “Və bizi Öz mərhəmətinlə kafir qövmün əlindən qurtar!” Bu ayənin əbcədi 2021 tarixini verir, qardaşım bu qədər uyğunluq olmaz, bu, bir möcüzədir.