Hörmətli Adnan Oktarın 10 fevral 2011-ci il tarixli müsahibəsindən Ənam surəsi ilə əlaqədar şərhləri.
ADNAN OKTAR: Şeytandan Allaha sığınıram, Ənam surəsi, 48. “Biz elçiləri”-yəni Mehdiləri-“yalnız müjdə verən və xəbərdarlıq edənlər kimi göndəririk.” Müjdə verirlər və Allahdan qorxmaları üçün insanları xəbərdar edirlər. Axirəti, qiyaməti, ölümü xatırladırlar. “İman gətirib əməllərini islah edənlərin heç bir qorxusu yoxdur və onlar kədərlənməyəcəklər.” Müsəlman üçün Allah qorxusundan başqa heç bir şey yoxdur. “İman gətirib əməllərini islah edənlərin heç bir qorxusu yoxdur və onlar kədərlənməyəcəklər.” Nə dünyada, nə də axirətdə. Olduqca rahat olacaqlarını deyir Allah, inşaAllah.