Hörmətli Adnan Oktarın 14 may 2011-ci ildəki müsahibəsindən Zuxruf surəsi ilə əlaqədar şərhləri.
ADNAN OKTAR: Zuxruf surəsi, 23, şeytandan Allaha sığınıram, Allah deyir: “Biz səndən əvvəl hansı bir şəhərə xəbərdarlıq edən (bir peyğəmbər) göndərdiksə”-yəni bir Mehdi, bir mürşid, bir Peyğəmbər göndərdiksə-“onun cəh-cəlal içində yaşayan sakinləri:”–yəni saxtakarları-“(belə) demişlər: “Həqiqətən biz, atalarımızı”,-yəni əvvəlki alimlərimizi-“bu yolda gördük, və biz də onların yolunu tutub gedəcəyik!”–dedilər.” Yəni “onların kitablarına, onların düşüncələrinə iman gətirərik, sənə iman gətirmərik biz”–deyirlər. Hz. Mehdi (ə.s) gələndə nə deyəcəklər? Eyni sözləri deyəcəklər.
“(O peyğəmbərlərdən hər biri də belə) demişdir:”-yəni o Mehdilər də belə deyirlər-“ (Peyğəmbər) dedi: “Əgər sizə atalarınızın tutduğu o yoldan daha doğrusunu göstərsəm necə?” Yəni “daha doğrusunu, tam doğru olanını gətirmiş olsam necə?” “ Onlar dedilər: “Biz sizinlə göndərilənləri inkar edirik.’” “Biz sizə qarşıyıq” deyirlər. Hz. Mehdi (ə.s)-a da eyni rəftarı göstərəcəklər, eyni sistemdir. “Biz də onlardan intiqam aldıq. Bir gör (haqqı) yalan sayanların aqibəti necə oldu.“ Allah, bu intiqamlarını alır, xəbərləri yoxdur. O tiplərdən Allah həmişə intiqam alar, xəbərləri yoxdur.
“Bir zaman İbrahim öz atasına və qövmünə demişdi: “Mən sizin ibadət etdiklərinizdən uzağam.’” Təkbaşına idi, o dövrün Mehdisi olan hz. İbrahim (ə.s), bütün xalq ona qarşı idi, atası da qarşı idi. Quranın izah etmək istədiyi budur. Hz. Mehdi (ə.s) tələbəsi və yaxud mehdiyyət ortaya çıxanda ailələr də hz. Mehdi (ə.s) tələbələrinə qarşı olar. Quranın işarə etdiyi budur. Atası da, anası da, qardaşı da qarşı çıxa bilər. Mehdiyyət çətinliklə olar, Quranın izah etmək istədiyi, işarə etdiyi budur, inşaAllah. “Bir zaman İbrahim öz atasına və qövmünə demişdi: “Mən sizin ibadət etdiklərinizdən uzağam.” Yəni “sizin inancınızda deyiləm.”
“Yalnız məni yaradandan başqa! Şübhəsiz ki, O, məni hidayətə, doğru yola yönəldəcəkdir.” Hidayətə yönəltmək nə deməkdir? Mehdilikdir, lüğətdə izahı belədir. “O bunu (tövhidi) öz nəsli arasında daimi qalacaq bir kəlmə etdi ki, bəlkə (doğru yola) qayıtsınlar.” 1999-cu ili verir əbcədi. Öz nəsli arasında qalıcı olaraq tövhid inancını buraxır. Öz soyunda kim var?
Hz. Mehdi (ə.s) var. Hz. Mehdi (ə.s) kimin soyundandır? Hz. İbrahim (ə.s)-ın nəslindəndir. “Doğrusu, Mən bunlara da, atalarına da haqq və (onu) bəyan edən bir elçi gələnədək dolanışıq nəsib etdim.” Əbcədi 2015-dir ayənin. Davam edir ayə, ard-arda. Əbcədi-tənvinli 1999, şəddəli və tənvinli 2029 tarixini verir. 28-ci ayə, şəddəsiz 2029, 2015 tarixini verir. 30-cu ayənin əbcədi, şəddəli 1990 tarixini verir. “Onlara haqq gəldikdə isə: “Bu, sehrdir, biz ona inanmırıq!”– dedilər.‘” “Ona qarşı mübarizə aparacayıq“-deyirlər, yəni dövrün Mehdisinə. Hal-hazırda, dövrümüzdə də eyni şeylər yaşanır.
Qardaşlarımız deyir ki, biz mehdiyyəti izah edirik, insanlar qulaq asmır və yaxud qarşı çıxırlar. Yaxşı, dinləsə, qarşı çıxmasa mehdiyyət olar? Müqavimət göstərməlidir ki, mehdiyyət də olsun, qarşı çıxmalıdır ki, mehdiyyət olsun. Hər izah etdiyini adam qəbul etsə, hər dinləyən razılaşsa mehdiyyət deyə bir şey olmaz. Mehdiyyət-ona qarşı müqavimət göstərilən deməkdir. Hz. Mehdi (ə.s) əzəndir, əzə-əzə irəliləyəndir və qarşı çıxılandır. Qarşı çıxan olmasa hz. Mehdi (ə.s) da olmaz. Dəccaliyyət, cahillər qarşı çıxmalıdır ki, o da əzə-əzə haqqı izah etsin, inşaAllah. O dövrün qatı dinçiləri deyir: “Onlar dedilər: “Nə üçün bu Quran iki şəhərdən (Məkkədən və ya Taifdən) olan böyük bir adama nazil edilmədi?””
İndi Türkiyənin iki böyük şəhəri hansılardır? Ankara və İstanbuldur, elə deyil? “Nə üçün bu Quran iki şəhərdən (Məkkədən və ya Taifdən) olan böyük bir adama nazil edilmədi?” Və yaxud “Məkkə və Mədinənin böyük bir aliminə endirilməli deyildi? Peyğəmbərimiz (s.ə.v)-in Peyğəmbərliyini qəbul etmirdilər. Niyə? “Əbu Qasımın yetimi Peyğəmbər olacaq?” deyirdilər. Orada alimlər var, müəllimlər var, o dövrün öndə gedənləri var, “onlardan biri olması lazımdır” deyirlər. “Oxuma, yazması da yoxdur onun, ümmidir“ deyirlər. “Oxuma yazması olmayan, ümmi olan necə Peyğəmbər olar?” deyirlər. İndiki cahillər nə deyir? Peyğəmbərimiz (s.ə.v) hədisdə: “Hz. Mehdi (ə.s) ərəbcə bilməz, ümmidir.” “O zaman necə hz. Mehdi (ə.s) olacaq” –deyirlər. Allah diləyəndə olur.