Hörmətli Adnan Oktarın 13 may 2011-ci ildəki müsahibəsindən İbrahim surəsi ilə əlaqədar şərhləri.

ADNAN OKTAR: Şeytandan Allaha sığınıram. İbrahim surəsi 34-cü ayə: “O sizə istədiyiniz hər şeydən vermişdir.”-deyir Allah. Göz verir, qulaq verir, barmaqlar var, qablar var, işıq, elektrik və s. İndi burada saysaq, bu gün bitməz, sabahı gün də bitməz, qruplaşdıraraq saymaq istəsək də, yenə bitməz, elə deyil? “Əgər Allahın nemətlərini sayacaq olsanız, onları sayıb qurtara bilməzsiniz.”-deyir Allah. “Həqiqətən, insan çox zalım, çox nan­­kordur.” Maraqlanmırlar deyir Allah, bu qədər nemət verdiyim halda, beyinlərinin içində bu qədər yerdə yaşadıqları halda, arası kəsilmədən Allah onlara görünüş, səs, nemət təqdim edir, hisslər verir, lakin onlar maraqlanmırlar.

Yəni laqeyddirlər, laqeyd yanaşır, maraqlanmırlar, Allah bundan bəhs edir. İndi biz beynimizin içərisində, mərcimək qədər bir yerdə bu görüntüləri görürük, bu səsi eşidirik, yəni şüur deyilən yerdə, bunları indi yaşayırıq. Təmiz havanı da Allah göstərir, avtomobil səslərini, küçədəki satıcıları, simit satıcılarını Allah göstərir, insanların döyüşlərini göstərir. Necə filmlərdə təbii səhnələr göstərilir, məsələn, kovboy filmlərində də itlər olur, küçədə gəzişən itlər də olur, təbii bir görünüş verilir, eynisi olur. Allah da bu dünyada, bizə belə görüntü verir. Amma qəflət içində qalmağa qərarlı olan insanlar, var gücləri ilə düşünməmək üçün müqavimət göstərərlər.

Allah, düşündürücü şeyləri həmişə verər, onlar düşünməzlər. O zaman Allah, insana, düşünsünlər deyə tez-tez bəla verir, xəstəlik verir, yenə düşünmür, yenə xəstəlik, bəla verir, yenə düşünmür. Məsələn, ölümü yaradır Allah, çox qısa müddət sonra ölümü görürlər, yenə düşünmək istəmirlər. Allah, düşünmələri üçün, ölümdə çox faciəvi sonluq 1391583660_qurani_kerim_00001meydana gətirir. Məsələn, bir ölüdə yaranan qoxu çox iyrəncdir, dünyadakı ən iyrənc qoxudur. İnsanın ölümündə yaranan görünüş dəhşətvericidir.

Gözləri qabarar, bağırsaq təzyiqin təsiriylə ağzından çıxar, qadında bətn çölə doğru çıxar, gözü jele kimi axar, saçları torpaq altında qalmış keçə kimi, çox çirkli bir yun parçası halına düşər, ətləri tökülər, bütün sümükləri tökülər. Bu çox qısa müddətdə baş verir. Məsələn, otuz, qırx, əlli, altmış, yetmiş yaşında bir qadın, ömrü 40 ildə bitir. Çox qısa müddətdə bitir.

Buna baxmayaraq coşquyla, dəlicəsinə dünyaya bağlanır insanlar. Məsələn, paltar geyinir, incə, yundan və ya kətandan istehsal olunmuş bir şeydir. Qısa müddət sonra onlar parçalanır, avtomobil alır, avtomobil köhnəlir, ev alır, ev köhnəlir, dağılır. Dünya olur, dünya da ən sonda qiyamətdə parça-parça olub dağılar, qısa müddətdə olar. Baxın dinlərin bitməsinə yetmiş il var. Yəni 1545-ə kimi qiyamət qopacaq” deyir Bədiüzzaman. Lakin Allah necə xəbərdarlıq edirsə etsin, insanların böyük hissəsində qəflətə meyil var. Məsələn, acizlik içindədir insan, qadınlar saçını rəngləyərək, makiyaj edərək gözəlləşməyə çalışırlar. Allah xüsusilə əskik yaratmışdır.

Məsələn, kəpənəklərdə elə bir şey yoxdur, kəpənək çox gözəl, ehtişamlı və bəzəklidir, makiyajı çox mükəmməldir, heç bir əlavəyə ehtiyac yoxdur. Kəpənəyin üstündə əlavə bəzək üçün heç bir şeyə ehtiyac yoxdur, heç bir şey etməyə ehtiyac yoxdur. Məsələn, bir qırqovul möhtəşəmdir, onun üstünə daha nə bəzək vuracaqsan? Qızılı qırqovul möhtəşəm, tərtəmiz parlayar, çox gözəldir. Amma insan xüsusilə acizlik içində yaradılmışdır. Məsələn, qulağını təmizləməlidir, burnunu təmizləməlidir, ağzını təmizləməlidir, qoltuq altını təmizləməlidir, bədəninin hər yerini təmizləməlidir və həmişə acizlik içindədir. Bir böcəyin belə bir problemi yoxdur, diqqət yetirsəniz böcək tərtəmiz parlayar, qarışqalar laklı kimidir. Onların nə diş fırçalamağa ehtiyacı vardır, nə səhər əl-üzünü yumağa ehtiyacı vardır. Pəncələrini bir neçə dəfə silərlər iş bitər, tərtəmiz olarlar.