Hörmətli Adnan Oktarın 13 may 2011-ci ildəki müsahibəsindən Əraf surəsi ilə əlaqədar şərhləri.
ADNAN OKTAR: Əraf surəsi 157-ci ayə, şeytandan Allaha sığınıram: “O kəslər ki, yanlarındakı Tövrat və İncildə haqqında yazılmış olduğunu gördükləri elçinin–(ümmi) yazıb-oxumaq bilməyən peyğəmbərin, ardınca gedərlər.” Deməli, Tövrat deyə, İncil deyə bir kitab var, yəni yox hökmündə deyil. Cübbəli isə: “Yoxdur elə bir kitab”-deyir. Allah: “Var”-deyir. Bax, səhabələr dövründə də var. “İncildə haqqında yazılmış olduğunu gördükləri elçinin.” “Yazılı, var”-deyir, Allah. “Yazılı elan var” deyir. “Ümmi, yazıb-oxumaq bilməyən”-xəbər gətirən-“peyğəmbərin, ardınca gedərlər O, (peyğəmbər) onlara yaxşı işlər görməyi buyurar.”
Yəni, gözəl olan hər şeyi-sülhü, qardaşlığı, sevgini, əmin-amanlığı, yaxşılığı-“pis əməlləri isə qadağan edər”-yəni adam öldürməyi, zülmü, əzabı, iztirabları, yəni hər cür pisliyi –“əmr edər.” Təmiz şeyləri halal, murdar şeyləri haram edir, təmiz şeylər həddindən artıq çoxdur, haram olanlar isə çox azdır. Donuz əti, şərab, Allah adına kəsilməyənlər, Peyğəmbərimiz (s.ə.v)-in Quran ayələriylə, haram olaraq bildirdiyi digər yeməklər. “Murdar şeyləri haram edir.” Məsələn qan, qan da haramdır. “Onların ağır yüklərini yüngülləşdirər və onları buxovlardan (zəncirlərdən) xilas edər.” Baxın bu, çox əhəmiyyətlidir:
“Onların ağır yüklərini”-deyir, çünki o dövrdə müşriklər min cür müxtəlif qanun çıxartmışdılar. Sağa döndün haram, sola döndün haram, gülmək qadağan, oturmaq qadağan, danışmaq qadağan, hər şey qadağandır. Bu, müşriklərin xüsusiyyətləridir. Allah nə deyir? “Onların ağır yüklərini yüngülləşdirər və onları buxovlardan (zəncirlərdən) xilas edər.” Onları əhatə edən (bürüyən) qadağan zincirləri.
Çünki o dövrdə, ağıla gələn hər şey haram idi. Məsələn, bir heyvan kəsəndə, “heyvanın bu qismi yeyilməz” deyirdilər. “Sağ qıçını yeyə bilərsən, sol qıçını yeyə bilməzsən. Kürəyinin bu qismini yeyə bilərsən, digər qismini yeyə bilməzsən.” -deyilirdi. Ağlınıza gələn yüzlərlə şey qadağan idi, onları ləğv elədi Allah. “Ona iman gətirən, onu dəstəkləyən”, yəni inanır, amma dəstək olmaq və müdafiə etmək ayrıdır.
Həm dəstək olur hər yerdə, onun lehinə danışır, müdafiə edir. Hücum olanda zərər gəlməməsi üçün, diqqət göstərir, lazım olsa canından keçir. “Kömək edən”-yəni puluyla, imkanıyla, bütün gücüylə kömək edənlər. “Və onunla göndərilmiş nurun (Quranın) ardınca gedənlər”-yəni Quranın ardınca birlikdə gedənlər, “Nurun (Quranın) ardınca gedənlər isə nicat tapanlardır”-deyir Allah. İndi, burada nə görürük? İnsanların rahat, hüzurlu, təzyiqdən xilas olmalarını, gözəl əxlaqlı olmalarını, qəlblərinin rahat olduğunu görürük. İnsanlar nə edir? Bol-bol qadağalar çıxardırlar, bol-bol haramlar çıxardırlar. Əzablı, çətin, döyüş, qan mühiti yaradırlar. Allah da, bunları qadağan edir. “Gözəl yaşayın”-deyir.
Heyrətlənirəm, normalda qan, əzab çox çətin bir şeydir. Adam bombalamaq, bombanın emal edilməsini bir fikirləşin, bombanın istehsalında, yüzlərlə mühəndis çalışır. Çox çətin, mürəkkəb bir quruluşu var və çox bahalı bir şeydir. Onu təyyarəyə yükləyirlər, təyyarə ilə koordinat təsbit edilir, adamların başına bombanı atırlar, uşaqların qolu, qıçı qopur, ağzı-burnu qopur. “Tam hədəfə nail olduq“-deyir, insanlar ovuc-ovuca, bir-birlərinə təbrik edərək salam verirlər. “Bax, tam hədəfi vurduq“-deyir. Sonra da ekranda göstərirlər, “baxın, necə vurmuşuq, bombanın partlayışını görürsünüz? Cihaz mükəmməl çalışır. Bomba da, təyyarə atışı da mükəmməldir. Yaxşı adam öldürdüyünə görə gəl bir medal da taxım, nə qədər gözəl adam öldürürsən sən.“ deyir. Adam öldürdüyünə görə cərgə-cərgə medallar taxır insana. Bax, Əfqanistandakı uşaqları göstərdin. Yazıq uşaqlar orada sürünürlər. Başlarına yağış kimi bomba yağır. Adamlar da tez-tez “hz. Mehdi (ə.s) yoxdur, hz. İsa (ə.s) gəlməyəcək, İslam Birliyi olmayacaq, Türk İslam Birliyi olmayacaq” deyərək müsəlmanların şövqünü, həyəcanını qırmağa çalışırlar.