Hörmətli Adnan Oktarın 11 may 2011-ci ildəki müsahibəsindən Ənkəbut surəsi ilə əlaqədar şərhləri.
ADNAN OKTAR: Diqqət edin, Allah Ənkəbut surəsi, 20-ci ayədə belə buyurur: “De: “Yer üzünü gəzib dolaşın və (Allahın) məxluqatı ilk dəfə necə yaratdığına baxın.” Diqqət edin “yaradılışı araşdırın”-deyir Allah bizə-“ətraflı araşdırın və tapın.” Elektron mikroskop da buna daxildir, paleontologiya da buna daxildir, geologiya elmi də buna daxildir hamısı buna daxildir. Bütün elm sahələrini istifadə etməyimizin fərz olduğu burada aydın olur. “Yer üzündə gəzib dolaşın”-deyincə əlbəttə, Cübbəli bunu səmimiyyətsiz qiymətləndirir, o, bütün yer üzünü gəzməyimizin vacib olduğuna inanır, özünə görə. Ona görə də belə qulağı yanmış pişik kimi həmişə gəzir, əlində çəlik, bir aşağı bir yuxarı…
“Məsciddən darıxdım, bezdim“–deyir. “Artıq Alp dağlarının təpəsi, Appeninlərin təpəsi, hara çıxa bilirsə...” Allah “Yer üzündə gəzib dolaşın” deyərkən, əvvəl bizdən yer üzündən fitnəni qaldırmağımızı istəyir. Əsas ibadətlər var. Bundan qalan vaxtı isə, ibadət fikri ilə, elm adamlarının yaradılışı araşdırması lazımdır. Amma əsas nədir? İlk növbədə, ən başda namaz var, namazlarımız var. Məsələn, müsəlman oruc tutmalı, zəkat verməli, vaxtı, imkanı varsa həccə getməli, Kəlmeyi-şəhadət gətirməli və İslam Birliyini dəstəkləməlidir. “Fitnə aradan qalxana qədər və din ancaq Allaha məxsus edilənədək onlarla vuruşun.” (Bəqərə surəsi, 193).
İndi biz, məsələn, Yaradılış Atlasını (kitabını) Avropada minlərlə (sayda) paylatdırdıq. Bu kanalı qardaşlarımız qurdu, burada söhbət edirik. İndi Cübbəlinin ağlına uyub mən də gedə bilərəm. Məsələn, indi Cənubi Afrikada, Cənubi Afrika sahillərində “Allah “dənizə gedin” bizə əmr edir ayədə, dənizlərdən bəhs edir, mən də Cənubi Afrikanın dənizlərini gəzirəm” deyə bilərəm. Yaxud Everest təpəsində gəzə bilərik. Yaxud Klimancaroya gedə bilərik. Bir çox yerə gedə bilərik. Yaxud Uludağda xizəklə sürüşməyə gedə bilərik. “Həm dağı seyr etməyə, həm də təfəkkür etməyə gəldim”-deyə bilərəm, elə deyilmi?
Nə edirik? Tez-tez Allahın dinini izah edirik, Quranı izah edirik. Quranın səmimiyyətsiz şərh olunması çox təhlükəlidir. Quranın səmimiyyətsiz şərh olunmasına qarşı əslində bir iş görməyimiz lazımdır. Bu, çox ciddi bir təhlükədir. Məsələn, ayədə: “Allahı zikr edin”-deyir Allah, “çox zikr edin”-deyir. “Yaxşı” deyir adam, “mən çox zikr edirəm, heç bir iş etməyəcəyəm, təbliğ də etməyəcəyəm”-deyir. “Namaz qıldıqdan sonra həmişə Allahı zikr edəcəyəm”-deyir. Uşaq-muşağı öldürürlər, pis vəziyyətə salırlar. Millət çıxılmaz vəziyyətə düşüb, İslam aləmi parça-parçadır. Gözləniləcək vəziyyət var? Sənin, burada (bu əziyyətdə) zikr etməyin, müəyyən bir miqdarda nəzərdə tutulur.
Yəni, etdiyin cihaddan, mübarəzidən, səydən, təbliğdən artıq qalan vaxt nəzərdə tutulur burada. Yaxud “milyonlarla dolları, pulu dünyanı gəzməyə ayır”–demir ki, Allah. Bu pulu kasıba, füqəraya paylamaqla biz mükəlləfik. Ehtiyacı, İslamın yayılması üçün istifadə etməklə mükəlləfik. Cübbəli yanıb yaxılır: “Pulum yoxdur, pis vəziyyətdəyəm“–deyir. Hətta: “O qədər pulsuzam ki, əgər mənə kömək etsəydilər məsciddə qalardım. Bu qədər pərişanam.”-deyir. Alp dağlarının təpəsində nə işin var sənin? Malta adasında sənin nə işin var? Milyonlarla lirə pul gedir oraya. Çox bahalıdır, təyyarə pulu bahalı, oradakı otel xərcləri bahalıdır. Dünyanın xərcidir!
Nəyə lazımdır? Quranda belə bir hökm var? Deməli, bu cür şərh edib, insanlara təsir edə bilir. Ona görə bunu da, yəni Quranı və sünnəni səmimiyyətsiz şərh olunması haqqında bir kitab hazırlamalıyıq. Məsələn, bu təhlükəni gördük. Yəni Cübbəlinin bu danışığından bu təhlükəni gördük. Bəzi insanlar var, belə qanunlarda bir təfərrüat axtarar, bir şeylər etmək üçün. İndi Cübbəli də Quranın açıq hökmünü səmimiyyətsiz (yalnış) şərh edib, tamamilə fərqli bir məna çıxartmaq istəyir. Buna qarşı əgər ağıllı bir iş görsək, daha təfərrüatlı, dəlillərlə, Cübbəlinin bu mövzudakı imkanı ortadan qalxmış olar. Cübbəli“Orada biz “Allah” deyirik” deyir canı-könüldən. Dağın təpəsində! Alp dağlarının təpəsinə çıxmaq lazımdır “Allah” demək üçün? “Məsciddə deyəndə sıxılıram”-deyir. Alp dağının təpəsində deyincə fərəhlənirmiş. Bu qəribəliyi kitab halına gətirməliyik.