Adnan Oktarın Kaçkar telekanalında verdiyi canlı müsahibəsi (15 dekabr 2010)
Adnan Oktar: “Onlara öz Rəbbindən yeni bir xatırlatma gəldikdə“ deyir. “Onlara öz Rəbbindən yeni bir xatırlatma”, məsələn, yeni bir hədis söyləyirsən, “İslam Birliyi olacaq” deyirsən, Mehdi (ə.s)-ın bu əlaməti var, bu var deyirsən. “Bunu mütləq oyun mövzusu edərək dinləyirlər”. “Təsirlənmirlər” deyir. Dəyişdirirlər, oyun oynayırlar. Öz axmaq ağlınca lağ etməyə çalışar, rədd edər, söyər, qışqırıb bağırar. Bax: “Bunu mütləq oyun mövzusu edərək dinləyirlər” deyir, bir xatırlatma gəldikdə. “Onların qəlbi ehtirasla məşğuldur”, yəni holdinqləriylə, arvadıyla, uşağının təhsiliylə, işiylə, gücüylə, gəlirlə məşğuldur.
“Zülm edənlər gizlicə pıçıldaşıb”, öz aralarında danışırlar, “bu sizin bənzəriniz olan bir bəşər deyil?” deyirlər. Məsələn, bunun nə xüsusiyyəti var, bu Mehdi (ə.s)-a haradan bənzəyir, deyir. Bu Peyğəmbər ola bilməz deyir. Peyğəmbərimiz (s.ə.v) üçün endi bu ayə, lakin Axırzaman üçün mən şərh edirəm. “Bu sizin bənzəriniz olan bir bəşər deyil?” Mehdi (ə.s) ola bilməz deyir, Mehdi (ə.s) onsuz da gəlməyəcək. “Elə isə, göz görə-görə caduya mı düçar olacaqsınız?” Onun təlqinlərinə mi qapılacaqsınız, deyir. Cadu dedikdə bu nəzərdə tutulur, təlqin və ya hər hansı yolla beyninin təsir altında qalması.
“O dedi: “Mənim Rəbbim, göydə və yerdə deyilən sözü bilər, belə ki, O, eşidəndir, biləndir””. Allah ayədə: “Allah sizin gizlicə pıçıldaşmalarınızı bilər” deyir. “”Xeyr” dedilər. “(Bunlar) qarmaqarışıq xülyalardır””, hazırda mehdiyyət və İsanın (ə.s) gəlişi üçün nə deyirlər? “Qarmaqarışıq düşüncələr, xülyadır bunlar, xəyal. Bunu haradan çıxardırsınız” deyirlər. Eynisidir.
“İslam Birliyi” deyirsən, “xəyaldır bu, xülyadır bu, haradan çıxardırsan” deyir. Bax, eynisidir. “Xeyr, onu özü uydurmuşdur, xeyr o bir şairdir”. Bax, min bir cür böhtan və ədəbsizlik, küfr əhlinin axmaqlığı, tək-tək saydırırlar. “Belə deyilsə, əvvəlkilərə göndərildiyi kimi bizə də bir ayə (möcüzə) gətirsin”. Necə möcüzə? Başının üzərində bir bulud olsun, bu Peyğəmbər (s.ə.v) deyə söyləsinlər deyir, ayə var, Quran ayəsidir. İsbat etsin bizə, deyir. Başının üstündə bir bulud olsun, bu Mehdi (ə.s)-dır, desin deyir.
Bununla da kifayətlənmir; səma mələklərlə dolsun, hər dildə, serb, xorvat, macar, bosniya dilində, səmada hər dildə onun Mehdi (ə.s) olduğunu söyləsinlər, o zaman qəbul edərəm, deyir. Mehdi (ə.s) onsuz da Mehdi (ə.s)-am deməyəcək onsuz da, sənə səmadan isbat olsun. Bir də səmadan mələklər onu söyləyər, mələklər yalan danışır deyərmi Mehdi (ə.s)? Necə desin? Vəhy hökmündə olur onsuz da. Bunun üçün, baxın bu insanlar tam qarışıqlıq içindədirlər, tam çıxılmaz vəziyyətə düşüblər. Mehdi (ə.s)-a qarşı mübarizə aparmaq üçün gülməli hallara düşürlər və çox acınacaq hallara düşürlər. Bu Mehdi (ə.s) təşvişi sizin də diqqətinizi çəksin. Allah: “Özlərindən əvvəl dağıtdığımız heç bir ölkə (xalqı) iman gətirməmişdi; indi bunlarmı iman gətirəcək?” deyir. İmana qarşı müqavimət göstərirlər.