Header

Kəhf surəsi, 59-60 (mehdiyyətə müqavimət göstərən ölkələr dağılacaq)

Aa4a

Hörmətli Adnan Oktarın 05 fevral 2012-ci ildəki söhbətindən

Adnan Oktar: Dünyanı idarə edən güclər hz. Xızır (ə.s)-ın nəzarəti altındadır, hz. İsa Məsih (ə.s)-ın nəzarəti altındadır. Bir şey bilirəm ki, söyləyirəm. Çünki hz. Xızır (ə.s) vəhylə hərəkət edir. Bunu söyləyim ki, “dağıdın” desə dağıdarlar. Kəhf surəsində, 59-cu ayə, burada hadisə izah edilir, çox açıq, aydın. Şeytandan Allaha sığınıram. “Budur ölkələr”, İran, İraq, Suriya, Livan, hamısını sayırıq. Allah: “Budur ölkələr” deyir, göstərir. Bir kərə ölkələr var. “(Və onların xalqları), zülm etdikləri zaman onları dağıtdıq“. Zülm nədir? Allahın sisteminə hqdefaultmüqavimət göstərdikləri zaman.

Hz. Mehdi (ə.s)-ın çıxışına müqavimət göstərdikləri zaman. Hz. İsa Məsih (ə.s)-a müqavimət göstərdikləri zaman. Quran əxlaqına, İslam Birliyinə müqavimət göstərdikləri zaman. Bu zülmdür. İslam Birliyinə müqavimət göstərirsə, mehdiyyətə, hz. İsa Məsih (ə.s)-a müqavimət göstərirsə bu zülmdür. “Zülm etdikləri zaman onları dağıtdıq“. Parçaladıq. Bax, bu Kəhf surəsinin başlanğıcıdır. 60-da hz. Xızır (ə.s) hekayəsinə keçilir.

59-da hz. Xızır (ə.s)-ın sistemi izah edilir, üsulu izah edilir; 60-da birbaşa mövzuya keçilir. “Və dağılmaları üçün”, yəni o ölkələrin dağılması üçün “görüş vaxtı müəyyənləşdirdik“. Hz. Xızır (ə.s)-ın, hz. İsa Məsih (ə.s)-ın və ya o dövrün vəzifəli şəxslərinin, qırxların, kimdirsə vəzifəli şəxslər. Hz. Xızır (ə.s)-ın tələbələrinin. “Görüş vaxtı müəyyənləşdirdik“. İndi Allah ayədə nə edir? 60-cı ayəyə keçir. “Bir zaman Musa gənc yardımçısına demişdi: “İki dənizin birləşdiyi yerə çatana qədər gedəcəyəm”. İki dənizin birləşdiyi yer haradır? İstanbuldur. “Və ya uzun zamanlar keçirəcəyəm”. Müxtəlif zaman ölçülərində gəzəcəyəm. “Uzun zamanlar“, müxtəlif zaman ölçüləri. “Beləliklə, ikisi, iki (dəniz)in birləşdiyi yerə çatdıqda“, iki, iki. “Balıqlarını unutdular”. Balıq dövrü bitir. “(Balıq) dənizdə axıntıya tərəf öz yolu ilə getdi”, bunu daha çox irəlidə söyləyəcəyik, bu ayənin nə mənanı verdiyini inşaAllah. Bir istiqamətini, təfsirini açıqlayacağıq inşaAllah. Lakin baxın, ölkələrin dağılması üçün əvvəlcə görüş və yığıncaq keçirilir. Yığıncaqda qərar alınır, dağılma qərarı alınır, ondan sonra dağılır. Lakin nə etdikləri zaman? Zülm etdikləri zaman. İslam Birliyinə müqavimət göstərmək, Quran əxlaqına müqavimət göstərmək, mehdiyyətə müqavimət göstərmək, hz. İsa Məsih (ə.s)-a müqavimət göstərmək, müxalif çıxmaq. Allah: “Dağıdacağam” deyir. Təbii ki, əbcədləri də mənalıdır. Sonra baxacağıq inşaAllah.

Aa5a
  • Share on Facebook
  • Share on Pinterest
  • Share on Threads
  • Share on X
  • Share on WhatsApp
  • Share on Tumblr
  • Share on Telegram
  • Share on Reddit
  • Print this Page
  • Email this Page
Əsas səhifə

Axtarış

Kateroqiyalar

  • Adnan Oktar deyir ki
  • Ateist masonlar və səhvləri
  • Axırzaman, Hz. Mehdi və Hz. İsa
  • Ayə təfsiri
  • Digər inanç və fəlsəfələrə baxış
  • İman həqiqətləri və yaradılış möcüzələri
  • Kitab Əhli və Peyğəmbərlər
  • Maddənin ardındakı sirr
  • Peyğəmbərlər tarixi
  • Quran əxlaqı və təfəkkür
  • Tarix, siyasət və strategiya
  • Türk-İslam Birliyi
  • Təkamül nəzəriyyəsinin süqutu

Etiketlər

Adnan OktarAllahartmaqaxirətaxırzamanayəBədiüzzamanbənzəməkcamaatcənnətdarvinizmdeyildindünyadünya hakimiyyətidüşünməkdəccalelmfikirgözləməkgünəşhadisəhakim olmaqhaqqHud surəsi 109Hz. Mehdi (ə.s)hz. İsa (ə.s)Hz Musahökm etməkhədisHəyatibadətifadə etməkincilinkar edənlərinkarçılarinternetinşaAllahistəməkizahKitab əhliküfrKəhf surəsimehdiyyətMehmet Əli QayamöminmöminlərMömünlərmühitmünafiqmüsəlmanmüsəlmanlarnemətNur surəsi 31Nur surəsi 55peyğəmbərlərqiyamətQuranquran əxlaqıreallaşmaqrisalərisalə-i nursevgisevincsistemsona çatmaqsözlərsülhSəid NursitanımaqtexnologiyaTövratTürkiyətəbliğtəfsirTəkamülvəsiləXurafatxurafatçılaryaymaqyaşamaqyeryəhudizalımzühurzühur etməkzülmçalışmaqçıxış əlamətiçətinlikİmam Rəbbaniİmanİslamİslam birliyiİslam əxlaqıŞeytanəbcədədalətəlamətəxlaq

Muhur

Bu saytda olan bütün yazıları, saytı qaynaq göstərmək şərti ilə
müəllif haqqı ödəmədən istifadə edə bilərsiniz

Logo 313