Adnan Oktarın A9 telekanalındakı canlı söhbəti (02 dekabr 2011, 20:00)
Adnan Oktar: Mumtəhənə surəsi, 2; “əgər sizi ələ keçirsələr“, yəni sizin gücsüz mövqedə olduğunuzu görsələr; sizin hakimiyyətiniz, gücünüz, imkanınız əlinizdən çıxarsa, əllərinə fürsət keçsə; münafiqlərin siyasəti həmişə bu olar, əlverişli fürsət axtararlar. O zaman “sizə düşmən kəsilər”. Həmişə güclü olsa, nəsə edə bilmir. Lakin zəif mövqeyə düşdüyünü düşünsə, “sizə düşmən kəsilər, əllərini”, əvvəlcə əliylə, “feli şəkildə hücum etmək istəyərlər” deyir Allah, “əlləriylə”. Əliylə edə bilmirsə, “dilləriylə” deyir Allah. “Və dillərini pisliklə sizə uzadarlar”. Pislik etmək üçün. İndiki əxlaqsızlar nə edir? Məsələn, internetdən edir, yaxud televiziyadan müsəlmanlara hücum etməyə cəhd edir, yaxud radiodan hücum etməyə cəhd edir, yaxud kitablarıyla hücum etməyə cəhd edir, yaxud da yazılarıyla hücum etməyə cəhd edir. Sevgisizliyi, fitnəni, qarışıqlığı ortaya qoymaq istəyirlər. Lakin Allah mühüm bir mövzuya diqqət çəkir; “onlar sizin inkar etməyinizi qəlbən arzulayıblar”. “Özləri kimi inkar etməyinizi istəyərlər” deyir. Bunu necə edir? Müsəlmanları laqeydliyə təşviq etməklə edir. Məsələn, baxırsan, birbaşa bunu edə bilmirsə, necə edir? “Sən də mənim kimi ol” deyir, “sən də mənim kimi laqeyd ol, sən də mənim kimi dünyaya uy, sən də mənim kimi mənfəətlərinin ardınca qaç, sən də mənim kimi laqeyd ol, sən də mənim kimi itaətsiz ol” deməklə müsəlmanları inkara və gücsüzlüyə doğru təşviq edir.