Hörmətli Adnan Oktarın A9 telekanalındakı canlı söhbəti (14 dekabr 2011, 01:00)
Adnan Oktar: Nəbə surəsi, 31-35. Şeytandan Allaha sığınıram.
“Həqiqət budur ki, müttəqilər üçün “qurtuluş və xoşbəxtlik” var“. Bax, qurtuluş və xoşbəxtlik, belə ki, cəhənnəm əzabından xilas olur, xoşbəxtlik, cənnət xoşbəxtliyinə nail olur, Allahın rizasına nail olur.
“Neçə-neçə bağçalar və üzüm bağları. Sinələri yeni tumurcuqlanmış yaşıd qızlar”. Allah sinə gözəlliyinin, qadının sinə gözəlliyinin, müsəlmanlardakı təsirini vurğulayacaq tərzdə, onlara bir nemət olaraq bu gözəlliyi təqdim etdiyini söyləyir. Eləcə də, Allah: “Sizə cənnətdə bir nemət olaraq verəcəyəm” deyir.
“Dopdolu qədəhlər”. Qədəhlərdə içki içmək, halal olan içkini içmək; şərab, alkoqollu içki deyil, cənnət içkisi içmək, Allah bunun gözəlliyini vurğulayır.
“İçində, nə “boş və axmaq söz”, nə də yalan eşidərlər”. Bax, boş söz yoxdur, axmaq söz də yoxdur, yalan da yoxdur, həmişə gözəl sözlər var. O zaman müsəlman dünyada da nədən çəkinməlidir? Boş və axmaq sözlər işlətməkdən çəkinməlidir. Biz xurafatçılarda nə görürük? Yalan görürükmü? Bax, Allah: “Yalan” deyir, yalandan bəhs edir, bunu görməyəcəksiniz deyir. Xurafatçılarda yalan görürük. Boş söz vardırmı? Var. Axmaq sözlər vardırmı? Var.