İçeriğe geç

İnsan surəsi, 11-22 (cənnət nemətləri)

Hörmətli Adnan Oktarın A9 telekanalındakı canlı söhbəti (14 dekabr 2011, 01:00)

Adnan Oktar: İnsan surəsi 11-22; “Artıq Allah, onları belə bir günün şərindən qorumuş, həmçinin onlara sevinc və nur bəxş etmişdir. Həmçinin səbir etdiklərinə görə cənnət və ipəklə mükafatlandırmışdır. Orada taxtlar üzərində yaslanıblar“. Bu taxtlar, təkamüllə mi meydana gəlir? Quranda təkamülə dəlil var deyən hocalardan soruşsunlar görüm.

“Orada nə (yandırıcı) günəş və nə də dondurucu soyuq görərlər”. Tam münasibdir. Bax, diqqət yetirirsinizsə burada bunu nizamlaya bilmirik, gah soyuyur, gah da istiləşir. Allah: “Orada həmişə münasibdir” deyir, həmişə ilıq hava hakimdir.

“(Meyvələrin) kölgələri onlara çox yaxındır və dərilmələri olduqca asanlaşdırılıb“. Meyvə ağaclarının kölgələri altındadırlar, budaqları da xeyli sallanmışdır, yaxındır, belə əlini uzadan kimi alacaq şəkildə. Onsuz da, o əlini uzadan kimi, budaq da sallanır ona tərəf, yəni onu ala bilməsi üçün.

“Ətraflarında gümüşdən hazırlanmış büllur qablar”, bu təkamüllə mi meydana gəldi? Allah yaratdı. “Qədəhlər dolaşdırılar”.

“Gümüşdən hazırlanmış büllur qablar ki”, bax: “Gümüşdən hazırlanmış büllur qablar”, yəni eyni zamanda şüşə, gümüş və büllur.

“Onları müəyyən ölçü ilə hazırlayıblar”, yəni çox düzgün, çox mükəmməldir.

“Orada onlara bir badə içirdilər ki, qatışığı zəncəfildir”. Təbii ki, çox xoş qoxuya və dada işarə edir. Bu bildiyimiz zəncəfil deyil.1368612725_5

“Bu elə bir bulaqdandır ki, o, cənnətdə səlsəbil adlanır”, yəni həmişə Allah rizası üçün, paylanılan bir bulaq.

“Ətraflarında əbədi (gənc və gümrah) olan yeniyetmələr olar”. Xidmət edirlər. Bunlar təkamüllə mi yaradıldı? Allah yaradır.

“Sən onları gördüyün zaman, saçılmış mirvari dənələri hesab edərsən“. Mirvari belə saçıldıqda nə qədər çox olar? Cənnətdə belə tərtəmiz, belə olduqca mükəmməl, olduqca gözəl, dəriləri işıl-işıl parıldayan, dümağ, belə çox gözəl görünüşlü gənclərdir deyir.

“Hara baxsan, nemət və böyük mülk görərsən”. Hara baxsa; meyvə ağacları, mebellər, gözəl toxunmuş yastıqlar. “Böyük mülk görərsən”, yəni: “Cənnətdə heyrətamiz zənginlik görərsən” deyir.

“Onların əynində nazik ipək və atlasdan yaşıl paltarlar var“. Nazik ipək də var, qalın ipək də, paltarlar. Yaşıl paltarlar, yəni cənnətdə hakim rəng yaşıldır. “Yaşıl paltarlar var“ deyir. Təbii ki, digər rənglər də var, lakin belə tanıdıcı bir rəng olaraq yaşıl var, lakin bu cənnət yaşılıdır, yəni çox valeh olacağımız bir yaşıldır, yəni bizim bildiyimiz yaşıl deyil.

“Gümüş bilərziklərlə bəzəniblər“. Belə qollarında gümüş var, lakin təbii ki, bu bildiyimiz gümüş deyil, insanların çox xoşlayacağı gümüşdür. Cənnətdə görəcəyik, yəni cənnət gümüşü ayrıdır, bildiyimiz gümüş deyildir.

“Rəbbi, onlara tərtəmiz şərab içirtmişdir”. Bu şərab da bildiyimiz şərab deyil, yəni alkoqolsuz, çox zövq verən, dadı çox gözəl, qoxusu gözəl ləzzətli bir içkidir.

Allah: “Şübhəsiz ki, bu, sizin üçün mükafatdır. Sizin səy göstərməyiniz şükrə dəyər, (məqbul) görülmüşdür” deyir.

  • Share on Facebook
  • Share on Pinterest
  • Share on Threads
  • Share on X
  • Share on WhatsApp
  • Share on Tumblr
  • Share on Telegram
  • Share on Reddit
  • Print this Page
  • Email this Page
Əsas səhifə

Axtarış

Kateroqiyalar

  • Adnan Oktar deyir ki
  • Ateist masonlar və səhvləri
  • Axırzaman, Hz. Mehdi və Hz. İsa
  • Ayə təfsiri
  • Digər inanç və fəlsəfələrə baxış
  • İman həqiqətləri və yaradılış möcüzələri
  • Kitab Əhli və Peyğəmbərlər
  • Maddənin ardındakı sirr
  • Peyğəmbərlər tarixi
  • Quran əxlaqı və təfəkkür
  • Tarix, siyasət və strategiya
  • Türk-İslam Birliyi
  • Təkamül nəzəriyyəsinin süqutu

Etiketlər

Adnan Oktar Allah artmaq axirət axırzaman ayə Bədiüzzaman bənzəmək camaat cənnət darvinizm deyil din dünya dünya hakimiyyəti düşünmək dəccal elm fikir gözləmək günəş hadisə hakim olmaq haqq Hud surəsi 109 Hz. Mehdi (ə.s) hz. İsa (ə.s) Hz Musa hökm etmək hədis Həyat ibadət ifadə etmək incil inkar edənlər inkarçılar internet inşaAllah istəmək izah Kitab əhli küfr Kəhf surəsi mehdiyyət Mehmet Əli Qaya mömin möminlər Mömünlər mühit münafiq müsəlman müsəlmanlar nemət Nur surəsi 31 Nur surəsi 55 peyğəmbərlər qiyamət Quran quran əxlaqı reallaşmaq risalə risalə-i nur sevgi sevinc sistem sona çatmaq sözlər sülh Səid Nursi tanımaq texnologiya Tövrat Türkiyə təbliğ təfsir Təkamül vəsilə Xurafat xurafatçılar yaymaq yaşamaq yer yəhudi zalım zühur zühur etmək zülm çalışmaq çıxış əlaməti çətinlik İmam Rəbbani İman İslam İslam birliyi İslam əxlaqı Şeytan əbcəd ədalət əlamət əxlaq

Bu saytda olan bütün yazıları, saytı qaynaq göstərmək şərti ilə
müəllif haqqı ödəmədən istifadə edə bilərsiniz