Adnan Oktarın A9 telekanalındakı canlı söhbəti (18 dekabr 2011, 01:00)
Adnan Oktar: Şeytandan Allaha sığınıram. Allah o dövrdə darvinistlərin sözünə cavab olaraq belə demişdir: “İstər daş olun, istərsə də dəmir”. “Məgər quruyub sümük olduqdan sonra diriləcəyik?” deyirlər ha, Allah da: “İstər daş olun, istərsə də dəmir”. Allah fosilin iki mühüm istiqamətinə işarə edir. Biri fosilin daşlaşması, ikincisi isə, dəmirlə oksidləşib, tərkibində dəmir üstünlük təşkil edən fosillərin əmələ gəlməsinə. “Yaxud sinələrinizdə böyüyən (və ya böyütdüyünüz) bir məxluq (olun)”, yaxud Dəccal olun deyir. “Onlar: “Bizi (həyata) kim geri çevirə bilər” deyəcəklər. De: “Sizi ilk dəfə yaradan””, yəni Allah: “Bu qədərinimi düşünə bilmirsiniz” deyir. Sizi bir dəfə yaratdığıma görə. Bir dəfə bu olubdurmu? Olub. Bir daha ola bilməz deyirsən. Tutaq ki, fabrik bir qələm meydana gətirmişdir. Sən də fabrikə: “Bir daha bunu meydana gətirə bilməzsən” desən məntiqli olarmı? Çox məharətli şəkildə, özü də mükəmməl meydana gətirmişdir. Bax, dünyanı da trilyonlarla təfərrüatla deyil, kvadrilyonlarla təfərrüat deyil. Ən incə təfərrüatlarına qədər mükəmməl, insanlarla birlikdə yaratmışdır. İndi bu insan nə deyir? “Bu bir daha olmaz” deyir. Bir dəfə olubdurmu? Olub. Məhz Allah bunu xatırladır. “De: “Sizi ilk dəfə yaradan”. “Belə olduqda sənə başlarını istehza ilə yelləyəcək””, istehza edən şəkildə, öz başlarına görə. Allah: “Və belə deyəcəklər: “Bu nə vaxt olacaq?” De: “Ümid olunur ki, çox yaxında”” deyir. (İsra surəsi, 50-51). İslam Birliyini də, İslamiyyətin dünya hakimiyyətini də çox yaxında görəcəklər, inşaAllah.